Elektrikli fırçalardan istifadə edək? – Həkim
Dişlərimizi fırçalamaq ağız boşluğumuzun və daxili orqanlarımızın sağlamlığı baxımından çox vacibdir. Çünki vaxtında təmizlənməyən dişlərin ətrafında yığılan bakteriyalar həm kariyesə, həm də müxtəlif xəstəliklərə yol aça bilər. Dişlərimizi fırçalayarkən fırça seçiminə, həmçinin fırçadan istifadə qaydasına necə diqqət edək? Klassik, yoxsa elektrikli fırçalardan istifadə etməyimiz məsləhətdir?
Bu barədə Axar.az-a açıqlama verən həkim-stomatoloq Rəşad Xamıyev bildirib ki, istənilən halda gərəyindən artıq təzyiq dişlərdə patologiyaya səbəb ola bilər:
"Texnologiya bizə hər gün fərqli və işimizi asanlaşdıran alətlər təqdim edir. Lakin zamanla bunların patologiyalara səbəb olduğu aşkarlanır. Bu, təkcə stomatologiyada deyil, bütün sahələrdə belədir. Hər zaman klassika ən yaxşısıdır. Normal fırça ilə dişləri təmizləyərkən tam bəyaz olmasını düşünmək lazım deyil. Dişlərinizin üzərinə çayın ləkəsi də hopa bilər. Əsas odur ki, fırçanız diş ətinizə patoloji təsir etməsin".
R.Xamıyev qeyd edib ki, dişləri sürətli və sərt şəkildə fırçalamaq diş ətinə ziyandır:
"Yumşaq fırçalardan və gel şəklində olan diş pastalarından istifadə edilməsi məsləhətdir. Düzdür, elektrikli fırçalarda təzyiq xəbərdarlığı sistemi var, lakin həddindən artıq təzyiqlə fırçalamaq diş ətində çökmə və ya zədələnməyə səbəb olur, yaralara yol açır. Hamımız düzgün diş fırçası seçimini və düzgün fırçalama texnikasını bilməliyik. "Ultra soft" və ya "soft" fırça seçimi hər zaman məsləhətdir. Orta sərtlikli diş fırçaları daha çox sağlam diş əti olan insanlara tövsiyə edilir. Həssaslıq şikayətləri və ya diş əti çəkilişləri olan insanlar yumşaq diş fırçası istifadə etməlidirlər. Ağız sağlamlığınızı və ehtiyaclarınızı nəzərə alaraq, diş həkiminizin sizə tövsiyə etdiyi fırçalara üstünlük verin".
DOKTORINFO.AZ Bəyaz sirkənin faydaları
Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka
Dil yarasının səbəbləri və müalicəsi
Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran
A vitamini faydaları
A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur
Çarəsizliklə mübarizə yolları
Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə
Hərbi xidmətə yararsız xəstəliklər
Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd
Qol ağrısının səbəbləri və müalicəsi
Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v
Payız qripi zamanı nə etməli?
Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali
Alkoqolizmin əlamətləri
Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala