Ekzema dəri xəstəliyi nədir?

Ekzema dəri xəstəliyi nədir?Ekzema, digər adı ilə desək atopik dermatit, müxtəlif səbəblərlə ortaya çıxa bilən və qızarıqlıq, qaşıntı, şişlik kimi əlamətlərlə özünü göstərən dəri xəstəliyidir. Cəmiyyətdə çox rast gəlinən dəri xəstəliklərindən biridir. Səbəbi dəqiq bilinməsə də stresin daha çox zəmin yaratdığı bildirilir. Əlamətləri növünə görə fərqlilik göstərir.

Əlamətləri:

Ən əsas əlaməti qızarıqlıq və qaşıntıdır. Quruluqla əlaqəli olaraq səpki, çatlayan dəri görüntüsü müşahidə edilə bilər. Bu səbəblə dərini yaxşı nəmləndirmək əsas şərtlərdən biridir. Adətən əl və ayaqlarda müşahidə edilir. Buna baxmayaraq vücudun başqa nahiyələrində də yarana bilər.

Səbəbləri:

Səbəbləri arasında genetik faktorlar və dərinin həssas olduğu allergik maddələrə məruz qalmasını misal çəkə bilərik. Tozlu məkanlarda işləməyə məruz qalan insanlarda bu problem daha çox yaşanır.
İnsanlar buna diqqət göstərməlidirlər. Çünki mütəmadi bu maddələrə məruz qalmaq xəstəliyi daha da kəskinləşdirə bilər.

Ekzema dəri xəstəliyi nədir?Simptomları:

Quru dəri

Dəri qalınlaşması

Dəridə su toplanması

Dəri dəyişiklikləri

Həssaslıq

Qaşınma əsnasında yaranan yaralanmalar

Qızartı

Qabarcıqlar

İltihab
Ekzema dəri xəstəliyi nədir?Bir çox növləri mövcuddur. Əl, atopik, seboreik, kontakt və s. növ ekzemalar xüsusiyyətlərinə görə fərqlidirlər.

Əl ekzeması – Dəri üçün həssaslıq yaradan maddələrə toxunma nəticəsində meydana gələ bilər. Adətən təmizlik işi görənlər, kimyəvi maddələrlə təmas edən əllərdə bu növ daha çox rast gəlinir.

Atopik ekzema – Adətən uşaqlıq dövründən meydana çıxa bilər.

Seboreik – Səbəbi tam bilinməsə də adətən dərinin yağlı olduğu nahiyələrdə ortaya çıxar və qızarıqlıq, qabıqlanmağa səbəb olur. Qış və yaz fəsillərində artış göstərər.

Kontakt ekzema – Dərinin qoruyucu yağ təbəqəsinin yaranmasına icazə verməyən kimyəvi məhsullarla təmas zamanı yaranır. Akut və xronik ola bilər.

Ekzema dəri xəstəliyi nədir?Müalicəsi:

Mümkün və asan müalicəyə tabe olan problemdir. Ancaq müalicəni gecikdirməmək vacibdir. Çünki müalicə olunmadığı təqdirdə dəri daha da zədələnə bilər, buna bağlı olaraq isə bakteriyalar dəriyə düşüb daha da pis problem halına sala bilər.
İlk olaraq onu yaradan, səbəb olan faktor aşkar edilir. Daha sonra dərinin onunla təması məhdudlaşdırılır. Bununla yanaşı kremlər, dərman preparatları yazıla bilər.
Dərinin nəmli qalması üçün kremlərdən, lasyonlardan istifadə bir müddətlik deyil, daimi olmalıdır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 26 oktyabr 2023

Oxşar xəbərlər

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Mədə yarası: Əlamətləri və müalicəsi

Mədə yarası (ülsər) qastrik və ya peptik olaraq da bilinir. Mədə və ya onikibarmaq bağırsağının daxili səthində yaranan bir yara və ya lezyonu ifadə edir. məlumat verir ki, bu yaralar adətən mədə asiti və həzm sistemi tərəfində

Xroniki xəstəliklər hansılardır?

Xroniki xəstəliklər xüsusilə yaşlı insanlar arasında daha çox yayılıb. Hərəkətsiz yaşayış tərzi, yanlış qidalanmaq, tütün məhsullarından istifadə, genetik faktorlar xroniki xəstəliklər üçün zəmin yaradır. Xroniki xəstəliklə

Qalın bağırsaq iltihabı nədir?

Qalın bağırsağın vəzifəsi, qatı haldakı nəcisi peristaltik hərəkətlərlə (ritmik bağırsaq hərəkətləri) makata doğru itələyərkən nəcisdən duz ilə suyu sovurmaqdır. xəbər verir ki, qalın bağırsağı əhatə edən mukoza zərinin iltihabın

Papilloma xəstəliyi

HPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır. Bu virus dəriyə təsir göstərir. xəbər verir ki, bir çox tipi ağız

Pişikdən insanlara keçən xəstəliklər

Ev heyvanlarının sağlam həyat yaşaması insanlıq borclarından biridir. Ev heyvanlarını mütəmadi həkimə aparmaq, peyvəndlərini vurdurmaq əsas şərtlərdəndir. Ancaq ev heyvanlarına qulluq zamanı bəzi tədbirləri əldən verməmə

Sidiyə gedərkən yanma hissinin müalicəsi

Sidik yollarında və ya sidiyə gedərkən ağrı və yanma müxtəlif səbəblərdən qaynaqlanır. Ülser, məsanə iltihabı, prostat iltihabı, məsanə şişi, yumurtalıq iltihabı, apandisit düşünülə bilər. Bu səbəbdən müalicəyə keçmədən öncə


masaj yuxuda tecili yardim dis agrisi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari