Dəridə yaranan qabarcıqlar, Vezkula problemi nədir?
Hər mövsümdə rast gəlinə bilən, bir çoxlarının əziyyət çəkdiyi dəri problemlərindən biri, əsasən əl nahiyəsində yaranan və yayılan içi maye dolu qabarcıqlardır. Qabarcıqlar adətən dairə formasındadırlar. Dərinin altında yaranan maye qanlı və ya şəffaf ola bilər.
Vezkula adı verilən bu dəri probleminə nə səbəb olur?
Yaralanma
Allergik reaksiyalar
İnfeksiyalar
Günəş yanıqları
Göbələk xəstəliyi
Digər növ yanıq zədələri
Atopik dermatit
Viral infeksiyalar
Həşərat dişləməsi və digər başqa faktorlar bu halı yarada bilər.
Əlamətləri nələrdir?
Çıxıntılı, dairəvi, maye dolu görünüşləri vardır. Vücudun bir nahiyəsində və ya əksinə bütün yerlərində yarana bilər. Ağrılı və ya qaşıntılı ola bilər. İnfeksiya kimi səbəb varsa, qızdırma, ağrı, yorğunluq kimi bir çox şikayətlərin olması mümkündür. Əlamətləri digər dəri problemləri ilə oxşar ola biləcəyi üçün dəqiq diaqnozu həkim, müayinə əsasında qoya bilər.
Bəs diaqnoz necə qoyulur?
Adətən həkim dəriyə baxaraq deyə bilər. Bununla yanaşı qan analizi və ya biopsiya tələb edə bilər.
Qabarcıqlar adətən müalicəyə ehtiyac olmadan sağalır. Əgər uzun müddət davam edərsə qabarcıqların yaranma səbəbinə uyğun müalicə sxemi təyin edilir.
İlk yardım necə edilir?
Həmin nahiyəni sabun və su ilə yuyun.
Soyuq və ya buz torbası tətbiqi oluna bilər. Bu ağrının şiddətini azaltmağa kömək edə bilər.
Həmin nahiyəni təmiz və quru saxlamaq lazımdır.
Qabarcıqlar qəti surətdə partladılmamalıdır. Çünki bu infeksiyanın genişlənməsinə və yayılmasına təsir edir.
Əgər yarada hansısa dəyişiklik, böyümək, qızarıqlıq, iltihablanma müşahidə etsəniz həkimə dərhal müraciət edin.
Çünki vəziyyətə uyğun olaraq antibiotik təyin edilə bilər.
Bundan əlavə qidalanmaya diqqət etməlisiniz. Çünki vitamin əksikliyi qaşıntı və qabarmalara səbəb ola biləcəyi üçün vitamin qəbuluna diqqət göstərməlisiniz.
Dəri gigiyenasına diqqət göstərməlisiniz.

DOKTORINFO.AZ Siam əkizliyi necə olur?
Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır
Çarəsizliklə mübarizə yolları
Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə
Limfa düyünlərinin müalicəsi
Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir
Bəyaz sirkənin faydaları
Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka
Yaşa görə nəbz nə qədər olmalıdır?
Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy
Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?
Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d
Uşaqlarda boğaz ağrısı və qızdırma
Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede
Vaginal infeksiyaların əlamətləri və müalicəsi
Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak
Vücudda yaranan qırmızı xal təhlükəlidir?
Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını