Depressiya əlamətləri

Depressiya əlamətləriDepressiya, daima məyusluqla yanaşı, təklik hissi ilə müşayiət edilən duyğu pozğunluğudur.

Doktorinfo.az xəbər verir ki, belə insanlar hər davranış və düşüncələrdən təsirlənirlər. Adi görülə biləcək, əhəmiyyətsiz problem deyil. Müalicəyə ehtiyac duyulan vəziyyətdir. Hər yaşda meydana çıxa bilər. Ancaq statistikaya görə, adətən 20-30 yaşlarda daha çox meydana çıxır.

Depressiyanin sebebleri nelerdir?

Dəqiq səbəbi hələ bilinmir. Bəzi araşdırmalara görə, depressiyanın yaradılmasına genlərin təsiri mövcuddur. Hamiləlik, tiroid pozğunluğu dövründə hormon dəyişkənliyi baş verə bilər. Depressiya da bu ərəfələrdə müşahidə edilə bilər.

Bunların xaricində depressiyanın inkişafına yol aça biləcək vəziyyətləri qeyd edirik:

Pissimist insanlarda görülmə ehtimalı daha çoxdur.

Ölüm, travma, itki kimi insanda dərin məyusluğa səbəb ola biləcək hadisələr

Ailə içində yaşanılan sıxıntılar, problemlər

Tibbi keçmişində spirtli içki aludəçiliyi, bipolyar pozuntu, intihar hadisələri yaşanılan insanlar
Depressiya əlamətləriGenetik faktorlar

Yemək pozuntuları, travmadan sonra stress pozğunluğu

Siqaretdən həddindən çox istifadə edənlər

Xroniki ağrı yaşayanlar, ürək xəstələri, infarkt kimi problemlə qarşılaşanlar

Diabetə səbəb ola biləcək həddindən çox çəki və ya piylənmə

Yuxu həbləri qəbul edənlər

Depressiya müalicə edilmədiyi təqdirdə daha da pisliyə doğru irəliləyir.

Depressiyanin elametleri nelerdir?

Depressiya, bir insanın həyatı boyunca sadəcə bir dəfə də ortaya çıxa bilər, birdən çox da yaşana bilər.

Əlamətləri təqdim edirik:

Birdən yaranan məyusluq, səbəbsiz yerə ağlama, ümidsizlik duyğuları

Dəyərsizlik hissi, günahkarlıq duyğusu, keçmiş uğursuzluqlardan özünü günahlandırmaq

Diqqəti toplamaq problemi

Hərəkətlərdə yavaşlılıq
Depressiya əlamətləriƏn bəsit hadisələrdə belə həddindən çox əsəbilik, xəyal qırıqlığı

Narahatçılıq

Fiziki narahatçılıqlar, ağrılar

Ölüm və intihar düşüncəsi

Yuxusuzluq və ya həddindən çox yatma

Halsızlıq, yorğunluq hissi

Necə diaqnoz qoyulur?

Fiziki müayinə ilk addımdır. Həkim müayinə edərkən şəxsin sağlamlıq vəziyyəti soruşulur. Çünki depressiya bəzi xəstəliklərdən qaynaqlana bilər. Bəzən analizlərə ehtiyac ola bilər. Qan analizi, tiroid hormonlarının müayinəsinə ehtiyac duyula bilər.

Depressiyanın müalicə üsulları nələrdir?
Depressiya əlamətləriBu ərəfədə psixoterapiyalar və dərman müalicəsi köməyə çatır. Depressiya müalicəsi müddətində xəstənin istifadə etməli olduğu dərmanlar, mütləq həkim nəzarəti altında olmalıdır. Antidepressantlardan istifadə edilir.

Depressiya təkrarlayırmı?

Birdəfəlik gedən problem deyildir. Daha öncə yaranması təkrarlanma ehtimalını artırır.

Təkrarlanması üçün risklər nələrdir?

Daha öncə depressiya keçmişinin olması

Genetik faktor

Xronik depressiya

Depressiyanın 60 yaş üzərində olması

Depressiya əlamətlərinin olduğu şəxslər xəstəxanada saxlanılmalıdırmı?
Depressiya əlamətləriDepressiyanın müalicəsində xəstələrin qalmasına adətən ehtiyac olmaz. Bu xüsusiyyətləri daşıyan xəstələrin qalmasına ehtiyac ola bilər:

Ciddi intihar düşüncələri olanlar

İntihar planları quranlar

Şəxsin özünə zərər verə biləcək insanlar

Dərmanların əks təsirləri mövcuddurmu?

Depressiya əleyhinə olan dərmanların faydaları ilə yanaşı əks təsirlər də mövcuddur.
Depressiya əlamətləriBunlar hansılardır?

Ağız quruluğu

Qəbizlik

Bulantı, qusma

Tərləmə

Uyuşuqluq

Yuxu problemləri

Mədə sisteminin pozuntuları

Qarın ağrısı və s.

Bu səbəbdən dərmanlar özbaşına qəbul edilməməli, həkim təyinatına əsaslanmalıdır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 03 iyul 2024

Oxşar xəbərlər

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Diqqət dağınıqlığı əlamətləri

Diqqət dağınıqlığı həm uşaqlarda həm də böyüklərdə görülür. Bir mövzuda diqqət cəmləşdirə bilməmək, uzun müddət çalışa bilməmək vəziyyəti diqqət dağınıqlığıdır. xəbər verir ki, diqqət dağınıqlığı olan şəxslər qarşısındak

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka


masaj yuxuda cinsi xestelikler sekis hamilelik testi goz hekimi
masaj
is elanlari