Çoxusunun problemi... - Tükənmişlik sindromu nədir?

Çoxusunun problemi... - Tükənmişlik sindromu nədir?Gərgin iş rejimi, real olmayan hədəflər, iş yaşayışında yüksək tələblər və hədsiz stres yükü tükənmişlik sindromu kimi ciddi vəziyyətə çevrilə bilər. Səhər yuxulu və dincəlməmiş qalxmaq, geyinməyə və səhər yeməyinə istəksizlik, çalışmağa qarşı həvəssizlik, əsəbi, bədbəxt, çarəsiz hiss etmə kimi əlamətlərlə özünü göstərən tükənmişlik sindromu, cəmiyyətdə yayılan psixoloji problemlərin başında gəlir.

Tükənmişlik sindromunda ruhən və fizik olaraq bitkinlik, şəxsi uğurların azalması və hissiyyatsızlaşma olaraq üç mərhələdən bəhs edilir. İnkişafı zəif gedir. İlk mərhələdə ağır iş yükü ilə mübarizəyə çalışılır və iş, şəxsi ehtiyacların önünə keçər. İkinci mərhələdə ruhən bitkinlik başlayır. Yorğunluq, yuxusuzluq, baş ağrısı kimi fiziki problemlər başlayır. İşlərin öhdəsindən gəlmək çətinləşir. Sonuncu mərhələdə çarəsizlik, nifrət ön plana çıxar. Şəxsin özündən və başqalarından xoşu gəlməz. Dincəlməyə çalışılsa da rahatlamaq alınmaz.

Depressiya ilə qarışdırmayın

Adətən tükənmişlik hissi depressiya ilə qarışdırılır. Hər ikisində də motivasiya və zövq alma azalır, ancaq depressiyada mənfi duyğular, iş, ailə, sosial münasibətlər kimi bütün yaşayış sahələrində özünü göstərir.
Çoxusunun problemi... - Tükənmişlik sindromu nədir?Tükənmişlik sindromunu yaradan faktorlar belə sıralanır:

İş nəzarətinin əldə olmaması. İşə gəliş-gediş saatlarının, iş yükü və ediləcək işlərin qərarının şəxsin əlində olmaması

İş yerində münasibətlərin pis olması, şəxslər arasında narahatçılıq, təzyiqlərin olması

Gözləntinin və məsuliyyətin müəyyən edilməməsi

Ətrafdan kifayət qədər dəstək almamaq. İş yerində və ya özəl həyatda gərəkli sosial dəstəyi ala bilməmək, yaşanan stress, mənfi duyğuları paylaşa bilməmək.

Ev xanımları da risk altındadırlar

Ev qadınları daxil bütün çalışanlarda görülə bilər. İş və şəxsi həyat arasında keyfiyyətli münasibəti qura bilməyən, hər kəsin işinə qaçan, etdiyi işi nəzarət altına ala bilmədiyini düşünənlər risk daşıyırlar.

Öz-özünə keçmir

İlk mərhələlərdə çox çalışmağın yaxşı bir şey olduğu zənn edilir. Bu səbəblə dincəlməyə vaxt ayrılmır. Bu stress isə getdikcə artır və ruhən çöküntü başlayır. Müdaxilə edilməsə yorğunluq, yuxusuzluq, depressiya, ürək xəstəlikləri, piylənmə, depressiya, ürək xəstəlikləri, immunitet sisteminin zəifləməsi ilə bağlı digər xəstəliklər görülə bilər.

İdmandan əl çəkməyin, özünüzə xobbi qazandırın

Tükənmişlik sindromundan qorunmaq üçün nələrə diqqət etmək lazımdır?
Çoxusunun problemi... - Tükənmişlik sindromu nədir?Həyatınızda ən vacib nələri hesab etdiyinizi düşünün. Bu, ailə, sağlamlıq, dostlar, sosial ətraf ola bilər. Çox işləyib yorğun evə gəlməyiniz ailənizlə problemlərə səbəb ola bilər. Bu səbəbdən planlı iş tutun. Məsələn, hər gün eyni saatda evdə olmağa çalışın. Ailənizlə eyni süfrə başında yemək yeyin.

Tükənmişliyinizin səbəbini araşdırın. Bu səbəb iş yorğunluğu, çalışma saatları, dəstək almamaq ola bilər. Bu səbəbi dəqiqləşdirmək və qəbul edərək problemin həll yolunu axtarmaq lazımdır.

Problemin qaynağını dəqiqləşdirdikdən sonra həll üçün iş yoldaşlarınızla danışın. Duyğularınızı paylaşın. Bununla mənfi düşüncələri içinizdə toplamayacaqsınız.
Gün ərzində qısa aralar verin.

Ailənizlə, dostlarınızla zaman keçirin.

İdmanla məşğul olun. İnsanların başı qarışıq olduğu zaman ilk unutduqları və etmədikləri idman olur. Halbuki mütəmadi idman etmək,streslə mübarizə aparmağın ən yaxşı yoludur.
Kifayət qədər yuxu qəbul etməyə çalışın. Ən az 7-8 saat yatmağa çalışın.

Həftə sonları dincəlin.

Düzgün qidalanın, bol meyvə və tərəvəz yeyin.

Kitab oxumaq, toxumaq, rəsmlə məşğul olmaq kimi sakitləşdirici xobbilərlə məşğul olun.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 04 dekabr 2023

Oxşar xəbərlər

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali


masaj yuxuda mede agrisi qarin agrisi hamilelik testi goz hekimi
masaj
is elanlari