Dermoid kista nədir?

Dermoid kista nədir?Dermoid kistalar, dərinin altında ya da vücud daxilində kiçik şişliklər formasında ortaya çıxır. Adətən xərçəng olmayan bu hüceyrələr əgər vücud içindədirsə başqa bir orqana təzyiq edərək müxtəlif problemlərə yol açır. Vücud içindəki və estetik narahatçılıqlara səbəb olan dəri altındakı kistlər isə əməliyyatla alına bilir.

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Doktorinfo.az məlumat verir ki, dermoid kista dəri altında yaranan kistik birləşmələrdir. Dermoid kistalar kisə adı verilən bir hüceyrə cibi içində böyüyən normal toxumalardır. Bu toxumalar dərinin içində və ya altında gözlənmədik bir yerdə ortaya çixaraq böyüməkdədir. Dermoid kistalar, vücudun hansısa bir yerində ola bilər. Dərinin üst səthinə yaxın olanlar kiçik şişlik halında görülərkən, vücudun içində də inkişaf edə bilər. Yavaş böyüyən bu kütlələrin içləri yağ və dəri hüceyrələrindən ibarətdir. Dermoid kistalar bir şiş kimi görünsə də bu şişlər əksər zaman təhlükəli olmur. Ortaya çıxdığı nahiyəyə görə başqa orqanlara təzyiq etməsi zamanı əməliyyatla alına bilər. Dermoid kistalar, epidermoid kistalar ya da dermal (epidermal) kistalar olaraq da adlandırılır.

Vücudun müxtəlif nahiyələrində ortaya çıxan 10 dermoid kistanın 8-dən çoxu baş və boyunda görülür. Ən çox görüləni dermoid kista tipi, periorbital dermoid kistasıdır.

Digər tərəfdən dermoid kista tipleri bunlardır:

Yumurtalıq dermoid kistası – Yumurtalığın üzərində ya da içində yaranır.

Spinal dermoid kista – Onurğa üzərindəki nahiyələrdə ortaya çıxar. Əlamət verməyən bu kistalar onurğaya və ya sinirlərə təzyiq edə bilər. Bu səbəbdən cerrahi üsulla çıxarılması gərəkli ola bilər.

Nadir görülən dermoid kista növləri bunlardır:
Dermoid kista nədir?Epiulbar dermoid kistası – Gözün səthində ortaya çıxar.

İntrakraniyal dermoid kistası – Beyin içində ortaya çıxan bu kistalar təhlükəlidir.

Nazal sinus dermoid kistası – Bunun içində yaranır.

Orbital dermoid kistası – Göz çuxurunun sümükləri çərçivəsində müəyyənləşir.

Dermoid kistalar bir çox insanda elamet vermir. Simptomlar dermoid kistanın tipinə görə dəyişir.

Spinal dermoid kistalar isə adətən böyüyən bir quruluşa sahib olduğu üçün sinirlər sıxışaraq bu əlamətlərin ortaya çıxmasına səbəb olmaqdadır:

Sidik qaçırma

Yeriməkdə çətinlik

Ayaqlarda və qolarda güc itkisi, zəiflik

Dermoid kistaların müalicəsi cərrahi üsulla aparılır. Hansısa bir dermoid kista növü üçün tək effektli mualice ediləcək əməliyyatdır. Hansı əməliyyatın ediləcəyi isə dermoid kistanın növünə görə müəyyənləşir.

Laparoskopik Kistektomiya və açıq cərrahiyyə üsulundan istifadə edilə bilər. Laparoskopik Kistektomiyada məqsəd kistanın laparoskopik üsulla çıxarılmasıdır. Bu zaman kiçik kəsiklər vasitəsilə kameralı alətlər istifadə edilərək kista çıxarılır.

Digər əməliyyat növündə isə əsas məqsəd kistanın ənənəvi açıq əməliyyatla çıxarılmasıdır. Bu zaman böyük kəsik vasitəsilə kistə çatmaq və onun tamamilə çıxarılması hədəfə alınır.

Hansı növün seçilməsinə isə həkim pasiyentlə birgə qərar verir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 24 oktyabr 2024

Oxşar xəbərlər

Appendisitin əlamətləri və müalicəsi

Appendisitin iltihablanması olaraq bilinən appendisit, alt qarında ağrıya səbəb olan, partlama vəziyyətində bağırsaqlardaki bakteriyaların qarın boşluğuna və oradan qan dövranına yayılması ilə nəticələnə bilən kritik mövzudur

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Skolioz nədir?

Skolioz onurğa sütununda yaranan əyilmədir. xəbər verir ki, uşaqlarda qamət pozğunluğu adətən boy artımı zamanı yaranır. Bu zaman digər orqanlarda da dəyişikliklər baş verir. Daha sonra isə orqanların funksional pozğunluğ

Papilloma xəstəliyi

HPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır. Bu virus dəriyə təsir göstərir. xəbər verir ki, bir çox tipi ağız

Sümük iltihabı, osteomielit nədir?

Sümük iltihabı olaraq da bilinən osteomielit, bakterial qan dövranı infeksiyası nəticəsində yaranan və yumşaq toxuma olan sümük iliyində gerçəkləşən ağrılı olaraq görülən sağlamlıq problemidir. Həm uşaqlarda həm də böyüklərd

Pişikdən insanlara keçən xəstəliklər

Ev heyvanlarının sağlam həyat yaşaması insanlıq borclarından biridir. Ev heyvanlarını mütəmadi həkimə aparmaq, peyvəndlərini vurdurmaq əsas şərtlərdəndir. Ancaq ev heyvanlarına qulluq zamanı bəzi tədbirləri əldən verməmə

Viral infeksiyalar nədir?

Viral infeksiyalar, virus adı verilən mikroskopik orqanizmlərin vücuda yoluxması nəticəsində ortaya çıxan infeksiyalardır. Bu viruslar, hüceyrələrə zərər verərək çoxalır və müxtəlif xəstəliklərə səbəb ola bilirlər. xəbə

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Kəpənək xəstəliyi nədir?

Tibbi adı ilə "Sistemik Lupus Eritematozus" olaraq bilinən kəpənək xəstəliyi, vücudu qoruyan immun sisteminin dəri, oynaqlar, böyrəklər, beyin, ürək, ağciyərlər və qan hüceyrələri də daxil olmaq üzrə yanlışlıql


masaj yuxuda boyrek agrisi goz hekimi cinsi xestelikler qarin agrisi
masaj
is elanlari