Çətir pəhrizi ilə artıq çəkidən xilas olun

Çətir pəhrizi ilə artıq çəkidən xilas olunYay aylarında bir çox insan çəkisinə diqqət etmədən arzuladıqları kimi yeyir, istirahət edir. Daha sonra isə həmin artıq çəkilər sağlamlıq üçün təhlükəyə çevrilir.

Bəs yay ayını özünüzə zəhər etmədən necə ən uyğun çəkidə qalmaq olar?

Təqdim edəcəyimiz pəhriz qaydalarına əməl edərək həm normal çəkidə qalıb həm də rahat dincələ bilərsiniz. Buna "çətir pəhrizi" də deyilir.

Bəs nələrə diqqət edilməlidir?

Kola yerinə təbii su için: Şəkər tərkibi aşağı və ya heç olmayan sulardan istifadə edə bilərsiniz.

Cips əvəzinə fındıq və ya badam: Duzlu qidalar əvəzinə proteinlə zəngin və sağlamıq cəhətdən faydalı olan fındıq, qoz və ya badam yeyə bilərsiniz.

Ürəyiniz tum istədiyi zaman saqqız çeynəyin: Əks halda vücudunuza düşünmədiyiniz qədər kalori qazandırmış olursunuz.

1 böyük tum paketi (200 qr, qovrulmuş duzlu formada) təxminən 1200 kaloridir. Yəni iki ana yemək qabı kalorisi dəyərindədir.

Kartof qızartmaları əvəzinə sobada bişirilən kartof və ya tərəvəzlərdən istifadə edə bilərsiniz. Bol yağlı, boş kalori, sağlamlıq üçün zərərli olan qızardılmış kartofu mütləq əvəz etməyə çalışın.
Çətir pəhrizi ilə artıq çəkidən xilas olunQamburger əvəzinə salatlardan istifadə edin: İki çörək arası yağlı ət qızartması yeməkdənsə mövsüə uyğun salatlardan istifadə etməlisiniz. Bu özünüzü daha rahat hiss etməyinizə kömək edəcəkdir.

Şirniyyat və şokolad əvəzinə meyvəli qatıq: Şəkərli qidalar isti havaların əsas seçimidir. Ürəyiniz şokoladlı pudinq istədiyi zaman meyvə dilimləri və ya probiotik qaynağı olan qatıq qarışımı ilə özünüzü sevindirin.

Şirin və ya duzlu sağlamlığa zərərli olan peçenyə yerinə alma dilimləri, kök çubuqları və ya tərəvəzlərlə atışdırmalıq hazırlaya bilərsiniz.

Lahmacun zərərlidir: Lahmacunu az miqdarda istifadə etmək mümkündür. Ancaq bu zaman az yağlı və incə olmasını tələb edin. Asitli içki əvəzinə isə ayrandan istifadə edə bilərsiniz.

Dondurma: Meyvəli və ya sadə istifadə edin. Üzərindəki şokoladlı sous, tərkibindəki fındıq, qoz, şokolad parçaları kimi əlavələrlə dondurma 50-100 kalori təşkil edir.

Limonatlardan çox istifadə etməyin. Limon suyu və şəkər qatmaları ilə hazırlanmış limonatlar 350 kkal təşkil edir. Həyatınızdan mayeni əksik etməyin. Dad verməsi üçün limon, nanə əlavə edə bilərsiniz.

Mütləq bunlara diqqət edin:

Çətir pəhrizi ilə artıq çəkidən xilas olunBol-bol maye qəbul edin.

Qəhvəni şəkərsiz için.

Hər ara yeməyində salat yeyin.

Xəmir məhsulları əvəzinə dondurma yeyin.

Qızartma əvəzinə soyutma qidaları seçin.

Böyük pors deyil, kiçik pors yeyin.

Atışdırmalıq istədiyiniz zaman təhlükəli qidalardan qaçının. Əvəzinə bir kasa qatıq, dilim pendir və s. istifadə edə bilərsiniz.

Səhər yeməyini isə oyandıqdan 1 saat sonra yeyin.

Bunlarla yanaşı hərəkət, idman etməyi unutmayın. 45 dəqiqə ərzində yeyin, 15 dəqiqə üzün, 150-200 kalori əridin.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 17 avqust 2023

Oxşar xəbərlər

Kompüter arxasında çalışanlar nece qidalanmalıdırlar?

Hazırda kompüterlə iş yetəri qədərdir. Ancaq kompüterin insan sağlamlığına eləcə də gözlərə və beyinə zərəri olduqca çoxdur. xəbər verir ki, kompüterlə işləmək beyin fəaliyyətini artıran işlərdən hesab edilir. Az məluma

Əncir qurusunun faydaları və zərərləri

Əncir qurusu, vitamin və mineral baxımından zəngin qida qaynağıdır. İnsanlar tərəfindən bol şəkildə istifadə edilir. Əncirin tez yeyilməsi uyğundur, çünki tez xarab olan meyvədir. Ancaq qurudulmuş ənciri uzunmüddətli istifad

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi

Kivinin faydaları və zərərləri

Qış aylarında çox istifadə edilən meyvələrdən biri olan kivi, C və K vitamini cəhətdən olduqca zəngindir. Kivinin faydalarından bəhs edərkən sağlamlıq cəhətdən olduqca yararlı meyvə olması diqqətə çatdırılmalıdır. Tərkibind

Soğan suyunun faydaları və zərərləri

Soğan mətbəxlərdən əksik olmayan, hər yeməkdə istifadə olunan tərəvəzdir. Təbii antibiotik olan soğanın suyu da insan sağlamlığı üçün əvəzsizdir. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bəs soğan suyunun faydalar

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

E vitamininin faydaları

E vitamini, vücudun gündəlik funksiyalarının yerinə gətirə bilməsi üçün gərəkli olan tokoferol olaraq da adlandırılan təməl vitamin növlərindən biridir. xəbər verir ki, A, D, K vitaminləri kimi E vitamini də yağda həll olu

Qozun faydaları və zərərləri

Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu


masaj yuxuda mede agrisi goz hekimi babasil mualicesi tecili yardim
masaj
is elanlari