Burun qanaxmasının səbəbləri

Burun qanaxmasının səbəbləriBurun qanaması çox rastlanılan vəziyyətdir. Qanaxmalar narahatçılıq yaratsa da əksər zaman qorxulacaq vəziyyət olmur. Damarlar çox həssas olduğundan adi müdaxilə ilə qanaxma yarana bilər. Bu isə uzunmüddət davam etmir.

Burun qanaxmaları ön burun və arxa burun olaraq iki hissəyə ayrılır. Burunu qidalandıran damarların burun dəliyinə təxminən 1 sm məsafədə yerləşir. Nəticədə lokal səbəblərdən yaranan qanaxmalar ön burun qanaxması adlandırılır. Ön burun qanaxmalarının müalicəsi adətən sadə müdaxilələrlə edilir. Arxa burun qanaxmasının isə fərqli səbəbləri ola biləcəyi üçün ön burunla müqayisədə çətin müalicə oluna bilər.
Burun qanaxmasının səbəbləriBurun qanaxmalarının səbəbləri nələrdir?

Buruna və ya üzə dəyən zərbələr

Burun qırıqları

Yad cismin buruna soxulması

Burun qarışdırma

Sümük əyriliyi

Üst tənəffüs yolu infeksiyaları

Allergik vəziyyətlər

Dərman istifadəsi

Kimyəvi maddələrə məruz qalma

Quru hava

Güclü və sərt formada burun silmə və s.

Sistemik səbəblər nələrdir?

Ürək-damar xəstəlikləri

Təzyiq

Şəkər xəstəliyi

K vitamin əksikliyi

Qaraciyər xəstəliyi

Geniz, burun xərçəngi

Spirtli içkilərdən istifadə

Hamiləlik

Hormonal səbəblər.

Uşaqlarda burun qanaxmalarının səbəbləri
Burun qanaxmasının səbəbləriUşaqlarda meydana gələn burun qanaxması valideynləri narahat edən vəziyyətdir. Adətən 1 ilə 10 yaş arasındakı uşaqlarda görülən burun qanaxması adətən qorxuducu deyildir. Uşaqların burnunu sərt formada qaşıması, yad cismi buruna salması zədələnmələrə səbəb olur. Üst tənəffüs yolu infeksiyaları zamanı meydana gələn burun axıntısı da uşaqlarda burun qanamaları səbəblərdindəndir.

Burun qanamaları necə dayandırılır?

Ani burun qanaxması yaşayan insanların ilk olaraq sakit qalması vacibdir. Narahat olmadan dik pozisiyada oturub başın bir az önə əyilməsi qanın udulmaması cəhətdən vacibdir. Ağızda qan varsa xaric edilməli və burun dəliklərinə işarət barmaqla 10 dəqiqə basılmalıdır.

Qanama dayandıqdan sonra təkrarlanmaması üçün duzlu su tərkibli spreylər ilə burun təmizlənməlidir. Burun təmizlənərkən güc tətbiq edilməməli, şiddətli asqırma olmamalıdır. Bir müddət ağır hərəkətlər görməmək, isti su ilə duş qəbulundan qaçınmaq lazımdır.

Əgər qanama durmursa, təkrar edirsə, sadəcə burunda deyil, başqa yerlərdə də qanaxma meydana gəlirsə, qan duruldan dərman istifadə edilirsə, nəfəs darlığı yaranarsa, yüksək qızdırma, səpkilər də müşahidə edilərsə və ya xərçəng xəstəliyindən əziyyət çəkilirsə həkimə müraciət edilməlidir.
Burun qanaxmasının səbəbləriBundan əlavə aşağıdakılar baş verirsə həkimə müraciət edilməlidir:

Həddindən çox qanaxma varsa

Bu səbəbdən nəfəs almaqda problem yaranırsa

Tək tərəfli və tez-tez təkrarlanırsa

30 dəqiqədən uzun çəkərsə

İki yaşından kiçik uşaqlarda müşahidə edilirsə.

Bu zaman ətraflı burun müayinəsi nəticəsində qanaxmanın mənbəyi tapılır.

Erkən müayinə ilə çox qan itirmədən problemdən azad olmaq mümkündür. Bunun üçün isə qulaq-burun-boğaz həkiminə müraciət edilməlidir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 28 yanvar 2024

Oxşar xəbərlər

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari