Burun poliplərinin simptomları və müalicəsi

Burun poliplərinin simptomları və müalicəsiBurun polipləri burun boşluğunda yerləşən, bir çox sahəni bağlayan yumşaq törəmələrdir. Çox sayda ola bilər. Bir çox insanda mövcuddur. Böyüməsi mərhələlərlə baş verir. Nəfəs darlığı yaradır.

Burun polipləri niyə yaranır?

Dəqiq səbəbi bilinmir. Ancaq aşağıdakı sağlamlıq problemləri yaşayan insanlarda daha çox müşahidə edilir:

Astma

Aspirinə həssaslığı olanlar

Xronik sinüs infeksiyası yaşayanlar

Allergik rinit

Bəzi genetik səbəblər, ekoloji amillər də burun poliplərinin yaranmasına zəmin yaradır. Bu xüsusilə də immun sistemi zəif olanlar, allergiyası mövcud olanlarda görülür.
Burun poliplərinin simptomları və müalicəsiBurun poliplərinin əlamətləri nələrdir?

Qısa və ya uzunmüddətli yaranan qrip hissi

Burun tutulması

Axıntı

Qoxu alma hissinin itməsi

Nəfəs almaqda çətinlik
Burun poliplərinin simptomları və müalicəsiDiaqnoz necə qoyulur?

Tibbi keçmiş araşdırılır. Burunun endoskopik müayinəsi ilə diaqnoz dəqiqləşdirilir. Əgər həkim ehtiyac görərsə KT çəkilə bilər. Həmçinin allergiya testi edilə bilər. Bundan əlavə diaqnozu dəqiqləşdirmək üçün polip, biopsiya edilir. Bu, adətən polipin bədxassəli olduğu zənn edilərsə edilir.

Burun poliplərinin növləri də mövcuddur:

Konxaxoanal

Septumdan qanayan

Antroxoanal

Burun daxilinin poliplərlə dolu olması (buna nazal polipozis də deyilir) və s.

Yarandıqları və əhatə etdikləri nahiyəyə görə bir-birindən fərqlənirlər.

Burun polipləri necə müalicə edilir?

Müalicə simptomlara, yaşa və ümumi sağlamlıq göstəricilərinə görə dəyişir. Adətən müalicədəki məqsəd iltihabın qarşısını almaq və ölçüsünü azaltmaqdır. İlk olaraq burundan tökülən dərmanlarla başlanılır. Bununla ən kökdə yerləşən iltihab dağılmağa və azalmağa başlayır. Bu yaxşı effekt vermədiyi halda ağızdan qəbul edilən dərmanlar təyin edilə bilər.
Burun poliplərindən asılı olaraq bunlar təyin edilir:

İnfeksiyanı azaldan dərmanlar

İnfeksiyanın qarşısını alan antibiotiklər

Dəniz suyu

Allerjik reaksiyaya qarşı dərmanlar

Əgər dəniz suyu yoxdursa burun daxilinin yuyulması üçün 1 stəkan ilıq suya 2 çay qaşığı qədər dəniz duzu əlavə edib həll edə bilərsiniz. Bunu gün ərzində 2-3 dəfə etməyiniz tövsiyə edilir.

Bundan əlavə xalq təbabəti kimi yodlu duzlu sudan da istifadə edilir. Belə ki, 1çay qaşığı xörək duzu 1 stəkan ilıq suya əlavə edilərək həll edilir. Üzərinə isə 3 damcı yod məhlulu əlavə edilir. Hazırlanan məhlul gün ərzində 2 dəfə buruna çəkilir. Həmçinin poliplər yoda batırılmış pambıqla da tampon vasitəsilə silinə bilər.

Bu müalicələrə baxmayaraq simptomlar qalarsa, əməliyyat köməyə çatır. Əməliyyatla adətən bütün narahatçılıqlar aradan qaldırılır. Ancaq poliplər bir neçə ildən sonra yenidən təkrarlana bilər. Qarşısını almaq üçün burun damcıları ilə yanaşı polipin yaranmağına nəyin səbəb olduğunu tapmaq lazımdır.

Burun poliplərinin simptomları və müalicəsiƏməliyyat necə edilir?
Ümumi narkoz altında edilir. Adətən əməliyyatdan sonra pasiyentdə ağrı olmur. Cərrah endoskop vasitəsilə burun daxilində yerləşən bütün növ polipləri izləyə bilir. Öncələrlə müqayisədə hazırda əməliyyat heç də qorxuducu və ya çətin prosedur deyil. Əməliyyat olunan və ya ertəsi gün pasiyent evə buraxıla bilər.
Bəzən burun polipləri daha çox fəsad törədir:

Beyin ətrafındakı toxumalarda yaranan infeksiya

Göz ətrafında infeksiyanın artması (orbital selülit)

Sinüs sümüklərinin infeksiyası

Bu problemlər varsa həkim antibiotik təyin edə bilər. Bundan əlavə burun polipləri yuxu əsnasında hava axınının yolunu bağlaya bilər. Bu isə keyfiyyətsiz yuxu deməkdir.

Nə zaman həkimə müraciət edilməlidir?

Əlamətlər bir neçə gün müalicə edilməklə nəticə vermirsə həkimə müraciət edilməlidir. Əgər aşağıdakı problemləri yaşayırsınızsa həkimə müraciətdə vaxt itirilməməlidir:

Görmə zəifliyi

Göz ətrafı şişlik

Zehin bulanıqlığı

Hər bir halda həkim polip barədə ətraflı məlumat verərək pasiyenti düzgün istiqamətə yönləndirməlidir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 24 dekabr 2023

Oxşar xəbərlər

Ət xalı qopartmaq olarmı?

Ət xalı bəzi insanlarda doğuşdan bəzi şəxslərdə isə sonradan yarana bilər. xəbər verir ki, vücudunuzun hansısa bir yerində çıxa bilir. Bəziləri zərərsiz olsa da bəziləri olduqca təhlükəlidir. Et xal qoparilsa ne olur?. Qara

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin


masaj yuxuda qarin agrisi tecili tibbi yardim goz hekimi boyrek agrisi
masaj
is elanlari