Bu əlamətlər varsa, deməli, sizi gün vurub - Həkimdən XƏBƏRDARLIQ

Bu əlamətlər varsa, deməli, sizi gün vurub - Həkimdən XƏBƏRDARLIQHazırda yay mövsümü ilə əlaqədar günvurma halları artır. Lakin bir çox insanlar bunun əlamətlərini bilmədiklərindən dərhal panikaya düşərək düzgün olmayan istiqamətə yönəlirlər. Amma insanlar müəyyən qaydalara riayət etsələr günvurma hallarından qoruna bilərlər. Üstəlik, əlamətlərdən xəbərdar olmaq və ilkin tibbi yardım göstərməyi bacarmaq insanları günvurmanın ağır fəsadlarından qoruya bilər. Bəs görəsən, günvurmanın əlamətləri nədir və ondan necə qorunmaq lazımdır? Ümumiyyətlə, günvurma zamanı ilkin yardım kimi nə etməliyik?
Mövzunu KONKRET.az-a şərh edən tanınmış həkim Əsəd Beydullayev bildirib ki, isti iqlim qurşağında yaşayan insanlarda günvurma hallarına tez-tez rast gəlinir:
Bu əlamətlər varsa, deməli, sizi gün vurub - Həkimdən XƏBƏRDARLIQ"Günvurma hallarının daha çox rast gəlindiyi insan qrupuna 5 yaşında uşaqlar və 65 yaşdan yuxarı şəxslər daxildir. Digər tərəfdən, immuniteti zəifləyən, ağır xroniki xəstəlikləri olan insanlarda günvurma hallarına daha çox rast gəlmək mümkündür. Günvurma birbaşa düşən günəş şüalarının insana uzun müddət təsir etməsi nəticəsində bədən hərarətinin yüksəlməsi halıdır. Yüngül, orta və ağır dərəcələri olur. Təbii ki, hər dərəcəyə uyğun müvafiq klinik əlamətəri mövcuddur. Məsələn, yüngül dərəcəli günvurmada göz bəbəklərinin genişlənməsi, nəfəs darlığı, ürək döyüntüsünün artması, orta və ağır dərəcədə bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, halsızlıq və başgicəllənmə kimi əlamətlər olur. Ən ağır dərəcələrdə isə bədən hərarətinin 40-ın üzərinə qalxması, qarabasmaların olması mümkündür. Günvurmanın ən ağır formaları hətta ölümlə nəticələnə bilər".
Həkimin sözlərinə görə, bir şəxs uzun müddət günün altında çalışırsa, deməli günvurma riski böyükdür:
"Bir şəxs xüsusən saat 11:00-dan, 17:00-a kimi günəş altında olursa və bir müddətdən sonra həmin insanda dərinin qızarması, hərarətin yüksəlməsi, halsızlıq və başgicəllənmə kimi hallar qeydə alınarsa, dərhal ilkin yardım göstərilməlidir. İlkin yardım kimi mütləq sərin su verilməli, həmin insan kölgəyə çəkilməli, bədəni sıxan dar və isti geyimlər çıxarılmalı, sərin su ilə bədənin müxtəlif hissələri, xüsusən də qollar və dəri büküşləri silinməlidir. Bundan sonra Təcili Yardıma məlumat verilməli və xəstə müayinə edilməlidir".
Müşviq Tofiqoğlu,
KONKRET.az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 22 iyun 2023

Oxşar xəbərlər

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari