Baş ağrısının təbii müalicəsi

Baş ağrısının təbii müalicəsiBaş ağrsı basin hansısa bir nahiyəsindəki ağrı və ya narahatlıq hissi olaraq xarakterizə edilir.

Doktorinfo.az xəbər verir ki, baş ağrısı bir çox fərqli səbəblərdən qaynaqlana bilər və yüngül, şiddətli olaraq dəyişə bilər. Baş ağrısı adətən keçici olmaqla birlikdə bəzi vəziyyətlərdə mütəmadi və ya xroniki də ola bilər.

Baş ağrısına səbəb olan bəzi faktorları isə bu formada sıralana bilər:

Stress: Gündəlik həyatda stress, gərginlik baş ağrısına səbəb ola bilər.

Yorğunluq: Yuxu pozğunluğu həddindən çox çalışma, fiziki hərəkət sonrası yorğunluq baş ağrısına yol aça bilər.

Aclıq: Yanlış qidalanma və ya uzun müddət aclıq vəziyyətində qan şəkərində düşmə yaşana bilər və bu da baş ağrısına səbəb ola bilir.

Hormonal dəyişikliklər

Sinüzit: Sinüs boşluqlarının iltihablanması nəticəsində baş ağrısına səbəb ola bilir.

Miqren: Təkrarlayan baş ağrılarına səbəb olan bir baş ağrısı növüdür.

Təzyiq yüksəkliyi

Nevroloji problemlər və s.

Baş ağrısının təbii müalicəsi:
Baş ağrısının təbii müalicəsiBaş ağrılarının azalmasına, keçməsinə kömək edən bir sıra təbii vasitələr mövcuddur.

Ancaq bu ağrı xronikləşibsə və daha fərqli simptomlara yol açarsa həkiminizlə danışmalısınız.

Soyuq compress – Ən geniş yayılan üsullardan hesab edilir. Ağrıyan nahiyəyə soyuq kompresin tətbiqi ağrının yüngülləşməsinə səbəb ola bilər.

Bunun üçün sağlam torbaya buz qoyun və ağzını bağlayın.

Alma çayı – içindəki antioksidantlar başda olmaq üzrə minerallar və vitaminlər sayəsində vücuda dəstək olur və baş ağrısının azalmasına kömək edir. Çayı isti deyil ilıq ya da soyuq formada istifadə etsəniz baş ağrısının keçirmə mövzusunda daha effektli olacaqdır.

Lavanda yağı – İçindəki müxtəlif maddə sayəsində ağrıları sakitləşdirmək mövzusunda təbii vasitələrdəndir.

Qaynadıb bir kasaya aldığınız suyun üzərinə 4-5 damla qədər lavanda yağı əlavə edin və sudan yüksələn buxarı udun. Bu üsuldan daha fərqli bir üsul sınamaq istəsəniz sprey şüşənin içinə ağzına qədər su qoyun və suyun içinə miqdarına görə dəyişəcək formada ortalama 10-15 damla qədər lavanda yağı damladın. Yatmazdan öncə otağınıza, yatağınıza hətta yastığınıza bu qarışımı spreylə sıxın. Ağrısız bir günün dadını çıxarın.

Banan – Tərkibində potassium vardır. Bu da damarlar üzərində effektli təsir yaradır, onları rahatladır.

Qeyd edək ki, bununla zəngin olan kartofu da soyutma formasında bişirərək üzərinə duz əlavə etmədən yemək ağrıları yüngülləşdirə bilər.

Nanə yağı – təbii vasitələrdən hesab edilir. Başınız ağrayan zaman əlinizə bir neçə damla damladaraq ağrıyan sahəyə çəkərək ovalaya bilərsiniz.


DOKTORINFO.AZ
Xalq Təbabəti       Tarix: 24 oktyabr 2024

Oxşar xəbərlər

Kamforanın faydaları

Kamfora bir çox problem zamanı istifadə edilən, əksər evdə mövcud olan cövhərdir. Kəskin qoxuya sahibdir. Həmçinin efir yağları ilə zəngindir. xəbər verir ki, kamforanın tərkibində həm yağ, həm də spirt məhlulu mövcuddur

Baş ağrılarını azaldan çaylar

Baş ağrıları əksər insanın ortaq problemidir. xəbər verir ki, bir çox insan dərmana üz tutsa da bəziləri gündəlik əziyyət çəkdiyi baş ağrılarından təbii yollarla xilas olmaq istəyir. Bes bas agrilarini azaldan caylar hansilardir?

Öskürək, boğaz ağrısı... Naringi qabıqlarının möcüzəvi təsiri nədir?

Qış mövsümü bir çox xəstəliklərin kəskinləşdiyi dövrdür. Xüsusilə də öskürək, burun axıntısı, baş ağrısı kimi əlamətlər daha uzun və şiddətli davam edir. Bu zaman tibbi müdaxilə ilə yanaşı xalq təbabəti də xüsusi əhəmiyyə

Kürək ağrısının səbəbləri və təbii müalicəsi

Bel ağrısı nədən qaynaqlanır?. Kürək ağrısına nə yaxşı təsir göstərir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bel agrisinin sebebleri:. təqdim edir:. Duruş pozğunluqları. Uzun müddətdə masa arxasınd

Boyun duzlaşmasının təbii çarəsi

Duz toplanması problemindən bir çox şəxs əziyyət çəkir. Boyuna duz yığılması vücudda su-duz mübadilləsinin pozulmasından qaynaqlanır. Bu problem podaqra, ostexondroz, böyrəklərdə daş, oynaqlarda ağrı, öd daşları, damarlard

Böyrək ağrısının evdə müalicəsi

Böyrək ağrıları geniş yayılmış problemlərdən biridir. Bunun həm ötəri həm də ciddi səbəbləri ola bilər. Böyrək ağrılarının ciddi səbəbləri barədə ötən məqaləmizdə bəhs etmişdik. xəbər verir ki, böyrək ağrısı hər zaman cidd

Mədə üçün faydalı içki

Qastrit və xora bir çox insanın üzləşdiyi problemdir desək yanılmarıq. xəbər verir ki, bu xəstəlikdən əziyyət çəkənlərə adətən individual yanaşılır. Tətbiq edilən müalicə hamı üçün uğurlu nəticə verməyə bilər. Bu səbəbdə

Buz terapiyasının faydası

Hər zaman ağrıyan nahiyələrə görə, dərmanlar təyin edilir. İnsanlar isə təbii üsullarla ağrıları aradan qaldırmağa kömək edir. xəbər verir ki, aparılan araşdırmalara görə, bir sıra dərdləri dərmansız müalicə etmək mümkündür

Yüksək təzyiq üçün bitki çayları

Yüksək təzyiq, ciddi sağlamlıq problemlərinə yol aça biləcək bir vəziyyətdir. Həyat tərzi dəyişiklikləri ilə birlikdə təbii həllər də bu vəziyyəti idarə etməyə kömək ola bilir. xəbər verir ki, bitki çayları,təzyiqi aşağ


masaj yuxuda goz hekimi tecili tibbi yardim mede agrisi cinsi xestelikler
masaj
is elanlari