Bananın bilmədiyiniz faydaları

Bananın bilmədiyiniz faydalarıBanan, dünyada ən çox yetişdirilən tropik meyvə hesab edilir. Bəzən şəkər ehtiyacının qarşılanması, bəzən də tox tutması üçün yeyilən banan ən faydalı meyvələrdən biridir. Rahat həzm edilən karbonhidrat tərkibi və yumşaq toxuması sayəsində bütün yaş qrupları arasında sevilərək yeyilir.

Bəs sağlamlıq üçün hansı faydaları mövcuddur?
Potasiumla zəngindir – Yüksək tərkibi ilə vücudun mayesini tənzimləməyə yardım edir. Potasium, əzələlərin gərginləşməsinin qarşısını alır. Ürək döyüntülərini tənzimləyir. Yaş irəlilədikcə sümük sağlamlığını qoruyurkən böyrək daşı yaranması riskini aşağı salır.

Təzyiqi nizamlayır. Banan istifadəsi qan təzyiqi üzərində təsirlidir. Aşağı sodium, yüksək potasium tərkibli qidalanma, yüksək təzyiqi nizamlamaq üçün əhəmiyyət daşıyır. Gündəlik 1 orta boy banan istifadə edərək gündəlik potasium ehtiyacının təxminən 100-də 9-nu qarşılaya bilərsiniz.
Bananın bilmədiyiniz faydalarıXərçəngə qarşı qoruyur - Tərkibində mövcud olan lektin sayəsində immunitet sistemini qoruyur. Lektin bir antioksidant kimi vücuda zərər verən sərbəst radikallara qarşı mübarizə aparır. Sərbəst radikallar vücudda toplanmır və hüceyrə zədələnməsi baş vermir. Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.

Banan zəngin B6 vitamini deposudur. Qırmızı qan hüceyrələrinin yaradılması, karbonhidrat və yağların enerjiyə çevrilməsi, immun sistemi funksiyalarını yerinə gətirə bilməsi üçün gərəkli proteinlərin sintezi, böyrək, qaraciyərin sağlam olmağı cəhətdən B6 vitamini çox mühümdür. Banan həmçinin C vitaimini qaynağıdır. Bu vitamin sayəsində hüceyrələr və toxumalar qoruna bilir, dəmir sovrulması asanlaşır. Vücud kollagen istehsal edir.
Bananın bilmədiyiniz faydalarıÜrəyi qoruyur – Potasium, lif, fol turşusu və C vitamini ilə zəngin olan meyvə, ürək sağlamlığını mükəmməl şəkildə qoruyur. Ölüm risklərini aşağı endirir.

Qan şəkəri səviyyəsini aşağı endirməyə kömək olur. Yüksək lifli qidalanma modeli ilə tip 2 diabetin görülmə riskini aşağı endirmək, həm də tip 2 diabeti olan şəxslərdə qan şəkəri nizamını təmin edir. Lif və B6 vitamini 2 tip diabetə qarşı qoruyur. Ancaq diabet xəstələri banandan istifadə edərkən diqqətli olmalıdırlar.

Həzmi asanlaşdırır. Bağırsaqların fəaliyyətinə müsbət təsir göstərir.

Yaddaşı gücləndirir – Tərkibində olan triptoan, serotonin, melatonin kimi vacib birləşmələrin sintezində rol alan aminoasitdir. Bunun sayəsində ruh halı, yuxunun tənzimlənməsində müsbət təsiri vardır.

Enerji verir – İdmançılar arasında istifadə edilən meyvələr arasındadır. İtirilən enerjini banan vasitəsilə təmin edə bilərsiniz. Həmçinin potasium, maqnezium, kalsium minerallar sayəsində əzələ sancıları, ağrılarının azalmasına kömək olur.
Bananın bilmədiyiniz faydalarıBanan necə istifadə edilməlidir?

50 növü olan meyvədir. Bütün dünyada bir çox növü yetişir. Əvvəllər qırmızı və ya yaşıl rəngə sahib bananlar bişirilərək istifadə edilirdir. Daha sonra bananın çiy olaraq da ləzzətli olduğu kəşf edildi. Satış olaraq payız və qış aylarında artım olsa da bütün fəsillərdə bu meyvəni tapmaq mümkündür.

Ən çox maraq mövzularından biri isə bananın qəbizlik yaradıb-yatamamağıdır.

Qeyd edək ki, tərkibində həzmi çətinləşdirəcək miqdarda nişasta olduğu üçün qəbizlik yarada bilsə də, lif tərkibi ilə bağırsaqların hərəkətliliyini sürətləndirir. Əgər həddindən çox yeyilərsə qəbizlik yarada bilər, ancaq fasilələrlə yeyildiyi müddətcə yaratmaq ehtimalı yoxdur.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 19 avqust 2023

Oxşar xəbərlər

Kompüter arxasında çalışanlar nece qidalanmalıdırlar?

Hazırda kompüterlə iş yetəri qədərdir. Ancaq kompüterin insan sağlamlığına eləcə də gözlərə və beyinə zərəri olduqca çoxdur. xəbər verir ki, kompüterlə işləmək beyin fəaliyyətini artıran işlərdən hesab edilir. Az məluma

Bəhməzin faydaları

Bəhməzin insan vücuduna bir çox faydası mövcuddur. xəbər verir ki, qatqı maddəsi olmayan bəhməzlər istifadə edildiyi zaman boğazda yanma yarada bilər. Mütəmadi istifadə edildiyi zaman piylənmə, qadın xəstəlikləri, qansızlıq

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Cəfərinin faydaları nələrdir?

Cəfəri, həm mətbəxdə ləzzət qatıcı bir ədviyyat olaraq istifadə edilən həm də sağlamlıq cəhətdən bir çox faydası olan bitkidir. xəbər verir ki, A, C, K və E vitaminləri, potassium, kalsium, demir və maqnezium kimi mineralla

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Quava meyvəsi faydaları

Orta Amerika, Hindistan başda olmaq üzrə bir çox tropikal və subtropikal bölgədə yetişən quava meyvəsi, quava ağacından əldə edilən qabıqlı bir meyvədir. Oval formalı, rəngi açıq yaşıl və ya sarıdır. xəbər verir ki, antioksidan

Kətan toxumunun faydaları və zərərləri

Kətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur. Kətan toxumu, yağ, lif və antioksidan


masaj yuxuda dis agrisi goz hekimi mede agrisi boyrek agrisi
masaj
is elanlari