Anoreksiya nervoza, arıqlıq xəstəliyi nədir?

Anoreksiya nervoza, arıqlıq xəstəliyi nədir?Anoreksiya nervoza, vücud ağırlığında anormal dərəcədə hiss edilən artıq çəki alma qorxusu, qida pozğunluğuna verilən addır. Həmçinin anoreksiya iştahsızlıq adı ilə də bilinir.
Anoreksiya nervozaya məruz qalan şəxslər arıqlamağa davam etmək üçün, yediklərini bir az da azaldırlar. Vücudun ehtiyacı olan kalori qəbuluna nəzarət etmək üçün yemək yedikdən sonra qusa bilərlər, pəhriz həblərindən həddindən çox istifadə edə bilərlər. Nəticədə düzgün olmayan şəkildə arıqlamağa başlayırlar. Belə xəstələr adətən arıqlasalar da çəkilərindən razı qalmazlar və kökəlmək qorxusu ilə yanlış addımlar atmağa davam edirlər.

Anoreksiyanın təməlinə diqqət yetirsək bu, yeməklə əlaqəli deyildir. Tibb mütəxəssislərinə görə, bu həm də psixoloji problemdir.

Psixoloji seanslar nəticəsində şəxs öz problemi ilə üzləşə bilər və bununla da daha düzgün qidalanmağa başlayar.

Səbəbi

Anoreksiyanın tam olaraq səbəbi məlum deyil. Ancaq problemin genetik quruluş, ətraf faktorlarla bağlı olaraq ortaya çıxdığı söylənə bilər. Adətən mütəmadi olaraq pəhriz edilməsi ilə başlayan müddət, keyfiyyətsiz çəkiyə çatan şəxsin xarici görünüşündən əsla məmnun olmaması səbəbiylə getdikcə irəliləyir. Nəticə olaraq anoreksiya xəstələrində çəki qazanmaqdan hədsiz dərəcədə qorxan ruh halı ortaya çıxar.

Uşaqlıq travmaları, kök adamların hansısa uğur əldə edə bilməz kimi düşüncələri belə insanların həyat keyfiyyətinə mənfi təsir göstərir. Genetik faktorlar arasında hormonal pozuntular da yer alır.

Xəstəlik əlamətlərinə sahib insanların seçilməsi olduqca çətin ola bilər. Belə insanlar əksinə çəkili olduqlarını düşünərək bol geyimlər seçirlər.
Xəstəliyin səbəb olduğu bəzi fiziki problemlər həyatlarını təhdid edəcək səviyyəyə çata bilər.
Anoreksiya nervoza, arıqlıq xəstəliyi nədir?Fiziki əlamətləri təqdim edirik:

Çəki itkisi

Arıq görüntü

Aşağı qan dəyərləri

Aşağı təzyiq

Qarın ağrısı

Baş ağrısı

Yuxusuzluq

Menstruasiyanın vaxtında olmaması

Quru dəri

Saç və dırnaqlara problemlərin yaranması

Yorğunluq

Cinsi istəksizlik

Depressiv hal

İdmanla məşğul olmaq istəyi

Şəxsin ac olduğunu rədd etməsi

Çəkisini tez-tez yoxlaması

Yaddaş itkisi

Anemiya
Anoreksiya nervoza, arıqlıq xəstəliyi nədir?Ürək problemləri

Sümük əriməsi

Böyrək problemləri

Testesteron səviyyəsinin düşməsi

Sosial məkanlara daxil olmamaq

Ölüm
Anoreksiya nervoza, arıqlıq xəstəliyi nədir?Diaqnoz:

Xəstənin anoreksik olduğunu düşünən həkimlər, müxtəlif test və üsullar köməyi ilə diaqnoz qoya bilərlər. Fiziki müayinə ilə xəstənin vücud kütlə indeksi, ürək ritmi, təzyiq, vücud istiliyi, dəri və dırnaqların vəziyyəti yoxlanılır. Vücuddakı elektrolit sayısı qan analizləri ilə ölçülür. Bununla yanaşı psixoloji test edilir.
Həmçinin tiroid hormonunun funksiyaları müayinə edilir.

Müalicə:
Anoreksiya nervoza, arıqlıq xəstəliyi nədir?Müalicə müddətində adətən birdən çox həkim nəzarəti olur. Xüsusi qidalanma tərtib edilir. Bununla yanaşı psixoloji seanslar qəbul edilə bilər. Müalicə zamanı antidepressantlardan, hansısa orqanda çıxan problemi sağaltmaq məqsədilə dərmanlardan istifadə edilə bilər. Dərmanın miqdarı xəstədə olan vəziyyətin şiddətindən asılıdır. Həkim nəzarəti olmadan dərmanlardan imtina edilməli deyil. Çünki dərmanları kəsən zaman öncəki problemlər, qorxular anidən başlaya bilər. Anoreksiya özbaşına keçən xəstəlik deyil.
Bu xəstəliyin müalicəsində məqsəd xəstəni normal çəkiyə gətirməkdir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 11 sentyabr 2023

Oxşar xəbərlər

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema


masaj yuxuda bogaz agrisi hamilelik testi mede agrisi cinsi xestelikler
masaj
is elanlari