Anemiya nədir?

Anemiya nədir?Qanazlığı olaraq bilinən anemiya, bədəndə toxumalara oksigen daşıyacaq qədər sağlam qırmızı qan hüceyrələrinin olmaması və ya hemoqlobin proteinin normaldan az olmasıdır.

Doktorinfo.az məlumat verir ki, anemiya zamanı qan analizində hemoqlobin və ya hematokrit miqdarının az olması aşkarlanır.

Həddindən artıq yorğunluq, əl-ayaqlarda soyuqluq, qan itirilməsinə bağlı dərinin avazıması, dırnaqların qırılan vəziyyətə gəlməsi və nəfəs darlığı anemiyanın əsas əlamətlərindəndir. Anemiyanın ən çox yayılan növü dəmir defisitli anemiyadır və zamanla keçməsinə baxmayaraq xroniki hala da gəlib çıxa bilir. Qan testləriylə meydana çıxan qanazlığı, dərman və müxtəlif yollarla müalicə edilə bilir.

Anemiya başgicəllənməsi, ürək döyüntülərinin artması və iştahsızlıq kimi simptomları da özündə cəmləyir. Qırmızı qan hüceyrəsinin əksikliyi başda olmaqla kritik vitamin və mineralların əksikliyi qanazlığı xəstəliyinin yaranmasına səbəb olur. Qandakı hemoqlobin səviyyəsinin kişilərdə 130 q, qadınlarda 120 q, yenidoğulmuşlarda isə 140 qramdan az olması anemiya olaraq adlandırılır. Gənc qadınlarda dəmir əksikliyi anemiyasına daha çox rast gəlinir. Bunun səbəblərindən biri aybaşı dövründə qan itirilməsi ilə əlaqədardır. Xroniki şəkildə davam edərkən qidalanma, təbii üsullar və dərmanlarla müalicə tətbiq olunur.
Anemiya nədir?Anemiya (qanazlığı) nə üçün yaranır?

Anemiyanın 4 əsas səbəbi var: qan itirilmə, qırmızı qan hüceyrəsinin istehsal əksikliyi, qırmızı qan hüceyrələrinin sürətli məhv olması və qırmızı qan hüceyrələrinin əmələ gəlməsi üçün lazım olan vitamin və mineralların (dəmir, B12 vitamini və fol turşusu) qəbulu və ya sorulmasının əskik olmasıdır.

Qan itirilməsi nəticəsində yaranan anemiyaların ən böyük səbəbi; qadınlarda adət dövrü qanamaları, mədə-bağırsaq sistemi ilə əlaqəli qanaxmalar, trombositlərin və ya laxtalanma faktorlarının azalmasıdır. Qırmızı qan hüceyrələri kifayət qədər olmaması, müxtəlif xroniki xəstəliklər, sümük iliyi xərçəngi (leykoz) və qırmızı qan hüceyrələrində sürətli itirilməsinə səbəb olan irsi xəstəlikləri də göstərmək olar. Həmçinin bəzi dərman vasitələri, bəzi autoimmun xəstəliklər, xərçənglər, hamiləlik, körpə çağı, yeniyetmə dövrü və yaşlılıq anemiyanın səbəbləri arasında yer alır.

Bədənin qırmızı qan hüceyrələrinin əmələ gəlməsi üçün B12 və fol turşusu (B9) kimi vitaminlərə, dəmir kimi minerallara da ehtiyac var. Dəmir əksikliyi anemiya bu səbəbdən ən çox rast gəlinən növlərindəndir. Bədəndə az dəmir varsa daha az hemoqlobin yaranır və daha az oksigen daşınır.

Qanazlığının növləri
Anemiya nədir?Qanazlığı öz içində aplastik, hemolitik, meqaloblastik və pernisioz anemiya olaraq dörd yerə ayrılır.

Aplastik anemiya sümük iliyindəki bir pozulmadan qaynaqlanır. Sümük iliyinin qan yaradan hüceyrələri immun sistemi hüceyrələri tərəfindən yox edilir. Bu lazımi qanın yenidən əmələ gələ bilməməsini göstərir. Sadəcə qırmızı qan hüceyrələri deyil, eyni zamanda digər qan hüceyrələrinin də sayı azalır.

Hemolitik anemiyada qırmızı qan hüceyrələri normal ömürlərini tamamalaya bilmədən məhv olurlar. Sümük iliyi yeni qan hüceyrələrini orqanizmin ehtiyacı olan müddətdə yaratmır və anemiya meydana çıxır. Hemolitik anemiyanın bir çox səbəbi var. Bədənin öz anticisimlərinin qırmızı qan hüceyrələrinin parçalanmasına səbəb olduğu autoimmun hemolitik anemiya da var.

Meqaloblastik anemiya isə DNT sintezində yaranan bir pozulma zamanı meydana çıxır. B 12 və ya fol turşusu əksikliyindən qaynaqlana bilir. Meqaloblastik anemiya da eritrositlər daha az miqdarda yaranır, amma normal ölçüsündən daha böyük olur. Pernisioz anemiya B 12 vitamini əksikliyindən qaynaqlanan autoimmun bir anemiya növüdür. B 12 vitamini qan yaranması üçün vacibdir. Orqanizmdə B 12 vitamini intrinsik faktor olaraq adlandırılan bir qlikoprotein yoluyla mədədə sorulmaqdadır. Bu xəstəlikdə bədənin öz anticisimləri B 12 vitaminin orqanizm tərəfindən sorulmasının qarşısını alır.
Anemiya nədir?Qanazlığının simptomları nələrdir?

Halsız və yorğun hissetmə, baş ağrısı, nəfəs darlığı, ürək ritminin sürətlənməsi, dəridə avazıma və əl-ayaqlarda soyuqluq qanazliğinin əsas əlamətlərindəndir. Həmçinin saç tökülmə, dırnaq qırılma, dildə iltihablanma və yaralanmalar, qidadan başqa yemə istəyi (pika xəstəliyi); oboy, torpaq, qar və ya buz yemə, həmçinin neft və boya qoxusunu sevmə kimi hallar,əl və ayaqlarda gizildəmə, aqressiv davranış və cinsi istəksizlik də bu sıralanmaya aiddir. Orqanlara az qan səbəbi ilə oksigen daşınmasının azalması enerji azlığı yaradır, zeiflik və yorğunluq özünü göstərir. Orqanaların istədiyi kimi işləməsini təmin edə bilməyən qan və oksigen az olması vəziyyəti, beyindəki qan damarlarını şişirdir və bu hal baş ağrısına səbəb olan təzyiq yaradır. Eyni təzyiq başgicəllənməsini də yaradır. Ürək döyüntüsünü də oksigen səviyyəsinin az olması ilə əlaqədardır. Müalicə edilməyən anemiya ciddi kardiovaskulyar problemləri də artıra bilir.

Anemiya əleyhinə faydalı olanlar

Qanazlığı zamanı təbii məhsullar, qidalar, arı məhsulları və bir sıra meyvə-tərəvəz və ya digər bitkilər çox kömək ola bilər. Xüsusilə, keçibuynuzu bəhməzi, küncüt halvası, əncir qurusu, qırımızı ət, qaraciyər, portağal, gicitkən, qarabaşaq, qaratikan balı və apikompleks kimi məcunlar faydalıdır. Həmçinin düzgün qidalanmayla fol turşusu və B 12 vitamini dəyərləri də arta bilər. Lazım olacaq qədər qida yolu ilə alınmırsa, vitamin və mineral kimi qida əlavələrinə ehtiyac duyula bilər. Veqan və vegeteryanların dəmir və B 12 vitaminini heyvan mənşəli qidalardan təmin etmədikləri üçün vitamin və minerallları almağa daha çox ehtiyac olur.

Anemiyanın diaqnozu necə qoyulur?
Anemiya nədir?Anemiya diaqnozu həkimin klinik müayinə və ümumi qan analizi ilə ilkin olaraq düşünülür. Hemoqram analizində qandakı hemoqlobin miqdarı dəyərələndirilir. Dəyərlər normal sərhəddən azdırsa anemiya diaqnozu qoyulur. Hemoqram analizində çıxan şübhələrə görə leykoformula, nəcis və sidik analizleri, dalaq və böyrəklərin ultrasəs müayinəsi də gərəkli ola bilir.

Anemiyanın müalicəsi necə aparılır?

Anemiyanın bir çox səbəbi tapılır və müalicə ilə düzələ bilir. Dəmir defisitli anemiya zamanı qan dəyərlərinə əsasən dəmir müalicəsi təyin edilir. Xroniki xestelikler nəticəsində xroniki xəstəlik müalicə olunmalıdır. Çox şiddətli anemiya zamanı xəstənin xəstəxanaya yatırılması və qan köçürülməsi lazım ola bilir. Bu qərar anemiyanın müddəti, xəstənin yaşı və öncəki xəstəlikləri kimi müxtəlif faktorlardan asılıdır.

Dr. Elnur Eldaroglu


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 22 yanvar 2024

Oxşar xəbərlər

Angina müalicəsi

Angina günümüzdə geniş yayılan, narahatçılıqlar yaradan badamcıqların iltihablanmasıdır. xəbr verir ki, görüntüsündən asılı olaraq qırmızı və ya ağ angina olaraq adlandırılır. Virus və ya bakteriyal qaynaqlı olur. Bunun dəqi

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Kəpənək xəstəliyi nədir?

Tibbi adı ilə "Sistemik Lupus Eritematozus" olaraq bilinən kəpənək xəstəliyi, vücudu qoruyan immun sisteminin dəri, oynaqlar, böyrəklər, beyin, ürək, ağciyərlər və qan hüceyrələri də daxil olmaq üzrə yanlışlıql

Qaraciyərdə ləkə nədir?

Qaraciyərdə ləkə görüntülənmə üsullarıyla edilən müayinələrdə müəyyənləşən, qaraciyərin normal qismlərindən fərqli görünən sahələri ifadə edər. xəbər verir ki, bu ləkələr əksər zaman müəyyən səbəblərə bağlı olaraq ortay

Ayaqda göbələk xəstəliyi

Ayaqda göbələk problemi, ayaqlarda qaşıntı və parlaq qırmızı səpkilərə səbəbiyyət verən infeksiyadır. xəbər verir ki, bu infeksiya, soyulma, yanma hissi, qızarıqlıq, su toplama, qaşıntı və yaralara səbəb olur. Çox görülə

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Mədə yırtığı

Mədə yırtığı, mədənin üst qismi diafraqmadakı bir açıqlıqdan sinəyə doğru yaranan şişkinlikdir. Mədə yırtığı haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, diafraqma, qarın boşluğunu döş qəfəsi boşluğunda


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari