Anadan uşağa ötürülən xəstəliklərin - Siyahısı

Anadan uşağa ötürülən xəstəliklərin - SiyahısıUşaqlar valideynlərində nəinki xarici görünüş, göz, saç rəngi, təəssüf ki, bir çox xəstəlikləri də "hədiyyə" alır.
Genetiklər bildirir ki, xüsusən anadan uşağa keçən tipik qadın xəstəlikləri, eləcə də sırf atadan övlada keçən kişi xəstəlikləri vardır. Eləcə də qız-oğlan, fərq etmir, oğlan uşaqlarına da anadan bir sıra xəstəliklər ötürülür.
Axar.az Medicina.az-a istinadən ananızdan sizə miras qalan xəstəliklərin siyahısını təqdim edir.
- Miqren - tipik qadın xəstəliyidir. Kişilərdə də varsa, deməli, anasından ötürülüb.
Statistika göstərir ki, miqren 80 faiz hallarda anadan keçmiş irsi xəstəlikdir. Bir gen vardır ki, onun işi pozulanda ətraf aləmdən beyinə qıcıqlandırıcı siqnallar gedir. Eləcə də miqren estrogen və progesteronun dəyişməsi ilə, azalıb yüksəlməsi ilə bağlı ola bilər.
- Bəzi onkoloji xəstəliklər - ilk növbədə süd vəzi, uşaqlıq və yumurtalıq xərçəngi anadan qıza ötürülə bilir. Bu, 100 faiz demək deyil, amma risk var.
Araşdırmalar göstərib ki, 15 faiz hallarda qızlara onkoloji xəstəliklər anadan və ya nənədən - qadın xəttindən ötürülmüş olur.
- Bədən quruluşu, anomaliyalar və vərdişlər.
Sübut olunub ki, ana gəncliyində nə qədər yaxşı bədən quruluşu, hündür boylu olubsa, onun qızı 50 faiz bu bədən quruluşunu təkrarlaya biləcək. Əgər ana uşaqlıqda piylənməyə meyilli idisə, 50 faiz halda onun uşaqları da eyni halı yaşayacaq.
Alimlər bildirir ki, əgər ana və ata hər ikisi uşaqlıqda artıq çəkili olubsa, uşaqları 70 faiz halda artıq çəkili olacaq.
- Depressiya və psixi pozğunluqlar.
Ruhi, nevroloji, psixi pozuntular ata və anadan, 30 faiz hallarda anadan keçir.
Depressiv, melanxolik ananın eyni özü kimi övladının doğulması riski çoxdur. Bu məsələdə günahkar serotonin hasilini azaldan xüsusi genlərdir.
- Erkən klimaks.
Normal halda klimaks 45-50 yaşdan sonra başlayır. Lakin bəzi hallarda hətta 35 və bundan da erkən yaşda klimaks keçirən qadınlar olur. Əgər ana, nənə xətti erkən klimaks keçiribsə, onların qızları da 85 faiz halda bu problemlə üzləşəcək.
- Ürək-damar xəstəlikləri.
İnsanın ölümünə ən çox səbəb olan bu xəstəliklər 20 faiz halda irsi keçir.
- Allergiya.
Burda ana, yoxsa ata xəttinin rol oynadığını söyləmək çətindir. Əgər hər iki valideyndən birində ciddi allergiya varsa, onların övladının allergik olması riski 40 faiz artır. Hər ikisi allergikdirsə, deməli uşaq 80 faiz allergik doğulacaq.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Hemoliz nədir?

Hemoliz nedir?. xəbər verir ki, hemoliz, eritrositlər olaraq bilinən qırmızı qan hüceyrələrinin böyük ölçüdə parçalanması nəticəsində oksigen daşıyan hemoqlabinin proteinin sərbəst qalmasıdır. Çox az qırmızı qan hüceyrəs

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?

Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v


masaj yuxuda tecili tibbi yardim tecili yardim hamilelik testi babasil mualicesi
masaj
is elanlari