Ağız xərçənginin simptomları və müalicəsi

Ağız xərçənginin simptomları və müalicəsiAğız xərçəngi, ağız və ya dodaqların hansısa bir yerində anormal hüceyrələrin böyüməsidir. Ağız xərçəngini mümkün olduğu qədər erkən mərhələdə aşkar etmək və müalicə lazımdır. Cərrahi əməliyyat daha çox seçilir. Cərrah mümkün olduğu qədər təcrübəli, güvənli, diqqətli mütəxəssis olmalıdır.
Ağız xərçəngi, böyüməyə başlayan hüceyrə növünə görə xarakterizə edilir. Skuamöz hüceyrəli karsinom, 10 xəstədən 9-da ən geniş yaratdığı ağız xərçəngidir.

Daha az yayılan olan ağız xərçəngi növləri isə aşağıdakılardır:

Tüpürcək vəzlərinin içində yaranan xərçəng

Sümük, qığırdaq, əzələ və digər toxumalarda böyüyən sarkom

Dəri piqmenti istehsal edən hüceyrələrdə xərçəngin başladığı oral malign melanom. Bunlar adətən qanayan çox tünd şişliklər olaraq görülür.

Lenfoma

Digər baş və boyun xərçəng növləri arasında bunlar yer alır:

Qırtlaq xərçəngi

Tiroid vəzi xərçəngi

Qida borusu

Burun və sinüs şişləri və s.
Ağız xərçənginin simptomları və müalicəsiAğız xərçəngi əlamətləri nələrdir?

Əlamətlərdən hansısa birinin 2 həftədən çox davam etməsi vəziyyətində zaman itirmədən həkimə müraciət etmək vacibdir.

Əlamətləri təqdim edirik:

Sağalmayan ağız yarası

Ağız içində yumru şişlik

Bəyaz və ya qırmızı yaralar

Ağız daxilində rəngi solan, düzəlməyən nahiyə

Uzunmüddət sağalmayan boğaz ağrısı

Səs tutulması

Pis ağız qoxusu

Çeynəmə və ya udma problemi

Dildə və ya ağızın bir hissəsində uyuşma

Dişlərin ətrafında və çənədə hiss edilən ağrı

Səbəbi bilinməyən sürətli arıqlama və s.

Necə diaqnoz qoyulur?

Yaranan lezyonun müayinəsi və biopsiya vasitəsilə diaqnoz qoyulur. Həmçinin bir sıra testlər aparılır:

Baş və boyunun MRT-i

Limfa düyünlərinin yoxlanışı

Vücudun digər nahiyələrində xərçəngin olub-olmamasını öyrənmək üçün aparılan testlər

Həkim, ucunda kiçik kamera olan aləti boğazdan aşağı salaraq qırtlaq, qida borusu və ağciyərlərə də baxa bilər.

Müalicəsi
Ağız xərçənginin simptomları və müalicəsiXəstənin ümumi sağlamlıq vəziyyəti, xərçəngin başladığı zaman, mərhələsi dəqiqləşdirilir. Ən geniş yayılmış müalicə üsulu cərrahi müdaxilədir. Xərçəngin vücudun digər nahiyələrinə yayılmasının qarşısı alınması üçün çıxarılır.

Radioterapiyadan bəzi kiçik şişlər üçün müalicə edilir. Xərçəng hüceyrələrini öldürmək üçün yüksək enerjili şüalardan istifadə edilir. Ehtiyac görülərsə prosedurdan öncə şişləri kiçiltmək məqsədilə kimyaterapiya tətbiq edilir. Xəstəlik erkən aşkar edilərsə müalicə də bir o qədər effektli olar.

İmmunoterapiyada isə immunitet sistemini gücləndirmək, xərçənglə mübarizə apara bilməsi üçün dərmanlardan istifadə edilir. Bu müalicə üsulu standart müalicələrə cavab verməyən son mərhələ xəstələr üçün tətbiq edilir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 19 sentyabr 2023

Oxşar xəbərlər

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir


masaj yuxuda mede agrisi tecili yardim babasil mualicesi bogaz agrisi
masaj
is elanlari