Yenidən qapanma olacaq? – Deputat açıqladı
Yoluxma sayı 10 min də olsa qapanma olmayacaq.
Axar.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Əmək və sosial-siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, bu ştammın yoluxduruculuq qabiliyyəti sürətlidir:
"Hər kəs peyvəndlənib. Nə qədər çox yoluxma olsa da, hamı qrip kimi keçirir. Kimdən soruşsanız, Omikron ştammını klassik formada keçirdiyini deyəcək. Düzdür, elə insan ola bilər ki, bir qədər ağır keçirsin. Lakin əvvəlki qriplər kimidir.
Bu ştamm koronavirus kimi deyil. Bunun yoluxduruculuq qabiliyyəti sürətlidir. Koronavirusdan dəfələrlə artıqdır. Bir saniyədə viruslu xəstə ilə təmasda olan kimi insan xəstələnir. Lakin xəstəlik ağır deyil".
Deputatın fikrincə, koronavirus pandemiyasından öncə də insanlar qrip olan şəxslə sosial məsafə saxlayırdılar:
"Koronavirus pandemiyasına qədər hər hansı bir şəxs qrip olanda hamı kənara çəkilirdi ki, mənə yoluxmasın. Və ya deyirdilər filankəs xəstə idi, mənə də ondan keçdi. Onsuz da həmişə tənəffüs yollarının kəskin respirator yolla keçən xəstəliyi sosial məsafə saxlamağı tələb edirdi. Sosial məsafə saxlamaq, xəstə olan şəxslə məsafəni məhdudlaşdırmaq yeni çıxmayıb. Pandemiyadan öncə də belə olub".
M.İbrahimqızı qeyd edib ki, karantin qaydaları sərtləşdirilməyəcək:
"Pandemiya ilk başlayan gündən dünyada insanlar arasında vahimə yarandı. Ona görə, də insanlar ona belə münasibət bəslədi. Xəstələrdən uzaq durmalı, bilmədiyi məclislərə getməməlidir. Çünki elə insanlar var ki, xəstə-xəstə gəlirlər. Maska istifadə edib, sosial məsafə qorunmalıdır. Karantin olacağını düşünmürəm. Məhdudiyyətlər də olmayacaq. Çünki əhalinin 60 faizi peyvəndlənib. Çox adam yoluxub sağalıb".
DOKTORINFO.AZ İndiqo, Kristal uşaq kimdir?
İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar
Ən yaxşı D vitamini necə seçək?
Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq
Lavanda yağının faydaları və zərərləri
Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema
Bəyaz sirkənin faydaları
Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka
Payız qripi zamanı nə etməli?
Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali
Dil uyuşması nə üçün olur?
Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət
Dil yarasının səbəbləri və müalicəsi
Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran
Yaşa görə nəbz nə qədər olmalıdır?
Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy
Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?
Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd