"Xəstəlik deyil, simptomdur": Sağlam adamın başı niyə ağrıyır?
"Başağrısı, əsasən, xəstəlik deyil, bir simptomdur, funksional mənşəli xəstəliklər zamanı meydana gəlir".
KONKRET.az xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 44 nömrəli Şəhər Poliklinikasının həkim-nevropatoloqu Minayə Əliəsgərova deyib. Həkimin sözlərinə görə, neyrogen və psixogen amillərin təsirindən əmələ gələn başağrıları orqanizmin bir çox orqan və sistemləri ilə bilavasitə əlaqədar olur:
"Kliniki təsnifata görə, başağrılarının bir çox növləri var. Bunlardan miqren tipli, gərginlik başağrısı, klaster, servikogen, abuzus, giqant, hüceyrəli, arterit başağrılarını göstərmək olar".
Həkim-nevropatoloq onu da bildirib ki, müasir dövrdə ən çox rast gəlinən başağrısı miqren tipli, gərginlik və servikogen başağrılarıdır:
"Miqren tipli ağrılar, birtərəfli, nəbz kimi vuran olur, dörd saatdan bir neçə günədək davam edir. Bu zaman heç bir ağrıkəsici kömək etmir.
Servikogen başağrıları başın təpə, ənsə hissəsini, qulağın yuxarı hissəsini əhatə edir. Gərginlik başağrıları, əsasən, ikitərəfli olur, abuzus baş ağrıları isə uzun müddət analgetik qəbulunu saxladıqdan sonra baş verir. Kranialgiya dedikdə isə kəllə daxilində və başın müxtəlif nahiyələrində lokalizə olunmuş ağrı hissiyyatı nəzərdə tutulur".
Mütəxəssis başağrılarının, əslində, praktiki sağlam insanlarda da müşahidə edildiyini deyib. Buna səbəb olan amillər sırasında isə gərgin iş fəaliyyətini, iqlim dəyişkənliyini, istirahətsiz yaşam tərzini, yuxu rejiminin pozulmasını, zərərli vərdişləri (siqaretdən, spirtli içkilərdən istifadə) göstərib. Onun sözlərinə görə, hazırda başağrılarının allergik formasına da tez-tez rast gəlinir:
"Belə ki, müxtəlif kimyəvi maddələr, kosmetik boyalar, bitkilərin tozları başağrısına səbəb ola bilir. Ümumiyyətlə, poliklinikaya başağrısı şikayəti ilə müraciət edən pasiyentlərə ilk növbədə nevroloji baxış keçirilir, ilkin funksional müayinələr aparılır, ehtiyac yaranarsa, onlara instrumental-diaqnostik müayinələrə göndəriş verilir, xəstəliyin növünə uyğun olaraq dərman preparatları təyin olunur"./oxu.az
DOKTORINFO.AZ Hərbi xidmətə yararsız xəstəliklər
Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd
Hansı Masaj Növü sizə uyğundur ?
Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla
Dil yarasının səbəbləri və müalicəsi
Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran
Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?
Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm
Böyrək xərçənginin simptomları və mərhələləri
Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma
Qanda leykosit nədir?
Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva
Diqqət dağınıqlığı testi
Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin
Çarəsizliklə mübarizə yolları
Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə
Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?
Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d