ÜST-dən xəbərdarlıq: Daha ölümcül patogenin ortaya çıxması təhlükəsi var
COVID-19 pandemiyası ilə mübarizədə qlobal fövqəladə vəziyyətin sona çatması ilə bağlı may ayında verilən açıqlama SARS-CoV-2-dən daha ölümcül patogenin təhlükəsinin aradan qalxması demək deyil.
KONKRET.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus fəxri doktor adına layiq görüldüyü Portuqaliyanın Koimbra Universitetində çıxışı zamanı deyib.
"May ayında mən nəhayət ki, COVID-19-un sonunu elan edə bildim… Ancaq COVID-19 pandemiyası başa çatsa da, daha ölümcül potensiala malik başqa bir patogenin ortaya çıxması təhlükəsi hələ də qalmaqdadır", – o bildirib.
Baş direktor bəşəriyyətin "bu çətin dövrlərdə elmi və ictimai sağlamlığı müdafiə edənlərə borclu olduğunu" xatırladaraq, "pandemiya illərindən dərs almağa" çağırıb. Deyib ki, biz yeni pandemiyalara hazırlaşmalıyıq. Onun sözlərinə görə, bu, pandemiyaya hazırlıq və cavab tədbirləri üzrə yeni beynəlxalq sazişlər vasitəsilə edilə bilər. Qebreyesus "dünyanı gələcək nəsillər üçün daha təhlükəsiz yerə çevirəcək" razılaşmanın əldə olunacağına əminliyini ifadə edib.
Qlobal səhiyyədə koronavirusla əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub. ÜST 2020-ci il martın 11-də COVID-19 epidemiyasını pandemiya kimi xarakterizə etdi. Təşkilatın saytında dərc olunan bu il iyunun 21-nə olan məlumata görə, dünyada 768 milyon 187 min 96 nəfər koronavirusa yoluxub, 6 milyon 945 min 714 nəfər ölüb. Qebreyesus mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə isə COVID-19 səbəbindən ölənlərin sayının ən azı 20 milyon olduğunu bildirib.//APA
DOKTORINFO.AZ İndiqo, Kristal uşaq kimdir?
İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar
Ən yaxşı D vitamini necə seçək?
Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq
Lavanda yağının faydaları və zərərləri
Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema
Bəyaz sirkənin faydaları
Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka
Payız qripi zamanı nə etməli?
Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali
Dil uyuşması nə üçün olur?
Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət
Dil yarasının səbəbləri və müalicəsi
Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran
Yaşa görə nəbz nə qədər olmalıdır?
Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy
Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?
Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd