Uşaqlıq fibroması nədir?

Uşaqlıq fibroması nədir?Uşaqlıq fibroması, uşaqlıq yolunda yaranan xərçəng olmayan xoşxassəli şişlərdir. Mioma olaraq da adlanır. Müalicəyə tabe olan şiş növüdür.
Adətən ölçüləri 1 mm-dən 20 sm-ə qədər ola bilər. Hətta bir qarpız ölçüsündə belə olması mümkün haldır. Adətən uşaqlıq divarında, orqanın boşluğunda inkişaf edir. Bir çox qadında müşahidə edilir. Əksər şəxslər hansısa simptom hiss etməzlər.

Uşaqlıq fibromaların növləri hansılardır?

Subseroz fibroma – ən geniş yayılan növüdür. Uşaqlığın xarici qatında yaranır. Bəzən böyüyə, bəzənsə olduğu kimi qala bilər. Hansısa digər orqanın fəaliyyətinə mane olmadıqca hansısa əlamətlər yaranmaz.

İntraliqamentar fibroma – uşaqlığın əzələ divarında inkişaf edir.

Submukoz fibroma – bu fibroma nadirdir. Uşaqlıq boşluğunda böyüyə bilər. İnkişaf etdikcə müəyyən ağrı və sancılar yarana bilər. Hətta qanaxmaların da yaranması müşahidə edilə bilər.

Səbəbi nələr ola bilər?

Adətən genetika və bir sıra göstəricilər üzərində düşünülsə də bunu tam dəqiq təsdiq edən araşdırma yoxdur. Aparılan araşdırmalara görə, 30 yaşa qədər doğuşun baş tutmaması, cinsi həyatın olmaması, bəzi hormonal dərmanların qəbulu, diabet uşaqlıq fibroma şişlərinin yaranmasına səbəb ola bilər.

Uşaqlıq fibroması nədir?Kimlər risk altındadırlar?

Həmin göstəriciləri təqdim edirik:

Yaş – irəliləyən zamanda, xüsusilə 30-40 yaşlarda bu halın baş verməsi ehtimalı yüksəlir.

Tibbi keçmiş – ailənin digər üzvündə fibromadan əziyyət çəkən varsa bu riski daha da yüksəldir.

Piylənmə - bu problemdən əziyyət çəkən qadınlarda risk digərləri ilə müqayisədə daha yüksəkdir.

Uşaqlıq fibroması nədir?Əlamətləri nələrdir?

Adətən hansısa əlamət biruzə verməz. Ancaq bununla birlikdə böyük və ya çox sayda fibroma bəzi simptomlara yol aça bilər:

Menstruasiya zamanı yaranan şiddətli ağrı

Qanaxma

Tez-tez tualet istəyi

Cinsi münasibət zamanı ağrı

Hamilə qala bilməmək (Tez –tez uşağın qarında tələf olması)

Diaqnoz necə qoyulur?

İlk olaraq ginekoloq tərəfindən müayinə edilir. Tibbi keçmiş, şikayətlər araşdırılır. USM ilə uşaqlıq fibroması təsdiq və ya inkar edilir. Əgər varsa ölçüləri, quruluşu və s haqqında məlumat əldə edilir.
Əgər həkim şübhəli vəziyyət müşahidə edərsə MRT və ya KT təyin edə bilər.

Müalicəsi necə aparılır?

Uşaqlıq fibromaların həyati təhlükə yaradan problemlərə səbəb olması nadir görülən haldır. Ancaq qeyd edək ki, qadınlarda təhlükəli anemiya və ya qırmızı qan hüceyrələrinin əksikliyinə yol aça biləcək ağır qanaxmalar ola bilər. Nadir hallarda fibroma böyrəkdən idrar göndərən kanala təzyiq göstərə bilər. Bu isə böyrək zədələnməsinə yol aça bilər. Digər ehtimallar isə sonsuzluq və ya hamiləliyin yarıda qalmasıdır.
Müalicəsi isə miomaların ölçüsünə, sayına, yerləşdiyi nahiyəyə, simptomlara əsasən təyin edilir. Əgər ölçü kiçikdirsə və hansısa əlamət göstərmirsə müalicəyə ehtiyac duyulmaya bilər. Kiçik fibromalar adətən nəzarətdə saxlanılır.

Uşaqlıq fibroması nədir?Əgər, qanaxma, şiddətli ağrı, sonsuzluqdan əziyyət çəkirsinizsə müalicə əsas şərt olur.
Adətən ağrıkəsici dərmanlar təyin edilir. Bu, yaranan simptomların qarşısını almağa kömək edəcəkdir.
Qanaxmadan yaranan anemiya varsa dəmir əlavəli dərmanlar, vitaminlər tövsiyə edilə bilər.
Fibromanı kiçiltməyə kömək edən bəzi dərmanlar, hormonal vasitələr də təyin olunanlar sırasındadır.
Bəzi fibroma növlərində cərrahi müdaxiləyə ehtiyac duyulur.

Maksimum dərəcədə uşaqlığı saxlamaqla, fibromanın çıxarılmasına çalışılır. Submukoz şişlər zamanı kəsik edilmədən optik histeroskopik miomektomiya tətbiq edilir.
Ancaq fibromanın yerləşdiyi nahiyədən və qadının hamiləlik planlamasından asılı olaraq uşaqlığın amputasiyası göstəriş ola bilər. Bu zaman uşaqlıq, laparoskopik üsulla xaric edilir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 17 dekabr 2023

Oxşar xəbərlər

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət


masaj yuxuda dis agrisi bogaz agrisi babasil mualicesi sekis
masaj
is elanlari