Udma çətinliyi, "Akalazya" problemi nədir?

Udma çətinliyi, "Akalazya" problemi nədir?"Akalazya" qida borusunun alt ucundakı əzələlərin genişləyə bilməməsi ilə xarakterizə edilən xəstəlik olaraq bilinir. Bu xəstəlik təxminən 100 min ilə 200 min şəxsdə bir görülən nadir xəstəlik olaraq bilinir. Udulan qidalar qida borusunda yuxarıdan aşağı doğru yaranan qida borusu darlaşmaları ilə irəliləyir. Akalazya görülən şəxslərdə qida borusunun alt ucu genişləyə bilmədiyi üçün içindəki qidaların mədəyə keçirilməsi olduqca çətinləşir. Bu belə xəstələrdə şikayət olaraq ortaya çıxır.

Akalazya nədir?

Yemək və içmə əsnasında istifadə edilən qidaların udulmasında çətinlik yaradan həzm sistemi xəstəliklərindən biridir. Sağlam insanın qida istifadəsi əsnasında qida borusunun əzələləri yeyəcəkləri mədəyə doğru sıxlaşdıracaq formada gərilir. Həyata keçən bu hadisə sayəsində qida borusunun ucundakı bir əzələ halqası yeməyi mədəyə keçməsini təmin edir. Bu şəkildə sağlam qidalanma müddəti həyata keçir. Ancaq bu xəstəlik olan şəxslərdə prosedur belə getmədiyi üçün qida keçişi çətinləşir. Bir səbəbə bağlı olaraq görülən ya da anatomik olaraq qida borusunda yer alan sinirlərin zədə görməsi akalazya xəstəliyinə səbəb ola bilər. Son olaraq yemək borusu yeyəcəkləri mədəyə göndərmək bacarığını itirir. Qidalar daha sonra yemək borusunda toplanır, bəzən isə acı dad olaraq ağıza geri dönər.

Akalazyanın səbəbləri nələrdir?
Udma çətinliyi, "Akalazya" problemi nədir?Həzm sistemi narahatçılıqlarından biri olan akalazya, ən çox 20 ilə 40 yaş arasında özünü biruzə edir. Fərqli yaş qruplarında da ortaya çıxa bilən bu problemin 5 %-i uşaq yaş qrupunda görülür. Akalazya xəstəliyinin səbəbi tam bilinməsə də, qida borusunun alt ucundakı əzələ təbəqəsində sinir hüceyrələrinin azalmış olması zəmin yarada bilər.
Səbəb olaraq:

Genetika

Enfeksiyoz

Toksik və otoimmun göstərilir.

Akalazya xəstəliyinin əlamətləri nələrdir?

Ən vacib şikayətlərindən biri udma çətinliyidir
Udma çətinliyi, "Akalazya" problemi nədir?Qidalar yemək borusunda dayanır,

Qidalanmadan qısa müddət sonra qusma baş verir.

Bu, döş qəfəsi ağrısı və qidalanma çətinliyinə bağlı olaraq ortaya çıxan çəki itirmə və inkişaf geriliyidir.

Öskürək və ağciyər infeksiyası görülə bilən digər əlamətlərdir. Qida borusunda yad cismin qalması şikayəti ilə bir çox pasiyentlər həkimə müraciət edirlər.

Diaqnozu qoymaq üçün endoskopiyadan istifadə edilir.

Müalicəsi
Udma çətinliyi, "Akalazya" problemi nədir?Akalazyanın müalicəsində dərmanlar, botilinum toksini (botox) tətbiqi, dilatasyon və əməliyyatdan istifadə edilir. Dərman müalicələrinin əks təsirinin çox olması, botox tətbiqinin 4 ilə 6 aydan bir təkrarlanmasının gərəkməsi səbəbiylə günümüzdə çox istifadə edilən müalicə üsulları deyildir.

Akalazya müalicəsində ən çox tətbiq olunan üsullar arasında qida borusunun dar olan alt qisminin endoskopik olaraq genişlədilməsi və cərrahiyyəsidir.

9-10 yaşından kiçik uşaq xəstələrdə seçilən müalicə üsulu əməliyyatdır. Bu əməliyat qarından və sinədən, açıq və ya laparoskopik olaraq edilir. Əməliyyatda qida borusunun genişlənməyən alt ucundakı əzələlər aralanaraq alt özüdagus (qida borusu) təzyiqi aşağı endirilir. Bu formada udma çətinliyi düzəldilir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 oktyabr 2023

Oxşar xəbərlər

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari