Üç-dörd dəfə baha satılan dərmanlar ucuzlaşacaq

Üç-dörd dəfə baha satılan dərmanlar ucuzlaşacaqPrezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən "Dərman vasitələri haqqında" qanunun qüvvəyə minməsi zaman içərisində Azərbaycanda həm dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də bolluq şəraitində qiymətlərin tənzimlənməsinə kömək edəcək.
Axar.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
O bildirib ki, mühüm və beynəlxalq səviyyədə qəbul olunmuş dəyişiklikləri özündə ehtiva edən bu qanunun qüvvəyə minməsi bu gün ölkədə dərman qeydiyyatı ilə bağlı hər hansı səbəbdən olan çətinliyin, xüsusən də qeydiyyatın həyata keçirilməsindəki süründürməçiliyin aradan qalxmasına imkan verəcək.
"Beynəlxalq dərman sektorunda fəaliyyət göstərən iri şirkətlər və zavodlar Azərbaycanda qeydiyyat sistemi asanlaşdığı üçün bütün dərman vasitələrini ölkədə qeydiyyatdan keçirməyə və qanuni yollarla gətirməyə maraqlı olacaq ki, bu da qiymətləri tənzimləyəcək, dərmanların nəzarətsiz şəkildə yüksək qiymətlərlə satılmasının qarşısını alacaq.
Bu gün qonşu ölkələrlə, xüsusən Türkiyə ilə müqayisədə bəzən üç-dörd dəfə baha satılan dərmanlar qeydiyyatı olmayan dərmanlardır. Dərman vasitəsi qeydiyyata düşmədiyi zaman əlbəttə fərqli yollarla fərdi insanlar və ya təşkilatlar tərəfindən ölkəyə gətirilir və belə olduğu halda dərman vasitəsi aidiyyatı qurumların nəzarətindən qaçacaq şəkildə yüksək qiymətlərlə satılır.
Bu qanun daha əvvəl davamlı şəkildə təşkilatlar tərəfindən şikayət olunan, hər hansı bir dərman vasitəsinin 8 ay, il yarım davam edən qeydiyyat prosesini asanlaşdıraraq çox qısa müddət ərzində həllinə kömək edəcək. İnanırıq ki, bunlar gələcəkdə arzulanan nəticənin əldə edilməsinə imkan verəcək", - deyə R.Mahmudov əlavə edib.
Qeyd edək ki, avqustun 15-də Prezident İlham Əliyevin fərmanı ilə "Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliklər təsdiq edilib.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 17 sentyabr 2023

Oxşar xəbərlər

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari