Şirvanda elmi-praktik konfrans keçirildi - Video

Şirvanda elmi-praktik konfrans keçirildi - VideoSəhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Onkologiya Mərkəzi (MOM) və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə "Süd vəzisi xərçəngi ilə mübarizə ayı" çərçivəsində regionlarda həyata keçirilən profilaktik müayinə və maarifləndirmə tədbirləri Şirvan şəhərində davam etdirilib.
Axar.az xəbər verir ki, layihə üzrə oktyabrın 16-də "Süd vəzisi xəstəliklərinin müasir müayinə və müalicəsi" mövzusunda Şirvan şəhərində elmi-praktik konfrans təşkil olunub. Konfransda Milli Onkologiya Mərkəzinin mütəxəssisləri və Şirvan şəhəri, Hacıqabul, Salyan, Sabirabad, Saatlı rayonlarında çalışan onkoloq, ginekoloq, terapevt, uroloq və cərrahlar iştirak edib.
Tədbirin açılışında Milli Onkologiya Mərkəzi, "Regional İnkişaf" İctimai Birliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri çıxış edərək, ölkəmizdə əhalinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən, əldə olunan nəticələrdən, o cümlədən onkoloji xəstəliklərlə mübarizə və bu mübarizədə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, onkoloji xəstəliklərin erkən diaqnostikası və bu sahədə vətəndaşların məlumatlı olması xəstənin vaxtında müalicəyə cəlb edilməsi, yarana biləcək fəsadların qarşısının alınması baxımından faydalıdır. Regionlarda davamlı olaraq aparılan onkoloji müayinə və maarifləndirmə aksiyaları da bu məqsədə xidmət edir.
Daha sonra mütəxəssislərin "Süd vəzisi xəstəliklərinə müasir yanaşma", "Süd vəzisi xərçənginin onkoplastik və rekonstruktiv cərrahiyyəsi", "Trofoblastik xəstəliklər", "Süd vəzisi xərçənginin müasir müalicə prinsipləri" və digər mövzularda maraqlı təqdimat və məruzələri dinlənilib. Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində həmçinin oktyabrın 15-də Şirvan şəhərində "Hər kəs bilsin, həyat davam etsin!" devizi altında Milli Onkologiya Mərkəzinin həkimləri tərəfindən qadınlar arasında süd vəzisi xəstəlikləri üzrə profilaktik müayinələr aparılıb. Ümumilikdə 155-dən çox sakini əhatə edən müayinələrin nəticələri əsasında xəstəlik riski olanlar daha geniş diapazonlu müayinə üçün Milli Onkologiya Mərkəzinə dəvət edilmiş, digər patologiya aşkar olunan xəstələr ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmiş, eyni zamanda qadınlarla profilaktik söhbət aparılmış, yerində məsləhətlər verilib.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari