Siqaret qadağası olan ölkələrdə HANSI XƏSTƏLİKLƏR azalıb?

Siqaret qadağası olan ölkələrdə HANSI XƏSTƏLİKLƏR azalıb?Alimlər müəyyən ediblər ki, dünyanın bir çox region və ölkələrində nəqliyyatda və ictimai yerlərdə siqaret çəkməyə qanuni qadağaların tətbiqi ürək-damar xəstəliklərinə yoluxma hallarının təxminən 10 faiz, həmçinin ağ ciyər xəstəlikləri hallarının da 17 faiz azalmasına səbəb olub.
Milli.Az lent.az-a istinadən bildirir ki, tədqiqatçıların nəticələri "JAMA Network Open" jurnalındakı məqalədə dərc olunub.
"Biz ilk dəfə olaraq siqaret qadağalarının qlobal ictimai sağlamlığa təsirini sistematik şəkildə öyrəndik. Təhlillərimiz göstərdi ki, siqaret çəkmə qadağasının tətbiqi bütün növ ürək və damar xəstəliklərinə tutulma hallarını 10 faiz, ağ ciyər xəstəliklərini isə 17 faiz azaldıb. Həmçinin bu xəstəliklərlə insanların xəstəxanaya yerləşdirilmə nisbəti 9 faiz aşağı düşüb", - tədqiqatçılar yazır.
Bundan əlavə, siqaret çəkmə qadağaları vaxtından əvvəl doğuşların 6 faiz azalmasına, həmçinin siqaret çəkməyənlərdə ölü doğum və digər hamiləlik fəsadlarının ehtimalının da aşağı düşməsinə gətirib çıxarıb.
2005-ci ildə qüvvəyə minmiş Tütünlə Mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasının əsas bəndlərindən biri ölkələrin hakimiyyət orqanlarına "nəqliyyatda, ictimai yerlərdə və qapalı məkanlarda əhalini tütün tüstüsünün təsirindən qorumaq üçün bütün lazımi tədbirləri görməyi" tövsiyə edir.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 10 iyul 2023

Oxşar xəbərlər

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may


masaj yuxuda cinsi xestelikler babasil mualicesi dis agrisi boyrek agrisi
masaj
is elanlari