Qanda ferritin nədir?

Qanda ferritin nədir?Hüceyrə və toxumaların davamlılığını etdirə bilməsi dəmirə bağlıdır. Dəmirin vücudda depolanması ferritin və hemosiderin komplekslərində gerçəkləşdirilir. Dəmir deposu əsas olaraq ferritin molekuldur və içi boş quruluşdadır. Başlıca dəmir depolayan ferritin bununla yanaşı immun sisteminin tənzimlənməsi və hüceyrələri sərbəst dəmirin təsirlərindən qoruma vəzifəsini görə bilir.

Serum ferritin nedir?

Doktorinfo.az xəbər verir ki, dəmir əksikliyi və ya artıqlığı serum ferritini ilə təsbit edilə bilir. Serum ferritini toxumalardakı dəmir səviyyələrini, dəmir əksikliyi olan və olmayan anemiya növlərini dəyərləndirə bilər. Bununla birlikdə serum ferritin, vücuddakı inflamasyonun bir xəbərçisi ola bilir.

Ferritin dəyərləri bir neçə problemlərin diaqnozuna yönəlik nəzarət edilə bilər. Bu vəziyyətlər arasında bunlar ola bilər:

Dəmir əksikliyi anemiyası

Artıq dəmir sovrulması vəziyyəti

Qaraciyər xəstəlikləri

Still xəstəliyi

İnfeksiyalar

Travma və yaralanmalar.
Qanda ferritin nədir?Ferritin analizi nedir?

Dəmir əksikliyi uşaqlarda görülən yayılmış problemdir. Xüsusilə beyin inkişafı və böyümə üçün dəmir kritik əhəmiyytə sahib elementdir. Ferritin azlığı və dəmir əksikliyi anemiyasının diaqnozu üçün əlavə analizlərə ehtiyac duyula bilər.

Ferritinin aşağı dusmesinin sebebleri:

Hüceyrə və toxumalarda tutulan dəmir mineralı ferritində toplanır. Ferritin səviyyələrinin düşməsi vücudda dəmir səviyyələrinin azalmasına işarət edə bilər. Başlıca dəmir əksikliyi anemiyası olmaq üzrə dəmir və aşağı ferritin yarana bilər. Yanlış qidalanma, hamiləlik, sovrulma pozğunluqları, qan itkiləri aşağı ferritinin digər səbəblərindəndir.

Ferritin çatışmazlığının elametleri

Aşağı düşməsi dəmir əksikliyi anemiyasının bir əlaməti olaraq ortaya çıxa bilər. Bu vəziyyət, halsızlıq, yorğunluq, baş ağrısı, baş gicəllənməsi, nəfəs darlığı, ürək döyüntü, saç tökülməsi, soyuğa qarşı həssaslıq, zəiflik kimi əlamətlərlə özünü göstərə bilir. Vücuddakı dəmir əksikliyi, qanın kifayət qədər oksigen daşıya bilməməsinə səbəb olaraq bu əlamətlərə yol açar.

Ferritini ne yukselder?

Ferritinin yüksəlməsinə səbəb ola bilən bir neçə sağlamlıq problemləri vardır. Revmatoid artrit kimi xəstəliklər, lenfoma, qan nəqli, qaraciyər xəstəlikləri ferritini yüksəldə bilər. Bununla yanaşı spirt istifadəsi və yüksək miqdarda dəmir əlavələri ferritinin yüksəlməsinə yol aça bilər.

Qanda ferritin yuksekliyi nedir?

Vücudda həddindən çox dəmirin mövcudluğu adətən "hemokromatoz" olaraq bilinən qalıcı xəstəlik səbəbiylə yarana bilər. Bu, yavaş-yavaş inkişaf edən bir vəziyyətdir və qadınlarda hansısa bir əlamət verməyə bilər. Həmçinin ağır spirtli içki istifadəsi, piylənmə, dəmir əlavəsi qəbulu dəmir və ferritin yüksəkliyinə səbəbiyyət verə bilər. Qısa müddətdə çox miqdarda dəmir alınması dəmir zəhərlənməsinə yol aça bilər. Yaxın zamanda edilən qan nəqli də ferritin yüksəkliyi ortaya çıxara bilər.

Ferritin yüksəkliyi nəyə yol açar?

Dəmir və ferritin yüksəkliyi vücudda dəmirin toplandığı nahiyəyə təsir göstərə bilər. Dəmirin dəridə toplanması hiperpiqmentasiyaya, qaraciyərdə toplanması qaraciyər xəstəliklərinə, hipofizdə toplanması hipoqonadizmə yol aça bilər. Əlavə olaraq vücudda toplanan dəmir altsheymer və parkinson xəstəliyinin inkişafında rol ala bilir. Ferritin səviyyələri 1000 μg/L və üzərində olan şəxslərdə müalicəyə ehtiyac görülür.

Ferritin yüksəkliyi nə üçün olur?
Qanda ferritin nədir?Serumda ferritinin yüksəkliyi inflamasyonun vəziyyətinə işarət edə bilir. Bu səbəbdən müxtəlif xəstəliklərin inkişafında qanda ferritinin yüksəkliyi görülə bilir.

Ferritin yüksəkliyinin görüldüyü sağlamlıq problemləri başlıca bunlar ola bilir:

Hemokromatoz

Hipertiroidizm

Qaraciyər xəstəlikləri

İnfeksiyalar

Revmatoid artrit

Lupus xəstəliyi

Xərçəng

Still xəstəliyi

MS


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 06 iyun 2024

Oxşar xəbərlər

Pnevmoniya (Sətəlcəm) müalicəsi

Pnevmoniya - xalq arasında bilinən sətəlcəm, ağciyərin iltihablanmasıdır. xəbər verir ki, müxtəlif mikroorqanizmlərlə əlaqəli olaraq meydana gəlir. Bəzi pnevmoniya növlərində xəstə şəxsdən sağlam insana yoluxma riski vardır

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Qaraciyərdə ləkə nədir?

Qaraciyərdə ləkə görüntülənmə üsullarıyla edilən müayinələrdə müəyyənləşən, qaraciyərin normal qismlərindən fərqli görünən sahələri ifadə edər. xəbər verir ki, bu ləkələr əksər zaman müəyyən səbəblərə bağlı olaraq ortay

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin

Ayaqda sinir ağrısı müalicəsi

Ayaq biləklərində yaranan ağrıların səbəblərindən biri ayaq biləyi ətrafındakı toxumanın ayaq biləyi hərəkətləri ilə sıxışmasından qaynaqlı ola bilər. Basketbolçular, futbolçular, rəqqaslar ayaq biləkləri sıx olaraq yuxar

Angina müalicəsi

Angina günümüzdə geniş yayılan, narahatçılıqlar yaradan badamcıqların iltihablanmasıdır. xəbr verir ki, görüntüsündən asılı olaraq qırmızı və ya ağ angina olaraq adlandırılır. Virus və ya bakteriyal qaynaqlı olur. Bunun dəqi

Boğaz ağrısı dərmanı

Boğaz ağrısı, boğaz nahiyəsində hiss edilən yanma, quruluq, udqunma ilə pisləşən, boğaz içində zədələnmə formasında hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan hallara verilən addır. xəbər verir ki, bogaz agris


masaj yuxuda qarin agrisi babasil mualicesi sekis boyrek agrisi
masaj
is elanlari