Oynaqlarda toplanan kəskin iltihablanma - Gut xəstəliyi nədir?

Oynaqlarda toplanan kəskin iltihablanma - Gut xəstəliyi nədir?Gut (Podaqra) oynaqlarda və ətrafında ürik asit kristallarının toplanmasına bağlı olaraq oynaqlarda qızarıqlıq və həssaslığa səbəb olan ağrılı artrit növüdür. Sağlam vücudda, maddələr ürik asidə çevrilərək vücuddan atılır. Xüsusilə protein quruluşundakı maddələrin vücudda atılım forması olan ürik asitlərin atılması təmin olunmursa ya da istehsalı çoxdursa nəticə olaraq vücudda toplanır və qandakı miqdarı da artır. Ürik asidin oynaqlarda toplanması ilə oynaqlarda iltihablanmaların yaranması da "Gut xəstəliyi" olaraq adlandırılır.

Gut xəstəliyi revmatizmal sağlamlıq problemi olsa da eyni zamanda metabalizma xəstəliyidir. Çox artıq miqdarda ürik asit, vücudda xüsusilə oynaqlarda bəzən də böyrəklərdə toplanmaqdadır. Böyrəklərdə toplanması, daş xəstəliyinə yol aça bilər ya da daş yaratmadan da böyrəkləri zədələyə bilər.

Gut xəstəliyinin mərhələləri nələrdir?
Oynaqlarda toplanan kəskin iltihablanma - Gut xəstəliyi nədir?Gut xəstəliyi akut atak, interkritik vəziyyət, xronik gut, tofüslü gut olaraq 4 mərhələdən ibarətdir. Bu mərhələlər və simptomlar belədir:

Akut atak: Oynaqda ani başlayan, tezliklə 5-10 gün davam edən şişmə və ağrı ilə xarakterizə edilir.

İnterkritik vəziyyət: Bu mərhələdə xəstənin şikayətləri ortadan qalxmışdır, ancaq bir sonrakı mərhələnin sonrasında şiddətli simptomlar ortaya çıxar.

Xronik gut: Xəstəlik bütün simptomlara və verdiyi narahatçılıq səbəbndən müalicə edilmədiyi təqdirdə xroniki hal alır. Gut xəstəliyinin xronikləşməsi oynaqlarda qalıcı ağrı, şişlik və hərəkət məhdudluğu yaranmasına səbəb olur. Bu mərhələ revmatoid artrit deyilən iltihablı oynaq revmatizması ilə qarışa bilər.

Tofüslü gut: Tofüs deyilən ürik asit kristallarının bir araya toplanaraq dəri altında ya da toxumalarda çökməsi ilə yaranan toplantıya bağlı şişliklərin olduğu mərhələdir.

Gut xəstəliyi irəlilədikcə ürik asit kristalları oynaq və oynaqların ətrafındakı toxumalarda toplanır. Bu ürik asit kristalların çox olaraq toplanmasına "tofüs" deyilir. Xüsusilə ayaq baş barmağının birinci daraq sümüyündü çox görülür. Bunun xaricində əl, dirsəklərin yanında, barmaqların üstündə, böyük oynaqlarda da ortaya çıxa bilər.

Gut xəstəliyinin əlamətləri nələrdir?

Gut xəstəliyi oynaqlarınızda iltihablanmalara bağlı şişmə və xüsusilə səhərə qarşı vücudda asit iyonları toplanmasına bağlı ağrı ilə özünü göstərir. Adətən ayaq barmaq və biləkləri, dizlər və barmaq (xüsusilə ayaq baş barmağı) uclarında özünü göstərən gut xəstəliyinin əlamətləri aşağıdakılardır:

Təsirlənən oynaqlarda şişlik və qızarıqlıq

Şişliyin enməsindən sonra dəridə soyulma və pullanma

Gecə yuxudan oyandıran oynaq ağrıları

Yanma hissi

"Gut"-un səbəbi böyrəklərdirsə qarın və bel ağrıları, idrarda qan, böyrək daşının yaranması
Oynaqlarda toplanan kəskin iltihablanma - Gut xəstəliyi nədir?Ağrıların xronikləşməsi

Oynaqlarda deformasiyalaşma

Bu əlamətlər bir anda ortaya çıxar, adətən 3 ilə 10 gün arasında davam edər, ardından ağrılar keçər.

Gut krizlərinə səbəb olan faktorlar:

Həddindən çox spirtli içki istifadəsi

Ani, şiddətli xəstəlik halları

Yanlış pəhriz

Oynaq travmaları

Keçirilən pəhriz

Düzgün diaqnoz qoyulduqdan sonra həkim tərəfindən müalicə təyin edilir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 13 dekabr 2023

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Cinsi orqanda göbələk xəstəliyinin müalicəsi

Kandida cinsindən olan göbələklər cinsi yolla yoluxa bilən xəstəlik törədicisidir. Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. xəbər verir ki, bir neçə forması mövcuddur. Bes cinsiyyet yollarinda yaranan gobele

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Pnevmoniya (Sətəlcəm) müalicəsi

Pnevmoniya - xalq arasında bilinən sətəlcəm, ağciyərin iltihablanmasıdır. xəbər verir ki, müxtəlif mikroorqanizmlərlə əlaqəli olaraq meydana gəlir. Bəzi pnevmoniya növlərində xəstə şəxsdən sağlam insana yoluxma riski vardır

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari