Otoimmün xəstəliklər nədir?

Otoimmün xəstəliklər nədir?Otoimmün xəstəliklər, immun sisteminin çox çalışdığı təqdirdə vücuda zərər verməsi ilə yanaşı ortaya çıxan xəstəliklərə deyilir. İmmunitet sistemi, vücudu bakteriya, virus və xarici faktorlara qarşı qoruyur. Bu sistem vücud hüceyrələrini və toxumalarını da düşmən olaraq gördüyü vəziyyətlərdə onlara qarşı mübarizə aparır. Bu vəziyyəti artıran səbəblər arasında isə stress, xarici faktorlar yer alır.

Otoimmün xəstəlik nədir?

Vücudda mövcud olan immunitet sistemi, şəxsi daxildən və xaricdən gələ biləcək təhlükələrə qarşı qorumaqdadır. Ancaq immunitet sistemi həddindən çox çalışdığı vəziyyətlərdə vücuddakı bir çox toxumanı və orqanı mənfi maddə olaraq qəbul edib bunlara qarşı da hücum edərək bir sıra xəstəliklərə yol aça bilər. Bu xəstəliklər toxuma və orqanlara təsir edə bilər.

Otoimmün xəstəliklər nə üçün olur?

Bu xəstəliklərin nə üçün ortaya çıxdığına dair dəqiq açıqlama, araşdırma yoxdur. Ancaq bəzi alınan zərərlər, təzyiqlər, infeksiyaların immunitet sisteminin çox çalışmasına səbəb olduğu və beləliklə də bu xəstəliklərə yol aça biləcəyi düşünülür.
Otoimmün xəstəliklərə səbəb olan risk faktorları bu formadadır:

Genetik: Multipl Skleroz və Lupus kimi bir sıra xəstəliklər genetik ola bilər. Şəxsin bu xəstəliklər kimi bəzi xəstəlikləri daşıyan ailə üzvünün mövcud olması bu xəstəliklərə yoluxma ehtimalını artırır.

Piylənmə: Çox çəkisi olan şəxslərdə revmatoid artrit və psoriatik artrin görülmə riski mövcuddur.
Otoimmün xəstəliklər nədir?Bu vəziyyətin səbəbi isə artıq çəkinin oynaq üzərində təzyiqi artırması səbəbi ilə immunitet sisteminin çalışmasının artırmasıdır. Bu vəziyyətlər diqqətə alındığında bu xəstəliklər və qidalanma arasında bir bağlantı olduğu görülür.

Siqaret: Siqaret istifadə edən insanlarda Lupus, hipertiroidizm, revmatoid artrit və Multipl Skleroz kimi xəstəliklərin görülmə riski çox olduğundan siqaret, risk faktorları arasında ilk sıralarda yer alır.

Dərmanlar: Bir sıra dərmanların uzunmüddət istifadəsi bu xəstəliklərin insanlarda görülmə ehtimalını artırır.

Otoimmün xəstəliklərin əlamətləri nələrdir?

Bu xəstəliklərin çoxu bənzər formada ortaya çıxdığı kimi görülən simptom və əlamətlər də eyni şəkildə bənzərlik göstərir. Bu vəziyyət xəstəliyin diaqnozu baxımından çətinlik dərəcəsini artırır.

Xəstəliklərin əksəriyyətində görülən əlamətlər aşağıdakılardır:

Halsızlıq və yorğunluq

Əzələ və oynaq ağrıları

Diqqət əksikliyi

Əllərin, ayaqların uyuşması

Saç tökülmələri

Dəri problemləri

Oynaq və fərqli toxumalarda şişkinlik
Otoimmün xəstəliklər nədir?Növləri hansılardır?
Revmatoid artit – Xronik xəstəlikdir. Bu vəziyyət bəzi şəxslərdə dəriyə, gözə, ağciyərə, ürək, qan damarlarına zərər verir.

İnflamatuar bağırsaq xəstəliyi – Səbəbi tam olaraq bilinmir. Genetik və ətraf faktorlar səbəbilə meydana çıxır.

Multipl skleroz – Sinir sistemi üzərində ciddi təsirlərə yol açan krizlərlə özünü göstərir.

Tip 1 Diabet – Bir neçə növdə görülə bilər. Vücudda mövcud olan və təbii olan insulin istehsalının azalmasıdır.

Sədəf, Guillain Barre, Graves kimi sindromlar da otoimmün xəstəliklər siyahısına daxil edilir.

Haşimato tiroidi, tiroid vəzinin infeksiya yəni iltihablı olaraq görülən ən geniş növüdür. İmmunitet sistemindən qaynaqlanan endokrin sistem xəstəliyi olaraq bilinir. Xaricdən gələn təsirlərə qarşı istehsal edilən antikorlar, immunitet sistemi ilə birlikdə tiroid hüceyrələrinə hücumu nəticəsində bu nahiyənin iltihablanmasına və zərər görməsinə səbəb olur.

Vaskülit isə immunitet sisteminin atar damara zərər verməsi və iltihablanması vəziyyətinə deyilir. Damar divarının iltihablanmasından yaranan xəstəlikdir. Vaskülit qan damarları vasitəsilə qidalanmanı təmin edən böyrəklər, ağciyər və sinir toxumalarının pozulmasına səbəb olur.

Bu xəstəliklərin hər növü üçün ayrı müayinə və müalicə gərəklidir. Birdəfəlik müalicəsi yoxdur. Müalicə edilməkdə məqsəd immunitet sisteminin həddindən çox çalışmasının nəzarət altına almaq və yarana əlamətləri azaltmaqdır. Bu səbəbdən belə dərmanlar həkim nəzarəti altında verilməlidir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 16 sentyabr 2023

Oxşar xəbərlər

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari