Onurğa sağlamlığı üçün bunlara diqqət edin

Onurğa sağlamlığı üçün bunlara diqqət edinYaşın irəliləməsi ilə bərabər, onurğa və boyun quruluşlarında yavaş-yavaş əksilmələr, aşınmalar başlayır. Əzələ, sümük, skelet, oynaqlar ilə vücudu ayaqda tutan onurğa sisteminə gün ərzində masa arxasında keçirilən saatlar, hədsiz çəki, yorğunuq, hərəkətsiz yaşayış, stress mənfi təsir göstərir.

Doktorinfo.az xəbər verir ki, 50 yaşından sonra sümük əriməsi və degenerativ onurğa xəstəliklləri daha da dərinləşir və bəzən cərrahi müdaxilə tələb edir. Bunun təsbiti üçün ətraflı müayinə və lazımi miqdarda irəli analizlər gerekli olur.

Hərəkətsiz yaşayış onurğa sağlamlığına mənfi təsir göstərir
Onurğa sağlamlığı üçün bunlara diqqət edinOnurğanın aşınması uzun müddət erzinde yaranır. Degenerasiya müddəti tez-tez fəqərələrarası disklərin mövcud olduğu nahiyədə başlayır. Gərginliklə çətin iş görmək, irəli yaş, vertebral hissəsindəki aşınma əsas səbəblərdəndir. Xüsusilə günün 8 saatını masa arxasında keçirən ofis çalışanlarında hərəkətsizliyə bağlı boyun, bel ağrıları ortaya çıxır. Bu vəziyyət uzun müddət davam edərsə hərəkətsizliklə bağlı əzələlərdə, oynaqlarda, onurgada kirəclənmələr başlayır.

Yaranan kirəclənmə daha sonra qalıcı onurğa iliyi və sinirlərə qədər irəliləyə bilər. Bu məqamda hamiləlik və ya həddindən çox çəki də bu müddəti sürətləndirir.
Bu əlamətlərə diqqət edin:

Qalıcı bel ağrısı

Yerimə problemləri

Sidiyə getmə problemləri

Qollarda və ya ayaqlarda zəiflik, uyuşuqluq

6 aydan uzun çəkən, ayaqlar və ya qollara vuran keçməyən ağrılar.

Onurğada kirəclənmə, sinir sıxışması diaqnozu qoyulan xestelerde öncəliklə risk faktorları ortadan qaldırılmalıdır. Daha sonra sırasıyla dərman, istirahət, fizioterapiya seçimləri dəyərləndirilir. Bu seçimlər cavab verməzsə mikro cərrahi üsuluyla edilən sinir və onurğa iliyi rahatladıcı əməliyyatlar ilə müvəffəqiyyətli və həyat keyfiyyətini artıcı nəticələr əldə edilə bilər.

Onurğada sağlamlığı qorumaq üçün bunlara diqqət etmək lazımdır:

Onurğa sağlamlığı üçün bunlara diqqət edinHəm fiziki həm də zehni olaraq özünüzə istirahət etməyə zaman ayırın

Düzgün qidalanmağa diqqət göstərin, ideal çəkini qoruyun

Mümkün olduğu qədər zehni və fiziki hərəkətlə mesgul olun

Siqaretdən istifadə etməyin

Masa arxasında çalışırsınızsa tez-tez qısa aralar verin və masa arxası baş-boyun hərəkətləri edin

Həftədə 3 gün təxminən 1 saat gəzinti edin və ya üzgüçülük kimi idman növləri ilə məşğul olun

Qısa məsafələrdə lift və ya nəqliyyatdan istifadə etməyin.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 20 noyabr 2023

Oxşar xəbərlər

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd


masaj yuxuda tecili tibbi yardim babasil mualicesi hamilelik testi dis agrisi
masaj
is elanlari