Omikronun bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir

Omikronun bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkirGündəlik koronavirusa yoluxma rəqəmlərinin artmasının əsas səbəbi yaxın təmasdır.
Axar.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, Omikron ştammının bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir:
"Yeni ştamm əsasən hava-damcı yolu ilə yayılır. Əvvəllər bildirirdik ki, virus əldən və s. keçə bilər. Düzdür, indi də bu öz aktuallığını qoruyur, amma adıçəkilən ştam əsasən üst-tənəffüs yollarında olur. Omikrondan qorunmaq üçün yaxın təmasdan qaçmaq lazımdır".
F.Sədirov virusa yoluxmuş şəxsin 7 günlük təcriddən sonra ətrafındakıları hansı hallarda yoluxdura bilməsi məsələsinə də aydınlıq gətirib:
"Əgər hazırda 10 nəfərdən 9-u 7 gündən sonra ətrafı yoluxdurmursa, biz 7 günü qəbul etməyə məcburuq. Onların arasında bir nəfər ola bilsin ki, 10 və ya 15-ci gününə qədər ətrafı yoluxdura bilər. Bununla bağlı əsas tövsiyələr bundan ibarətdir ki, heç bir şikayət olmadığı təqdirdə virus yükü 5 gündən sonra yoluxduruculuq qabiliyyətini itirir və 7 günə qədər qorunmaq lazımdır. Əgər şikayətlər davam edərsə belə 7 gündən sonra yoluxduruculuq qabiliyyəti çox aşağıdır. Belə olduqda çölə çıxa bilərsiniz, ancaq insanlarla məsafəni saxlamalı, maska taxmalısınız. Sizə sadəcə 7 gün qapanma məsləhət görülür. Çünki bundan sonra demək olar ki, yoluxdurmaq şansınız 0-a yaxınlaşır".


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd


masaj yuxuda hamilelik testi bogaz agrisi babasil mualicesi qarin agrisi
masaj
is elanlari