Ölkəmizdə virus tüğyan edir: kovid qayıdıb?

Ölkəmizdə virus tüğyan edir: kovid qayıdıb?Əfsuslar olsun ki, ölkədə yayılan virusun nəylə bağlı olduğu barədə rəsmi məlumat yoxdur. Amma dünyada bu gün hələ də koronavirusdan başqa digər virus və xəstəliklər, yəni epidemik dalğa yoxdur. Bunu nəzərə aldıqda bu virusun COVİD-19 olduğu məlum məsələdir.
KONKRET.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov deyib.
Professor qeyd edib ki, bu virusu əvvəlkindən fərqləndirən cəhət isə bu xəstəliyin qısa müddətdə bitməsidir:
"Əvvəl xəstəliyin müddəti daha uzun çəkərdi. İndi hərarət yüksəlməsi, burun tutulması, baş, boğaz ağrısı müddətində azalma var. Əvvəllər hərarət 20-25 gün davam edərdi. İndi bu müddət daha qısadır və fəsadları da azdır.
Hazırda COVİD-19-un "eris" deyilən variantı dünyanın 57 ölkəsində qeydə alınıb. Bizdə koronavirusun hansı variantı olmasıyla bağlı rəsmi statistika, genetik analiz yoxdur. Qeyd edim ki, bu virus cəmiyyət üçün təhlükə törətmir və ölüm halları yoxdur. Bu da vaksinin effektindən və insanların təbii immunitetindən irəli gəlir. Amma bir qrup insan var ki, heç vaxt vaksin olmayıb, koronaya yoluxmayıb və immuniteti zəifdir. Bu virus həmin insanlar, yaşlılar və körpələr üçün təhlükəli ola bilər".
Sadıqovun sözlərinə görə, risk qrupundan olan insanların vaksin vurdurması çox vacibdir:
"Yaşlı insanlar və körpələr virusdan qorunmalıdır. Risk qrupu olan insanların 6 aydan bir COVİD-19 vaksini vurdurması zəruridir. Təbii ki, infeksiyadan qorunma tədbirləri görməliyik. Xəstə olanda şəxs evdə qalmalı, məsafəni qorumalı və maskaya əməl etməlidir".


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 05 oktyabr 2023

Oxşar xəbərlər

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari