Mezoterapiya nədir və nə üçün gərəklidir?

Mezoterapiya nədir və nə üçün gərəklidir?Mezoterapiya, dəri altına kiçik miqdarda dərman, vitamin, mineral və ya bioaktiv maddələrin tətbiq edildiyi müalicə üsuludur. Bu üsul, dəri problemlərinin müalicəsində və ya estetik məqsədlərlə istifadə edilir. Mezoterapiyanın əsas məqsədi nahiyəyə dərman və ya digər maddələri verərək effektli nəticələr əldə etməkdir.
Adətən üz, boyun, saç dərisi və vücudun digər nahiyələrində tətbiq edilə bilər. Dərmanlar və maddələr iynə ilə dərinin daha üst qatlarına, toxumasına köçürülür.

İynəsiz mezoterapiya necə edilir?

İynəsiz mezoterapiya iynələr əvəzinə elektromanyetik enerji kimi üsullarla dəriyə bioaktiv maddələr yeridilir. Bu üsulda məqsəd, iynəli meazoterapiyanın bəzi əks təsirlərini ortadan qaldırmaqdır.

İynəsiz mezoterapiya üsullarından bəziləri bu formadadır:

Elektroporasyon: Bu üsulda, dəri səthinə xüsusi cihazla enerji tətbiq edilir. Bu enerji, maddələrin dəriyə nüfuz etməsini təmin edir.
Ultrasonik mezoterapiya: Ultrabənövşəyi dalğalar istifadə edilərək dəri altına bioaktiv maddələrin çatdırılmasını təmin edir. Dəri səthini deşmədən dərinin alt təbəqələrinə nüfuz edə bilər.

İyonoforez: İyonoforez üsulu elektrik axımının istifadə edildiyi bir üsuldur. Dəridə yüngül bir elektrik axını tətbiq edilərək bioaktiv maddələrin dəri altına nüfuz etməsi təmin edilir.

Vakumlu terapiya: Dəri səthinə vukumlu cihaz istifadə edərək neqativ təzyiqin tətbiq edilməsidir. Bu üsulla dəri altına bioaktiv maddələrin daşınması dəstəklənir.
Mezoterapiya nədir və nə üçün gərəklidir?Mezoterapiyanın istifadə edildiyi nahiyələr

Mezoterapiya, dəridəki incə xətlərin və qırışların dərinliyini azaltmaq üçün istifadə edilir. Həmçinin dərinin bərkləşməsi, canlanması məqsədilə tətbiq edilə bilər. Digər istifadə üsulları bu formadadır:

Saç müalicəsi: Saç tökülməsi və ya saçın zəifləməsi vəziyyətlərində, mezoterapiya vasitəsilə saç dərisinə dərman tətbiq edərək saç köklərinin güclənməsini və saç böyüməsini təmin etmək üçün istifadə edilir.

Selülit və yağ azaltma: Mezoterapiya, selülit görüntünü azaltmaq və ya müəyyən nahiyələrdəki yağ toxumasını azaltmaq məqsədilə istifadə edilir.

Yaraların sağalması və dəri problemləri: Dərin lezyonlarının müalicəsində və ya yaraların yaxşılaşmasını sürətləndirmək üçün istifadə edilir.
Bu prosedurun bir çox növü olduğu üçün peşəkar mütəxəssis tərəfindən edilməlidir. Bu zaman əlavə riskləri və əks təsirləri dəyərləndirmək lazımdır.
Mezoterapiya nədir və nə üçün gərəklidir?Mezoterapiya nə zaman təsirini göstərir?

Təsirinin görülməsi tətbiq edilən nahiyəyə, növünə, istifadə edilən maddələrə görə dəyişir. Ümumilikdə isə bir neçə həftə və ya ay çəkə bilər.

Ümumi məlumatları təqdim edirik:

Esterik mezoterapiya: Dəri gəncləşdirmə və ya qırışları azaltma kimi estetik məqsədlərlə edilən bu prosedurun müalicəsinin təsiri adətən ilk bir neçə həftədə hiss edilməyə başlayır. Ancaq dəqiq nəticələr əldə etmək üçün adətən 3 - 6 və ya daha çox seans gərəkli ola bilər.

Saç mezoterapiyası: Saç tökülməsinin müalicəsində istifadə edildiyində saç köklərinin güclənməsi və saç böyüməsinə görə bir neçə həftə ilə bir neçə ay çəkə bilər.
Tətbiq olunan mezoterapiya növləri, məqsədlərinə görə fərqli zaman çərçivələrində təsirini göstərə bilər.

Hər prosedurda olduğu kimi burda da müəyyən əks təsirlərin ehtimalı vardır. Bunlar aşağıdakılardır:

Ağrı

Qızarıqlıq

Şişlik

Allergik reaksiyalar

Dəri problemləri və s.

Mezoterapiyadan sonra göyərmələr baş verə bilər. Bəs belə göyərmələr necə keçər?

Bunun üçün bir neçə üsul vardır:
Mezoterapiya nədir və nə üçün gərəklidir?Soyuq kompres etmək: Mezoterapiyadan sonra soyuq kompres və ya buz torbası tətbiq edərək qan damarlarının daralmasına kömək ola bilərsiniz. Bu, göyərmə və şişlik görüntüsünü azalda bilər.

Sakitləşdirici kremlər: Bu növ kremlər şişliyi azalda bilər.

Günəşdən qorunma: Günəşə məruz qalmaqdan qaçının və ya günəş qoruyucusu istifadə edərək dərinizi qoruyun. Günəş işığı, göyərtilərin daha da dərinləşməsinə səbəb ola bilər.

Qidalanma: Kifayət qədər su içmək və sağlam qidalanmaq, dərinin sağlamlığını dəstəkləyir və yaxşılaşma müddətini sürətləndirir.

Qeyd edək ki, göyərmə uzunmüddət davam edərsə mütləq həkiminizlə məsləhətləşin.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 19 sentyabr 2023

Oxşar xəbərlər

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə

Ət xalı qopartmaq olarmı?

Ət xalı bəzi insanlarda doğuşdan bəzi şəxslərdə isə sonradan yarana bilər. xəbər verir ki, vücudunuzun hansısa bir yerində çıxa bilir. Bəziləri zərərsiz olsa da bəziləri olduqca təhlükəlidir. Et xal qoparilsa ne olur?. Qara

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d


masaj yuxuda tecili yardim tecili tibbi yardim cinsi xestelikler sekis
masaj
is elanlari