Liken planus xəstəliyi nədir?

Liken planus xəstəliyi nədir?Liken planus, ağız və genital nahiyə başda olmaq üzrə vücudun fərqli bölgələrinə təsir göstərən dəri xəstəliyidir.

Doktorinfo.az xəbər verir ki, nadirən dırnaqlar və qıl köklərinə də yerləşdiyi görülür. İnfeksiya xəstəliyi olmadığından yoluxucu xüsusiyyəti olmaz. Hər yaşda ortaya çıxa bilir, ancaq əksər zaman 30 ilə 60 yaş arasındakı şəxslərdə görülür.

Liken planus ne ucun olur?

Xəstəliyin dəqiq səbəbi bilinmir. Buna baxmayaraq ətraf faktorların rol oynadığı bildirilir. Liken planusa səbəb olan faktorlar:

Genetik yatqınlıq

Stress

Hepatit C

Yüksək təzyiq, diabet, ürək xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar

Bəzi antibiotiklər
Liken planus xəstəliyi nədir?Liken planusun elametleri nelerdir?

Liken planus, dəridə 3-5 mm ölçülərində, çox sayda parlaq və qabarıq lezyon yaranması ilə xarakterizə edilir. Dəridəki kiçik qabartılar birləşərək daha böyüklərini yarada bilir. Liken planus, vücudda əksər zaman simetrik bir formada olur. Nadirən də olsa vücudun sadəcə müəyyən nahiyəsinə yerləşə bilər. Liken planus vagina içində daha dərin sahələrə təsir edərək vaginitə də səbəb ola bilir.

Ən çox təsirlənən sahələr, əl və ayaq biləkləri, dirsəklər və beldir. Dərinin qaşındığı ya da paltarlarla təmas halında olan nahiyələrdə lezyonların yaranması ehtimaldır.

En genis yayılan elametleri:

Dəri üzərində parlaq, qabarıq səpkilər

Ləkələr

Dİş əti, dil və ya yanaqların iç qismlərində bəyaz ləkələr

Yemək yeyən zaman ağızda yanma və batma

Saç dərisində şiddətli qaşıntı və lezyon çıxan sahələrdə saç itkisi

Dırnaqda zədələr, soyulma

Gecələri qaşıntı

Genital nahiyədə ağrısı qırmızı ləkələnmələr.
Liken planus xəstəliyi nədir?Liken planus nece mualice edilir?

Bilinən xüsusi müalicəsi yoxdur. Müalicənin təməl məqsədi simptomları azaltmaq və dəri lezyonlarının yaxşılaşmasını sürətləndirir. Müalicədə əsas məqsəd simptomları azaltmaq, dəri səpgilərinin yaxşılaşmasını sürətləndirməkdir. Liken planus hər xəstədə vücudun fərqli nahiyələrinə yerləşə bilər. Bu səbəbdən xəstəliyin müalicə protokolu dəyişkənlik göstərir. Likten planus adətən bir neçə il davam edən uzun müddətli xəstəlikdir. Ağız lezyonları daha ağır formada və uzun müddət davam edə bilər. Xəstəlik bir xərçəng forması olmasa da müalicənin müddəti vacibdir. Müalicədə istifadə edilən dərman və üsullar müxtəlifdir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 13 fevral 2024

Oxşar xəbərlər

Papilloma xəstəliyi

HPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır. Bu virus dəriyə təsir göstərir. xəbər verir ki, bir çox tipi ağız

Sinir xəstəlikləri əlamətləri

Sinir xəstəlikləri və ya nevroloji xəstəliklər, beyin, beyin sapı, ətraf sinir sistemi və əzələlərlə bağlı olan xəstəlikləri əhatə edir. Sinir sistemini əlaqələndirən bu xəstəliklərin cərrahi olmayan diaqnoz, müalicəsi nevroloqla

Aritmiya nədir?

Ürək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir. xəbər verir ki, aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anorma

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Appendisitin əlamətləri və müalicəsi

Appendisitin iltihablanması olaraq bilinən appendisit, alt qarında ağrıya səbəb olan, partlama vəziyyətində bağırsaqlardaki bakteriyaların qarın boşluğuna və oradan qan dövranına yayılması ilə nəticələnə bilən kritik mövzudur

Mədə yırtığı

Mədə yırtığı, mədənin üst qismi diafraqmadakı bir açıqlıqdan sinəyə doğru yaranan şişkinlikdir. Mədə yırtığı haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, diafraqma, qarın boşluğunu döş qəfəsi boşluğunda

Pişikdən insanlara keçən xəstəliklər

Ev heyvanlarının sağlam həyat yaşaması insanlıq borclarından biridir. Ev heyvanlarını mütəmadi həkimə aparmaq, peyvəndlərini vurdurmaq əsas şərtlərdəndir. Ancaq ev heyvanlarına qulluq zamanı bəzi tədbirləri əldən verməmə

Xroniki xəstəliklər hansılardır?

Xroniki xəstəliklər xüsusilə yaşlı insanlar arasında daha çox yayılıb. Hərəkətsiz yaşayış tərzi, yanlış qidalanmaq, tütün məhsullarından istifadə, genetik faktorlar xroniki xəstəliklər üçün zəmin yaradır. Xroniki xəstəliklə

Viral infeksiyalar nədir?

Viral infeksiyalar, virus adı verilən mikroskopik orqanizmlərin vücuda yoluxması nəticəsində ortaya çıxan infeksiyalardır. Bu viruslar, hüceyrələrə zərər verərək çoxalır və müxtəlif xəstəliklərə səbəb ola bilirlər. xəbə


masaj yuxuda sekis mede agrisi tecili tibbi yardim bogaz agrisi
masaj
is elanlari