Ketozis nədir?

Ketozis nədir?Ketozis nədir?

Vücudun enerji üçün qlükoza yerinə yağ əritməsiylə yaranan və vücuddakı keton səviyyələrinin yüksəlməsi ilə xarakterizə edilən metabolik vəziyyətdir.

Doktorinfo.az xəbər verir ki, gündəlik karbonhidrat qəbulu çox aşağı olduğunda qlükoza depoları boşalır. Vücud enerji üçün yandıracaq qədər karbonhidrata sahib olmadığı üçün bunun yerinə yağ əridər. Vücud yağı parçaladıqca da keton adı verilən bir birləşmə istehsal etməyə başlayar. Ketonlar beyinin təməl enerji qaynağı halına gələr.

Ketosis, vücudun birinci enerji qaynağı olaraq qlükoza yerinə qaraciyərdəki yağın parçalanmasıyla istehsal edilən birləşmələr olan ketonları istifadə etdiyi metabolik vəziyyətdir. Vücudun ketona girməsi qan və idrardakı keton səviyyələrinin yüksəlməsi nəticəsində gerçəkləşir.

Vücudun ketozisə girməsi adətən pəhriz müddətindəki karbonhidrat qəbulunda əhəmiyyətli bir azalma ilə özünü göstərir. Çünki karbonhidrat qəbulunun azalması insulin səviyyələrini aşağı salır və vücudu toplanmış yağ əritməyə istiqamətləndirir. Bu əritmə də keton səviyyələrinin artması mənasına gəlir. Artıq ketonlar vücudun enerji qaynağı halına gəlmişdir.

Həmçinin qanda və sidikdə keton səviyyələrinin yüksəlməsiylə xarakterizə olan ketozis, uzun müddət idman məşğuliyyəti və olduqca məşhurlaşan, ancaq hər kəs üçün uyğun olmayan ketogenik pəhriz tətbiqində də ortaya çıxar. Xülasə, ketosis əsnasında qanda yüksək miqdarda keton mövcud olur.

Ketozis müddəti necə həyata keçir?

Vücud yağ rezervlərini istifadə edərək yağ itkisini təşviq edərkən eyni zamanda sabit bir enerji qaynağı təmin edər. Ketozisə keçiş adətən vücudun bu yeni metabolik vəziyyətə alışması üçün bir neçə gün çox aşağı karbonhidrat qəbulu gərəkdirir.

Aşağı karbonhidrat qəbulu sonrası ketozis müddəti şəxsin yaşına və vücudunun verdiyi reaksiyaya görə dəyişə bilər. Ancaq adətən vücudun ketozisə girmə müddəti ortalama 2-4 il davam edə bilər..
Ketozis nədir?Ketozisə girmə müddətinə təsir göstərən faktorlar bu formadadır:

Yaş

Karbonhidrat, yağ və protein qəbulu

Metabalizma

Yuxu sağlamlığı

Stress səviyyəsi

Ketozisin vücud üçün faydaları:

Çəki verməsinə kömək edər

Qan şəkərini tənzimləyər

İnsulin dirəncini azaldır

Stress səviyyəsini aşağı sala bilər

Enerji səviyyəsini artırır

Epilepsiya krizlərini azalda bilər

Ketogenik pəhriz və ketozis müddəti ürək sağlamlığını qidalandırar

Metabalik sindrom riskini azalda bilər.

Vücuddakı iltihablara qarşı faydalı ola bilər.

Ketosis əlamətləri və əks təsirləri

Vücudun ketogenik pəhriz ilə birlikdə ketozisə daxil olma müddəti xüsusilə ilk həftə ərzində vücudda bəzi əlamət və təsirlər göstərə bilər. Bunların əvvəlində baş ağrısı, mədə bulantısı, qarın ağrısı, qəbizlik, yuxu problemləri gəlir. Çünki vücud yeni bir müddətə adaptasiya olmağa çalışdığında bəzi reaksiyalar verə bilər. Bu müddətdə bol su içmək təsirləri yüngülləşdirə bilər.

Ketozisin ortaya çıxara biləcəyi əlamət və yan təsirləri:

Baş ağrısı

Mədə bulantısı

Baş gicəllənməsi

Qəbizlik

Qarın ağrısı

Yuxu problemləri

Şəkər istəyi

Əsəbilik halı

Ketozis qoxusu nədir?
Ketozis nədir?Ketosis müddətində nəfəs alıb-verərkən pis qoxu ortaya çıxa bilər. Bu pis qoxulu nəfəs, keto pəhrizinin geniş yayılan əks təsiridir. Xüsusilə meyvəli və ya dırnaq boyası bənzəri bir qoxu fərq edilməsi vücudun ketozistə olduğunun bir göstəricisi sayıla bilər. Qoxuyu aparmaq üçün dişlər fırçalanmalı, su içilməli, daha artıq protein istifadə edilməlidir.

Ketozis ilə diabetik ketoasidoz arasındakı fərq nədir?

İki fərqli vəziyyətdir. Ketozis əsnasında qanda yüksək miqdarda keton mövcuddur, ancaq bu ketonlar qanı asidik hala gətirəcək qədər artıq deyildir. Bu vəziyyət adətən oruc tutulduğu və ya aşağı karbonhidratlı bir pəhriz tətbiq edildiyi zaman gerçəkləşir. Diabetik ketoasidoz isə diabetli və diaqnoz qoylmayan diabetli şəxslərə təsir göstərən bir vəziyyətdir. Qanda insulin əksikliyindən ötrü çox artıq keton tapılıb qanı asidik hala gəldiyində ortaya çıxar. Diabet ilə bağlı ketoasidoz həyatı təhdidedicidir və təcili yardım gərəkdirər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 07 oktyabr 2024

Oxşar xəbərlər

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?

Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d


masaj yuxuda mede agrisi tecili tibbi yardim tecili yardim babasil mualicesi
masaj
is elanlari