Hansı pendirlər sağlamlıq üçün REAL TƏHLÜKƏDİR?

Hansı pendirlər sağlamlıq üçün REAL TƏHLÜKƏDİR?Qida rasionumuzda xüsusi yer tutan pendir bəzən gözləmədiyimiz təhlükələrə yol aça bilər. Bu məhsul süddən hazırlandığı üçün vitamin və minerallarla çox zəngindir. Ancaq süd dərhal istehlak edilmədikdə, tərkibində bakteriyalar əmələ gəlməyə başlayır.
Bu mənfi hal pendirə də aiddir və buna görə də bəzən pendir insanlarda ciddi narahatlıq yaradır.
Bəs pendir alarkən ilk növbədə nəyə diqqət yetirmək lazımdır?
Mütəxəssislər tövsiyə edirlər ki, pendiri seçərkən ilk növbədə onun dadına baxmaq lazımdır. Heyvan mənşəli qida olan pendirdə bakteriyalar çox tez əmələ gəlir. Bu səbəbdən dadı turş olan pendirlərdən uzaq durmaq lazımdır.
Diqqət yetirilməsi lazım olan başqa bir məqam pendirin bütün kənarlarının bərabər olmasıdır. Üzərində pas və ya kif olmamalıdır. Yaxşı pendiri ayırd etməyin ən yaxşı yolu onun rəngidir. Rəng parlaq və canlı olmalıdır. Rəngi tutqun, tünd ağ və ya sarımtıl pendirləri seçməmək məsləhətdir.
Milli.Az xəbər verir ki, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya açıqlamasında pendirin tez xarab olan, yüksəkriskli qidalar sırasında olduğunu qeyd edib:
"Pendir zülal tərkibli qida olduğuna görə çox faydalıdır.
Xüsusilə süd məhsulu olduğuna görə tərkibində orqanizm üçün faydalı olan probiotiklər var. Bunlar isə faydalı bakteriyalar hesab olunur və həzm sistemində bağırsaq mikroflorasının düzgün yayılmasında çox böyük rol oynayır. Gündəlik qidalanmada mütləq şəkildə pendirdən istifadə etmək tövsiyə olunur.
Eyni zamanda pendir həm kalsiumla, həm də A, B, C vitaminləri ilə zəngindir. Sadəcə olaraq süd məhsulu olduğu üçün pendirin saxlanılmasında, daşınmasında soyuq zəncir prinsipinə mütləq şəkildə əməl etmək lazımdır".
Ekspertin sözlərinə görə mağazadakı pendirlər uzun müddət saxlanıldığı üçün keyfiyyətini itirir.
Buna görə onun faydalarından yararlanmaq üçün saxlanma şərtləri mütləq qaydasında olmalıdır:
"Təbii pendir tez xarab olmağa meyilli olduğu üçün öz suyunda saxlanılmalıdır. Yaxşı olar ki, vakuumlanmış formada, uyğun temperaturda saxlanılsın. Açıb istifadə etdikdə isə yenidən hava keçirməyən və ya su mühitində saxlanılmalıdır.
Pendir alarkən istehsal və son istifadə tarixinə diqqət etmək lazımdır. Əgər paketi zədələnibsə, hava keçirirsə və tamlığı pozulubsa, bu onun daşınma zamanı pozulduğunun göstəricisidir. Bu da həmin pendirlərin xarab olduğunun göstəricisidir ki, bu halda ehtiyatlı olmaq lazımdır. Çünki az hava təmas edərsə, məhsul kiflənməyə başlayır".
Məhsəti Hüseynova onu da diqqətə çatdırıb ki, mağazada və ya evdə saxlanılarkən keyfiyyətini itirən pendir orqanizmdə şişkinlik, köp, bəzən ishal, bəzən də qəbizlik kimi narahatlıqlara səbəb olur.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 26 sentyabr 2023

Oxşar xəbərlər

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim boyrek agrisi dis agrisi
masaj
is elanlari