Halsızlığı necə müalicə etməli?

Halsızlığı necə müalicə etməli?Halsızlıq gündəlik işləri etməkdə çətinlik çəkmək, enerji əksikliyi, yorğunluq, tükənmişlik, yuxu halı kimi əlamətlərlə ortaya çıxan bir sağlamlıq problemidir. Bu sağlamlıq problemi keçici və ya mütəmadi, yüngül və ya şiddətli ola bilər. Bununla birlikdə tək başına və ya başqa əlamətlərlə birlikdə görülə bilər. Halsızlığın yaşanması vəziyyətində həyat keyfiyyəti aşağı düşür.

Halsızlıq nə üçün olur?

Doktorinfo.az xəbər verir ki, halsızlığın ortaya çıxmasında fərqli bir çox vəziyyət effektli ola bilər. Bunlar arasında fiziki, psixoloji, tibbi faktorlar sayıla bilər.

Halsızlığın ən çox görülən səbəblərdən bəziləri bu formadadır:

Yuxu pozğunluqları: Yuxu keyfiyyəti və müddəti, enerji səviyyəsinə təsir göstərə bilər. Yuxusuzluq, həddindən çox yatmaq da halsızlığa səbəb ola bilər.

Stress: Qısa müddəti və ya uzun müddətli ola bilər. İmmun sisteminin zəifləməsinə və hormon tarazlığının pozulmasına səbəb olaraq halsızlığa yol aça bilər.

Depressiya: Ruh halının uzun müddətli olaraq pozulması, sevgi itkisi, dəyərsizlik kimi duyğularn yaşanmasıdır.

Anemiya: Dəmir, fol turşusu, B12 vitamin əksikliyi, sümük iliyi xəstəlikləri, xroniki xəstəliklər, infeksiyalar kimi səbəblərlə ortaya çıxa bilər.

Tiroid xəstəlikləri də bu hala yol aça bilər. Bu hormonlar vücudun enerji istifadəsi, immun sistemi, nəbzə, təzyiqə, sinir sisteminə təsir göstərə bilər.
Ürək xəstəlikləri, xroniki yorğunluq sindromu, diabet də bu vəziyyətə səbəb ola bilər.

Halsizliga ne yaxsi tesir gosterir?

Yuxu rejimi – Yuxu vücudun dincəlməsi, yenilənməsi, bərpa edilməsi üçün gərəklidir. Bunun üçün yuxu rejimini düzəltmək vacibdir. Kafein, spirtli içki, siqaret kimi vərdişlərdən uzaq durulmalıdır.

Düzgün qidalanma vərdişi olmalıdır – Bu, enerji qaynağıdır. Vitamin və minerallar, yağ, lif, qida dəyərlərini zamanında almaq, hazır qidalardan uzaq durmaq halsızlığın qarşısını almağa kömək olur.

Su içmək – vücuda əhəmiyyətli təsir göstərir. Su içmək vücudun istiliyini, qan təzyiqini, qan axışını, həzmi, hüceyrə funksiyalarını və halsızlığı yaxşılaşdırmağa dəstək ola bilər.

Dincəlmək – Halsızlığın qarşısını almaqda təsirlidir. Dincəlmək üçün gündə ən az 15-20 dəqiqə, səssiz, sakit, rahat ortamda, meditasiya, kitab oxuma kimi fərli üsullar istifadə edilə bilər.

Vitamin əlavəsi qəbulu etmək vacibdir.

Qanazlığı varsa bunu həll etməli.

Halsızlıq üçün nə zaman həkimə gedilməlidir?
Halsızlığı necə müalicə etməli?Bu, halsızlığın səbəbinə, şiddətinə, müddətinə, əlamətlərinə görə dəyişiklik göstərə bilər. Aşağıdakı vəziyyətlər müşahidə edilərsə həkim müayinəsi gərəkli ola bilər:

Halsızlıq altı aydan uzun müddət davam edərsə

Dincələn zaman keçmirsə

Gündəlik isşləri görməyə maneə olarsa

Şiddətli və ani başlayarsa.

Hərarət, çəki itkisi, gecə tərləməsi, limfa düyünlərində şişlik, qanaxma, göyərmə, nəfəs darlığı, ürək döyüntüsü, qarın ağrısı, qəbizlik və ya ishal, cinsi istəksizlik varsa həkimə müraciət edilməlidir.

Fiziki müayinə gərəklidir.

Həmçinin qan analizi, hormon testi, ürək yoxlanışı, diabet testi kimi yoxlamalar əhəmiyyətlidir və səbəbi tapmağa kömək edəcəkdir.

Halsızlıq bəzən ayrıca problem kimi deyil, hansısa xəstəliyin əlaməti kimi də özünü biruzə verə bilər. Bu, nevroloji xəstəliklər, panik atakdan sonrakı hal, vitamin əksikliyindən, qanazlığından qaynaqlana bilər. Bu səbəbdən ilk olaraq terapevtə müraciət edilə bilər. Həkimin təyin etdiyi analizlər verilməlidir. Bundan asılı olaraq pasiyent, hansısa digər həkimə və ya psixoloqa yönləndirilə bilər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 23 oktyabr 2024

Oxşar xəbərlər

Aritmiya nədir?

Ürək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir. xəbər verir ki, aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anorma

Boğaz ağrısı dərmanı

Boğaz ağrısı, boğaz nahiyəsində hiss edilən yanma, quruluq, udqunma ilə pisləşən, boğaz içində zədələnmə formasında hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan hallara verilən addır. xəbər verir ki, bogaz agris

Mədə yırtığı

Mədə yırtığı, mədənin üst qismi diafraqmadakı bir açıqlıqdan sinəyə doğru yaranan şişkinlikdir. Mədə yırtığı haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, diafraqma, qarın boşluğunu döş qəfəsi boşluğunda

Sinir xəstəlikləri əlamətləri

Sinir xəstəlikləri və ya nevroloji xəstəliklər, beyin, beyin sapı, ətraf sinir sistemi və əzələlərlə bağlı olan xəstəlikləri əhatə edir. Sinir sistemini əlaqələndirən bu xəstəliklərin cərrahi olmayan diaqnoz, müalicəsi nevroloqla

Viral infeksiyalar nədir?

Viral infeksiyalar, virus adı verilən mikroskopik orqanizmlərin vücuda yoluxması nəticəsində ortaya çıxan infeksiyalardır. Bu viruslar, hüceyrələrə zərər verərək çoxalır və müxtəlif xəstəliklərə səbəb ola bilirlər. xəbə

Kolit və ülseratif kolit nədir?

Kolit nədir?. Kolit, həzm olunan qidaların nəcis halına gəldiyi qalın bağırsağın daxili astarının iltihablanmasıyla xarakterizə edilən akut və ya xroniki xəstəlikdir. xəbər verir ki, iltihablanma olaraq adlandırılan kolit

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində

Mədə yarası: Əlamətləri və müalicəsi

Mədə yarası (ülsər) qastrik və ya peptik olaraq da bilinir. Mədə və ya onikibarmaq bağırsağının daxili səthində yaranan bir yara və ya lezyonu ifadə edir. məlumat verir ki, bu yaralar adətən mədə asiti və həzm sistemi tərəfində

Herpesin müalicəsi

Herpes virusu insanlarda tez-tez görülən və adətən ağrılı lezyonlara yol açan bir virus ailəsinin üzvlərini əhatə edən termindir. Bu virus ailəsi xüsusilə herpes simpleks virusu 1 və herpes simpleks virusu 2 olmaq üzrə ik


masaj yuxuda boyrek agrisi dis agrisi babasil mualicesi sekis
masaj
is elanlari