Göz quruluğunun səbəbləri və müalicəsi

Göz quruluğunun səbəbləri və müalicəsiGöz quruluğu, gözün ön hissəsini qoruyan və nəm qalmasını təmin edən təbəqənin əksik olması vəziyyətidir. Bu təbəqə, gözün bir çox mikroorqanizmlərdən və xarici faktorlardan (toz, qum, külək) qorunmasını təmin edir. Bu təbəqədə meydana gələn bir sıra problemlər gözdə quruluq problemini ortaya çıxara bilir. Bu səbəbdən göz sağlamlığı üçün nəzarətin edilməsi və qarşısının alınması gərəklidir.

Göz quruluğu, göz üçün gərəkli olan nəmləndirilmə edilmədiyi zaman ortaya çıxa bilən və çox rastlanılan vəziyyətdir. Xüsusilə iqlim şəraiti ilə bağlı havanın quru olması, şəxslərin qapalı, havasız ortamlarda olması və bu kimi bir çox faktor buna yol açır.
Göz quruluğu üçün bu tədbirlər görülməlidir:

Məkan havasının nəmləndirilməsi – Göz quruluğunun qarşısını almaq üçün nəm ortamı vacibdir. Xüsusilə kompüter arxasında işləmək, gözün quru havada qalmasına səbəb olur. Mövcud məkanı nəmləndirmək üçün bir çox fərqli üsul vardır. Otaqların havalandırılması çox vacibdir.

Omeqa 3 istifadəsi – Göz yaşının yağ təbəqəsi də sağlam göz üçün əhəmiyyət daşıyır. Bu səbəbdən omeqa 3-ün istifadəsi vacibdir. Bu tərkibli vitaminlər və ya qidaların istifadəsi gərəklidir.

Süni göz yaşı damlaları – Keçici olaraq görülən problemlərdə həkim tərəfindən tövsiyə edilən süni göz yaşı damlaları mövcuddur. Şəxsin istifadə etməzdən öncə mütəxəssis tərəfindən müayinə edilməsi tövsiyədir. Bu damlalar gözün nəmli qalmasına səbəb olur.
Göz quruluğunun səbəbləri və müalicəsiGöz quruluğunun əlamətləri nələrdir?

Göz quruluğu əlamətləri əksər insanda yaşanır. Əksər zaman hər iki gözə də təsir edir. Bəzi şəxslərdə nadirən tək gözdə görülə bilərkən, digər gözdə görülməyə bilir.
Tez-tez görülən göz quruluğunun əlamətləri:

Gözlərin batması, yanma ya da qaşıntı

Gözlərin içində ya da ətrafında lifli mukusun toplanması

Günəşə ya da fərqli işıqlara həssas olma

Gözlərdə qızarıqlıq vəziyyəti

Gözlərin içində bir cism varmış kimi hiss etmə

Bulanıq olaraq görmək və gözlərdəki yorğunluq hissi
Göz quruluğunun səbəbləri və müalicəsiGöz quruluğu nə üçün olur?

İrəliləyən yaşla birlikdə göz yaşı miqdarı zaman ərzində azalır. Bu vəziyyət göz quruluğuna səbəb ola bilər. Bununla yanaşı bir sıra dərmanların istifadəsinin əks təsirləri bu vəziyyətə səbəb ola bilər. Linzaların uzunmüddət istifadə edilməsi də bunun səbəbləri arasındadır. Həmçinin bir sıra tibbi vəziyyətlər və allergiyalar bu vəziyyətə səbəb ola bilərkən əsas səbəb göz yaşı əksikliyindən qaynaqlanır.

Bəzi şəxslərdə bu vəziyyətin səbəbi göz yaşı istehsalının əksik olmasıdır. Bu vəziyyətə irəliki yaş, diabet xəstəliyi, revmatoid artrit, tiroid problemləri və A vitamini əksikliyi kimi faktorlar da səbəb ola bilər.

Antidepressiya dərmanları, hormonal müalicə, yüksək təzyiq dərmanları, hamiləlikdən qorunma həbləri və parkinson müalicəsində istifadə edilən dərmanlar da yol aça bilər.

Diaqnoz necə qoyulur?

Bu problemin səbəbini müəyyən etmək və diaqnozun qoyulması məqsədilə bir sıra analizlər və prosedurlar mövcuddur. Bunlardan ən çox tövsiyə ediləni ətraflı göz müayinəsidir. Bundan sonra vəziyyətin səbəbi aşkar edilir. Mütəxəssis tərəfindən test ilə göz yaşı miqdarı müəyyən edilməkdədir.

Müalicə necə edilir?
Göz quruluğunun səbəbləri və müalicəsiBu zaman göz damlalarından istifadə edilir. Eyni zamanda hava quruluğunun olmamasına, günəşdə eynək taxmağa diqqət göstərilməlidir. Otağı nəmləndirən cihazlardan istifadə edilməlidir. Tez-tez kitabı oxumaq, həddindən çox kompüter arxasında oturub işləmək, televizora baxmaq göz qurumasına yol aça bilər. Gözlərin dincəlməyə ehtiyacı olduğu üçün bunu nəzərə alıb çox yükləməmək lazımdır.

Əgər gözdə iltihab varsa bunun qarşısını almaq üçün həkim antibiotik tövsiyə edə bilər.

Bunları nəzərə alaraq əlamət və ya narahatçılıq hiss edilən zaman həkimə müraciət etmək lazımdır. Əks halda vəziyyət xroniki hala çevrilə bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 26 sentyabr 2023

Oxşar xəbərlər

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari