Gecə korluğu nədir?

Gecə korluğu nədir?Gecə korluğu, gecələr ya da az işıqda yaxşı görə bilməmək vəziyyəti olaraq bilinir.

Bu vəziyyət, gecələr nəqliyyatdan istifadə edərkən yol işarətlərini görmə probleminə səbəb olur. Həmçinin belə insanların gözləri gecə zamanı qarşıdan gələn maşınların işıqlarından ağrıdıcı təsirə məruz qala bilər. Səbəbləri arasında bir çox fərqli vəziyyət olsa da, ilk olaraq göz xəstəliyinin əlaməti olaraq ortaya çıxar. Müalicəsi altda yatan səbəbə bağlı olaraq təyin edilir.
Gecə korluğu nədir?Görmə qabiliyyətinə mənfi istiqamətdə təsir etsə də tam olaraq korluğa səbəb olmaz. Fərqli göz narahatçılıqları ilə bağlı olaraq meydana gələn, zəif və az işıqda ya da qaranlıqda görmə problemləri ilə bilinən mövcud vəziyyət, xəstəlik olaraq deyil, simptom olaraq inkişaf edir.

Gecə korluğu nə üçün yaranır?

Xüsusilə retinada yaranan bəzi problemlərdən qaynaqlanır. Həmçinin vitamin əksikliyi və ya fərqli göz narahatçılığı nəticəsində də meydana gələ bilər.
Gecə korluğuna səbəb olan faktorlar bunlardır:

Miopiya – Uzağı görmə bilməmək olaraq adlandırılan bu vəziyyətdə az və zəif işıq mövcud olan məkanlarda görmə problemi kəskinləşir.

Katarakta – Bulanıq görmə əsas göstəricidir. Xüsusilə gecə maşından istifadə əsnasında qarşıdan gələn nəqliyyatın işıqları zamanı gözün bulanıq görməsi bir çox problemlər yaradaraq çətinlik yaşada bilər.
Gecə korluğu nədir?Diabet – Qandakı şəkər miqdarının artması, fərqli toxumalarda olduğu kimi göz toxumalarına da zərər verə bilər. Nəticədə isə görmə funksiyalarında pozğunluqlar meydana gələ bilər.

A vitamini əksikliyi – Gecə korluğu kimi adlandırılan problem bu vitamininin azlığında görülə bilən vəziyyətdir.

Qlaukoma – Göz təzyiqi olaraq da bilinir. Göz içi mayelərinin fərqli səbəblərlə artması və göz toxumalarına təzyiq etməsiylə ağrı və narahatçılıq vəziyyəti yaranır. Bu kimi vəziyyətlərin nəticəsində göz bəbəyində qıcolma refleksi inkişaf edir. Göz içinə daxil olan işıqda və görüntüdə azalma yaşanması da bu vəziyyətə səbəb olur.

Keratokonus – Kornea təbəqəsinin forma pozğunluğuna deyilir. Bu vəziyyətdə göz daxilinə girən işıq və görüntü ölçüsündə önəmli ölçülərdə pozğunluq yaşanır.

Retinitis Pigmentosa – Genetik xəstəlikdir.

Gecə korluğunun əlamətləri nələrdir?

Gözlər, yaxşı işıqlandırılmış bir ortamdan digər bir ortama daxil olduğu zaman adaptasiyanın olmaması
Gecə korluğu nədir?Səmada ulduzları görə bilməmə və az işıqlı ortamlarda görmə zəifliyi

Göz quruluğu və işığa qarşı həssaslıq əsas simptomlar olaraq bilinir.

Gecə korluğunun testi necə edilir?

Gözlərin gecəyə qarşı adaptasiya müddəti ölçülür. Bəsit analizdir və sonra təkrar etdirilə bilir.

Gecə korluğunun müalicəsi necə edilir?
Gecə korluğu nədir?İlk olaraq altda yatan əsas səbəb araşdırılmalıdır. Oftalmoloq tərəfindən əsas səbəb dəqiqləşdirilib ona uyğun müalicə təyin edilir.
Şəkər xəstəliyi kimi problemin səbəb olması təsbit edildiyi zaman görmə zəifliyinin qarşısını almaq üçün qidalanma, pəhriz, dərman kimi üsullar ilə qan şəkəri nəzarət altına alına bilər. Bununla da görmə normal səviyyədə qala bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 01 sentyabr 2023

Oxşar xəbərlər

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari