Fəsil dəyişkənliyi zamanı nələrə diqqət etmək lazımdır?

Fəsil dəyişkənliyi zamanı nələrə diqqət etmək lazımdır?Tətil mövsümünün sona çatması, iş-məktəblərin açılması ilə gündəlik yorğunluqlar da artacaq. Havaların dəyişkən keçməsi də xəstəliklər üçün şərait yaradacaqdır. Mövsüm keçişlərində bəzi məqamlara diqqət etmək lazımdır.

İmmunitet sistemi, bədənin problemlərinə qarşı qorunma mexanizmini əhatə edən qarışıq bir vəziyyətdir və yad, zərəri toxunan cismlərdən uzaq tutur. Bu sistem, bədənimizə daxil olan minlərlə bakteriya, mikrob, virus, toksin və parazitlərə qarşı mübarizə etmək üçün hazırlanmışdır. Mövsümlə əlaqəli olaraq gerçəkləşən ani isti-soyuq dəyişkənliyi, bədənin immunitetini zəiflədir. Bu səbəbdən qrip, boğazda ağrı, soyuqdəymə kimi infeksiyalar ortaya çıxa bilir.
Fəsil dəyişkənliyi zamanı nələrə diqqət etmək lazımdır?Mövsüm keçişlərində xəstəliklərdən necə uzaq durulmalıdır?

Fəsil dəyişkənliyi adətən immuniteti aşağı olan insanlara təsir edir. Virusdan qorunmaq üçün bəzi istiqamətlər vardır və bu üsulları aşağıdakı kimi sıralaya bilərik:
Qrip olmuş insanlara 1,5 metrdən çox yaxınlaşılmamalıdır
Fəsil dəyişkənliyi zamanı nələrə diqqət etmək lazımdır?Ortaq istifadə edilən masa, telefon, qələm kimi əşyalar təmizlənməli

Açıq ofis, xəstəxana, fabrika kimi adam çox olan ortamlarda apteklərdə satılan dezinfeksiya ilə əllər təmizlənməlidir

Qapalı otaqlar havalandırılmalı

Yuxu rejiminin mütəmadi olması vacibdir

Stresdən uzaq durmalı

Siqaretdən imtina edilməli

Qribal infeksiyalar insan sağlamlığına mənfi təsir göstərir. Bu səbəbdən ağciyər xəstəliyi olan insanların diqqət etməsi vacibdir.
Fəsil dəyişkənliyi zamanı nələrə diqqət etmək lazımdır?Qrip üçün təbii qorunma üsulları nələrdir?

Soyuqdəymə və qrip üçün istifadə edilən dərmanlar, ağrı, qızdırma, burun tıxanıqlığı, öskürək kimi problemləri keçirər, ancaq qripin qarşısını tam olaraq ala bilməz. Qripə qarşı təbii qorunma üsullarını təqdim edirik:

Bol maye qəbul etmək, duzlu su ilə qarqara etmək

Nanə-limon, çobanyastığı çaylarından istifadə etmək

İlıq su ilə duş qəbul etmək, qızdırmanı 2 dərəcə azalda bilər

C vitamini deposu olaraq portağal, naringi, limon istifadə edilməlidir

Həftənin üç günü mütəmadi idman etmək lazımdır.

Toz halında bir çay qaşığı zəncəfil, sarıkök və darçını bir yemək qaşığı balla qarışdırıb məcun halına gətirdikdən sonra 8 saat arayla gündə üç dəfə istifadə etmək öskürəyin rahatlanmasına faydalı olacaqdır. Ancaq şikayətlərin davam etməsi vəziyyətində mütəxəssisə müraciət etmək lazımdır.

Mövsüm keçişlərində necə qidalanmaq lazımdır?
Fəsil dəyişkənliyi zamanı nələrə diqqət etmək lazımdır?Düzgün qidalanmaq insan sağlamlığı üçün vacibdir. Düzgün qidalanma olmadığı zaman vücud gücünü itirir. Qidalanma gündə 3 əsas yemək və 2 ara yemək olaraq tənzimlənməlidir. Keyfiyyətsiz qidalar istifadə edilməməlidir. Qidalardan alınan vitaminlər şəxsin immunitet sistemini qüvvətləndirir. Mövsümünə uyğun meyvə və tərəvəzlərdən istifadə edilməlidir. Ət, süd, süd məhsulları kimi protein qaynaqlı qidalar istifadə etmək mövsüm keçişlərində bədənin protein ehtiyacını önəmli miqdarda qarşılayır. Bununla da fəsil keçişləri daha rahat olur. Bunun üçün C və A vitamini istifadə edilməlidir.

Fəsil dəyişkənliyi zamanı allergik rinit, bronxit, astma kimi problemlər daha çox müşahidə edilir.

Su, immunitet sistemi üçün çox vacibdir. Bu səbəbdən maye çox qəbul edilməlidir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 02 sentyabr 2023

Oxşar xəbərlər

Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?

Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə


masaj yuxuda boyrek agrisi babasil mualicesi dis agrisi goz hekimi
masaj
is elanlari