Ətin yuyulması zərərliymiş... - Doğru bilinən yanlışlar nədir?

Ətin yuyulması zərərliymiş... - Doğru bilinən yanlışlar nədir?Vücudun təməl protein qaynaqlarından olan qırmızı ət mətbəxin olmazsa olmaz qidalarından hesab olunur.

Bəs hazırlanan zaman hər şeyi düzgün qaydada edirikmi?

Əksər insan istər toyuq, istər digər ət növlərini hazırlamamışdan öncə yaxşıca yuyur.

Bu, doğru addımdırmı?

Sağlamlıq üçün zərəri varmı?

Son zamanlar isə mütəxəssislər ətin bişirilmədən öncə yuyulmasını doğru hesab etmir.

Bir çox evdə ətlər dərhal soyuq su ilə yuyulur. Bunun təməl səbəbi isə üzərində olan mikrobları təmizləməkdir. Hətta müəyyən qədər suyun içində gözlətdikdən sonra durulanaraq bişirmə mərhələsinə keçir.
Ətin yuyulması zərərliymiş... - Doğru bilinən yanlışlar nədir?Bəs həqiqətən belədirmi?

Doktorinfo.az xəbər verir ki, son aparılan araşdırmalar bunun doğru olmadığını sübut edib. Çünki bəzi bakteriyalar var ki ətlərin üzərində dayanıb təmizlənməyə bilər, əksinə onlara daha sürətlə yayılması üçün zəmin yaradar. Bu vəziyyəti nəzərə alaraq bəyaz ya da qırmızı ətin yuyulmağa ehtiyacı olmadığı bildirilir.

Amerikalı Qida Şirkətinin apardığı araşdırmalara görə, ətin üzərindəki bütün bakteriyaların yox olması və güvənərək istifadə etmək üçün müəyyən istilikdə bişirilməsi əslində yetərlidir. Qırmızı ya da bəyaz əti uyğun istilikdə bişirərək bakteriyalarını və mikroblarını öldürməyiniz mümkündür. Xüsusilə ağ əti 73 dərəcə və üzəri istilikdə yaxşı bişirmək bakteriyaları yox etməyə kifayət edir.

Digər inanc isə bəyaz ya da qırmızı əti isti suda yuyan zaman bakteriyaların yox olmasıdır. Ancaq araşdırmlar göstərir ki, bunun hansısa faydası yoxdur. Ancaq isti suda yumaq ətin quruluşunu poza bilər.

Sirkə kimi asidik quruluşdakı maddələr istifadə edildiyi zaman ləzzətini artıra bilər, ancaq gigiyenik hala gətirmək üçün seçilən üsullardan biri deyil. Soda-limon kimi mehsullarin birlikdə istifadəsi ətin ləzzətini poza bilər. Bu səbəbdən isti ya da soyuq su başda olmaq üzrə, digər maddələrlə də əti yumamaq gərəklidir.

Bu tip yumaq şəklindən sadəcə ətin üzərində yad maddə gördüyünüz zaman, təmiz olduğuna əmin olmadığınız vəziyyətlərdə istifadə edə bilərsiniz.
Ətin yuyulması zərərliymiş... - Doğru bilinən yanlışlar nədir?Yenə də ürəyiniz rahat deyilsə bəzi məqamlara diqqət edərək yuya bilərsiniz. Məsələn, etin üzərində xoşagəlməz nəisə gördünüzsə ilk olaraq bütün qanını süzün. Bütün qanını süzdükdən sonra soyuq su ilə yumağa diqqət edin. İsti suyla yumaq, ətinizin az da olsa bişməsinə, toxumasının zədələnməsinə səbəb ola bilər.

Duzlu suyun içində əti gözlətməyin. Bu da ətin dadının pozulmasina səbəb olacaq.

Otaq istiliyində üzəri açıq formada əti gözlətmək daha çox bakteriyanın və mikrobun çoxalmasına səbəb ola bilər. Bu səbəbdən suyun içində gözlətmək istədiyiniz vəziyyətlərdə mütləq ağzı qapalı formada soyuducuda gözlətməyə diqqət göstərin.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 05 dekabr 2023

Oxşar xəbərlər

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd


masaj yuxuda hamilelik testi mede agrisi boyrek agrisi babasil mualicesi
masaj
is elanlari