Tiroid hormonu yüksəkliyi

Tiroid hormonu yüksəkliyiTiroid xəbərdarlıq hormon mənasına gələn TSH, hipofiz vəzi tərəfindən istehsal edilən, tiroksin (T4) və triyodotironin (T3) istehsalına xəbərdarlıq edən hormondur. TSH testi tiroid vəzinin vücudda nə qədər yaxşı çalışıb-çalışmadığını anlamaq üçün qandakı tiroid xəbərdarlıq hormon (TSH) miqdarını ölçür.

Doktorinfo.az xəbər verir ki, bu analiz ilə hipertiroidizm, hipotiroidizm, Qraves xəstəliyi, Haşimato xesteliyi və tiroid xərçəngi kimi xəstəliklərin diaqnozu qoyulur. TSH-ın yüksək və ya aşağı olması, edilən analiz vasitəsilə bilinir. Bu analiz qan vasitəsilə yoxlanılır.

TSH neçə olmalidir?

Yaşa görə fərqlilik görülsə də normal TSH səviyyələri hər 1 litr üçün 0,4-5,0 millilitr arasında olmaqdadır. Tiroid pozgunlugu üçün görülən müalicə müddətində isə normal aralıq 1 litr üçün 0,5 ilə 3,0 olaraq qəbul edilir. Sağlam şəxslər üçün normal TSH dəyər aralıqları belə sıralanır:

5 günə qədər uşalar: Millilitr başına 0,7-15,2 mikro-birim

1 ilə 6 yaş arası uşaqlar: 0,7-5,97 İU/ML

7 ilə 11 yaş arası uşaqlar: 0,6-4,84 İU/ML

12 ilə 20 yaş arası insanlar: 0,51-4,3 İU/ML

21 ilə 99 yaş arası böyüklər: 0,27-4,2 İU/ML

TSH yuksekliyi ne ucun olur?

Səbəbləri aşağıdakılardır:

Hipotiroid varlığında

Yod catısmazliginda

Xərçəng müalicəsində

Hamiləlikdən qorunma həbləri kimi estrogen dəstəyi qebulunda

Haşimato tiroidi varlığında

Hipofiz adenomu varlığında

Hipertiroidin müalicəsi üçün istifadə edilən radioaktiv yod və anti-tiroid dərman istifadəsi kimi müalicələrin nəticələri

Həddindən çox kalsium və ya dəmir əlavəsi qəbul edildiyində TSH səviyyələri yüksələ bilir.
Tiroid hormonu yüksəkliyiTSH yuksekliyinin elametleri nelerdir?

Yorğunluq

Əllərdə uyuşma

Menstruasiyanın pozulması

Depressiya

Qəbizlik

Səbəbi bilinmədən artan çeki və s.

TSH testi hansi xesteliklerin diaqnozunda yoxlanilir?

Sürətli çəki artımı, saç tökülməsi, soyuğa dayanıqsızlıq kimi əlamətlər görüldüyü zaman tiroid vəzi yoxlanılır.

Ani çəki itkisi, yuxusuzluq, titrəmə, tərləmə, ürək döyüntüsü kimi əlamətlər olan zaman

Tiroid dərmanı qəbul edən xəstələrdə

Əsəbilik, həddindən çox yuxululuq və ya yuxusuzluq halında

Yeni doğulan uşaqların bu vəzinin fəaliyyətini öyrənmək üçün ümumi müayinələr aparılır.

Tiroid hormonu müalicəsi

Müalicə endokrinoloq tərəfindən təyin edilir. Bunun üçün TSH, T4 kimi bir sıra analizlər edilir. Lazım gəldikdə USM olunaraq düyün olub-olmadığı öyrənilir və düzgün müalicə yolu seçilir. Bəzən ömür boyu içilən dərmanlar tövsiyə edilir ki, bu dərmanın uzun müddətli qəbulu zərərsizdir və içilməsi zəruridir.

Qeyd edək ki, bəzi xanımlar buna əhəmiyyət vermir. Ancaq zamanında mualice edilməyən bu problem sonsuzluq, düşük, doğulan uşaqda əqli gerilik kimi problemləri belə yarada bilər. Bu səbəbdən bəzi xanımlar sonsuzluqla bağlı illərlə müalicə alsalar da məhz bunu araşdırmadıqları üçün nəticədə dəyişiklik olmur. Odur ki, TSH insan orqanizmi üçün olduqca mühüm əhəmiyyət kəsb edir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 04 avqust 2024

Oxşar xəbərlər

Xroniki xəstəliklər hansılardır?

Xroniki xəstəliklər xüsusilə yaşlı insanlar arasında daha çox yayılıb. Hərəkətsiz yaşayış tərzi, yanlış qidalanmaq, tütün məhsullarından istifadə, genetik faktorlar xroniki xəstəliklər üçün zəmin yaradır. Xroniki xəstəliklə

Viral infeksiyalar nədir?

Viral infeksiyalar, virus adı verilən mikroskopik orqanizmlərin vücuda yoluxması nəticəsində ortaya çıxan infeksiyalardır. Bu viruslar, hüceyrələrə zərər verərək çoxalır və müxtəlif xəstəliklərə səbəb ola bilirlər. xəbə

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Osteoxondrozun təbii yolla müalicəsi

Bu gün dünyanın bütün ölkələrində, hər insan onurğa problemləriylə qarşılaşır. məlumat verir ki, ən geniş yayılan xəstəliklərindən biri osteoxondrozdur. Statistikaya görə, dünyanın bütün sakinlərinin 80 aizi bu xəstəlikdə

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Öd kisəsi xəstəlikləri

Öd, yaşılımtıl qəhvəyi rəngdə olub, artıq maddələr, xolesterin, və öd duzlarından ibarət olur. Öd, həzm fermenti deyildir, ancaq öd duzu, böyük yağ damlacıqları emulsiya etməsi ilə eyni funksiyan yerinə yetirir. xəbər veri


masaj yuxuda mede agrisi boyrek agrisi babasil mualicesi hamilelik testi
masaj
is elanlari