Disbakterioz

DisbakteriozDisbakterioz – Bağırsağın normal mikroflorasının pozulmasıdır.

Doktorinfo.az xəbər verir ki, normada sağlam insan orqanizmində müəyyən miqdarda faydalı və patogen və ya xəstəlik törədən bakteriyalar vardır. Müxtəlif səbəblərdən - uzun müddət antibiotiklərin qəbulu, tərkibində kimyəvi konservantlar olan qidalar, kəskin bağırsaq infeksiyaları, pis ekoloji şərait, daimi stress, qeyri düzgün qidalanma, orqanizmin ümumi zəifliyi və s. zamanı bağırsaqda olan patogen mikrobların miqdarı artır.

Dizbakterioz əsasən mikroorqanizmlərin daha çox yerləşdiyi yoğun bağırsaqda əmələ gəlir. Bu zaman bifidobakteriyaların və laktobasillərin miqdarı azalır, şərti patogen mikrobların miqdarı isə azalır. Əsas simptomları qarında ağrı, diareya, xroniki qəbizlik, meteorizm, iştahasızlıq, ağızdan pis qoxunun gəlməsi, qıcqırma,allergik reaksiyalar, yüngül temperaturdur.

Dizbakteriozun xalq təbabəti üsulu ilə müalicəsi

Reseptlər:

Dizbakterioz zamanı 2 baş sarımsaq , 5 orta ölçülü soğan xırda doğranılır, üzərinə 1 l. kefir əlavə olunur. Yaxşıca qarışdırılır və 5 gün soyuducuda saxlanılır. 1 həftədən az olmayaraq gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.

Disbakterioz2 həftə ərzində disbakterioz əlamətləri keçənə qədər gündə 3 dəfə yeməkdən 1,5 saat əvvəl 1 stəkan kefir içmək məsləhətdir. Günaşırı gündə 2 dəfə səhər-axşam yeməkdən sonra 1 diş sarımsaq udmaq çox faydalıdır.

3 xörək qaşığı evkalipt yarpağı üzərinə 0,5 litr qaynar su əlavə olunur,ağzı örtülü qabda dəmlənir, gündə 3 dəfə ¼ stəkan qəbul edilir. Həmçinin bu dəmləmə ilə 1həftə ərzində təmizləyici imalə də etmək olar.

Sonra 2 həftə müddətində sarımsaq yeyin. 3 xörək qaşığı quru və ya təzə nanə yarpağı 1 stəkan qaynar suda dəmlənir, soyudulur, gün ərzində ¾ stəkan içilir. 2 xörək qaşığı aptek çobanyastığı çiçəyi 1 stəkan suda dəmlənir,soyudulur gündə 3dəfə ¼ stəkan içilir.

Əgər xroniki qəbizlikdən bərabər miqdarda kövrək murdarça qabığı, şirin biyan kökü, keşniş toxumu götürün. 3 xörək qaşığı qarışığın üzərinə 1 stəkan qaynar su tökülür, 10 dəq. qaynadılır, tənzifdən süzün və axşamlar 0,5 stəkan için.

4 çay qaşığı şüyüd toxumu üzərinə 1stəkan qaynar su tökülür, 2 saat dəmlənir,sonra soyudulur gün ərzində bir neçə dəfə içilir.
Disbakterioz10 qram günəbaxan tumu, 10 qram təmizlənmiş balqabaq tumu , 10 qram fındıq qarışdırılır üyüdülür və üzərinə 100 ml qaynar su əlavə olunur.

Alınmış qarışıqdan gün ərzində 2 dəfə (50 ml) qəbul edilir. Müalicə kursu 10 gündür.

Eyni miqdarda dazıotu, çobanyastığı, bağayarpağı, nanə və ayıpəncəsi götürülür, qarışıqdan 1 xörək qaşığı götürülür yarım litr suda 1 saat dəmlənir, üzərinə bal əlavə olunaraq gün ərzində az-az içilir.

Dr. Elnur Eldaroğlu


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 13 oktyabr 2024

Oxşar xəbərlər

Sümük iltihabı, osteomielit nədir?

Sümük iltihabı olaraq da bilinən osteomielit, bakterial qan dövranı infeksiyası nəticəsində yaranan və yumşaq toxuma olan sümük iliyində gerçəkləşən ağrılı olaraq görülən sağlamlıq problemidir. Həm uşaqlarda həm də böyüklərd

Qaraciyər ağrılarının əlamətləri

Qaraciyər bir çox insanın ortaq problemidir. Hər bir ağrı özünü müxtəlif əlamətlərlə biruzə verir. Qaraciyer agrilarinin elametleri nelerdir?. Küt ağrı. Qılınc batmış hissi. Bəzən nəfəs darlığı. Kürək nahiyəsinə yayılan ağr

Pişikdən insanlara keçən xəstəliklər

Ev heyvanlarının sağlam həyat yaşaması insanlıq borclarından biridir. Ev heyvanlarını mütəmadi həkimə aparmaq, peyvəndlərini vurdurmaq əsas şərtlərdəndir. Ancaq ev heyvanlarına qulluq zamanı bəzi tədbirləri əldən verməmə

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Papilloma xəstəliyi

HPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır. Bu virus dəriyə təsir göstərir. xəbər verir ki, bir çox tipi ağız

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Viral infeksiyalar nədir?

Viral infeksiyalar, virus adı verilən mikroskopik orqanizmlərin vücuda yoluxması nəticəsində ortaya çıxan infeksiyalardır. Bu viruslar, hüceyrələrə zərər verərək çoxalır və müxtəlif xəstəliklərə səbəb ola bilirlər. xəbə


masaj yuxuda tecili tibbi yardim babasil mualicesi hamilelik testi dis agrisi
masaj
is elanlari