Dərin vena trombozu nədir?

Dərin vena trombozu nədir?Dərin vena trombozu, adətən ayaqlardakı dərin venalar olaraq bilinən toplardamarda bir və ya daha artıq qan trombozu yaradır.

Doktorinfo.az xəbər verir ki, dərin vena trombozu geniş yayılan ayağın alt qismində və ayaqda görülür. Buradakı dərin toplardamarlarda meydana gələn tromboz qan içərisində dövran edərək ağciyərə çata bilər.

Adətən hərəkətsiz bir həyata sahib olanlarda və 60 yaş üzərindəki şəxslərdə dərin vena trombozu görülmə riski daha yüksəkdir. Xüsusilə hərəkət etməmək qan axışının yavaşlamasına səbəb olaraq toplardamarlarda dərin vena trombozu ortaya çıxara bilər. Bunlarla yanaşı əməliyyat, infeksiya, hamiləlik, piylənmə, siqaretdən istifadə, bir neçə xəstəliklər də dərin vena trombozu vəziyyətini ortaya çıxara bilər. Bəzən hansısa əlamət göstərmədən dərin vena trombozu ayaqlarda gözlə görülən ciddi şişlik meydana gətirirsə həkimə müraciət edin.

Müdaxilə edilməyən və müalicədə gec qalınan vəziyyətlər həyati təhlükəyə səbəb ola bilir.

Dərin vena trombozuna yol açan faktorlar:

Hərəkətsiz həyat tərzi

Əməliyyat

Yaralanma

İnfeksiya

Yaşlılıq

Genetik faktor

Piylənmə

Siqaretdən istifadə

Hamiləlik

Xərçəng müalicəsi almaq

Ürək çatışmazlığı

Otoimmun xəstəliklər.

Dərin vena trombozu adətən bu əlamətlərlə ortaya çıxar:

Ayaqda ortaya çıxan ani və böyük şişliklər

Ağrı və şişlik olan nahiyədə istilik hissi

Ayaq dərisində qırmızılıq

Yüksək hərarət

Nəfəs darlığı

Qarın ağrısı

Anidən başlayan şiddətli baş ağrısı

Ortaya çıxa biləcək bütün bu əlamətlər qan trombozunun damarlara təsir etməsinə bağlı olaraq həyata keçir. Məsələn, ayaqdakı şişlik, ağrı və istilik ayaqlardakı qan axışının azalmasıyla qan trombozunun yaranması nəticəsində meydana gəlir. Həmçinin anidən başlayan şiddətli baş ağrısı da qan trombozunun beyin damarlarına təsir göstərməsiylə buna zəmin yaradar. Ancaq bəzi hallarda hansısa bir erkən əlamət görülməyə bilər. Bu da dərin vena trombozunun erkən diaqnoz qoyulmasını çətinləşdirə bilər.
Dərin vena trombozu nədir?Dərin vena trombozu diaqnozu üçün tətbiq ediləcək üsullar:

Dopler USM

Venoqrafiya

D-dimer qan analizi

MRT

Dərin vena trombozu müalicəsi necə edilir?

Dərin vena trombozu müalicəsində məqsəd trombozunun həll edlməsini təmin etmək və damarların sağlamlığına qovuşmasını təmin edir. Bunun üçün qan durulaşdırıcı dərmanlar, tromboz həll edənlər və xüsusilə varis corabları istifadə edilir. Bununla birlikdə şəxsin həyatında edəcəyi dəyişikliklər də damar sağlamlığı üçün əhəmiyyətlidir.

Toplardamarların vəzifəsi nədir?

Dövran sisteminin bir parçası olub, toxumalardakı oksigeni azalmış qanı təkrarən ürəyə çatdıran damar sistemidir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 12 oktyabr 2024

Oxşar xəbərlər

Boğaz ağrısı dərmanı

Boğaz ağrısı, boğaz nahiyəsində hiss edilən yanma, quruluq, udqunma ilə pisləşən, boğaz içində zədələnmə formasında hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan hallara verilən addır. xəbər verir ki, bogaz agris

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Mədə yırtığı

Mədə yırtığı, mədənin üst qismi diafraqmadakı bir açıqlıqdan sinəyə doğru yaranan şişkinlikdir. Mədə yırtığı haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, diafraqma, qarın boşluğunu döş qəfəsi boşluğunda

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Xroniki xəstəliklər hansılardır?

Xroniki xəstəliklər xüsusilə yaşlı insanlar arasında daha çox yayılıb. Hərəkətsiz yaşayış tərzi, yanlış qidalanmaq, tütün məhsullarından istifadə, genetik faktorlar xroniki xəstəliklər üçün zəmin yaradır. Xroniki xəstəliklə

Cinsi orqanda göbələk xəstəliyinin müalicəsi

Kandida cinsindən olan göbələklər cinsi yolla yoluxa bilən xəstəlik törədicisidir. Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. xəbər verir ki, bir neçə forması mövcuddur. Bes cinsiyyet yollarinda yaranan gobele

Kəpənək xəstəliyi nədir?

Tibbi adı ilə "Sistemik Lupus Eritematozus" olaraq bilinən kəpənək xəstəliyi, vücudu qoruyan immun sisteminin dəri, oynaqlar, böyrəklər, beyin, ürək, ağciyərlər və qan hüceyrələri də daxil olmaq üzrə yanlışlıql

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin

Qaraciyərdə ləkə nədir?

Qaraciyərdə ləkə görüntülənmə üsullarıyla edilən müayinələrdə müəyyənləşən, qaraciyərin normal qismlərindən fərqli görünən sahələri ifadə edər. xəbər verir ki, bu ləkələr əksər zaman müəyyən səbəblərə bağlı olaraq ortay


masaj yuxuda mede agrisi boyrek agrisi qarin agrisi goz hekimi
masaj
is elanlari