Dəri probleminiz zehninizdən xəbər verir - Psixodermatologiya hansı xəstəlikləri müalicə edir?

Dəri probleminiz zehninizdən xəbər verir - Psixodermatologiya hansı xəstəlikləri müalicə edir?Psixodermatologiya, beyin və dəri arasındakı əlaqəyə əsasən daxildəki problemlərin xaricə daşındırmasında rolu olan geniş sahədir.
Psixatriya daxili görünməyən problemləri araşdırır, dermatologiya isə xarici və görünən xəstəlikləri araşdırır. Bu iki sistem bir-birinə qarışan zaman immunitet sistemində yaranan bir sıra problemlər meydana çıxır.

Psixodermatologiyada məqsəd, fiziki və psixoloji mənada dəriyə nəzarət etmə bacarığının qazandırılmasıdır. Bəzi şəxslər müalicənin bir qismini psixoloji üsullarla davam etdirərkən, bəzi xəstələrdə isə müalicənin böyük qismi dermatoloji üsullarla davam etdirilir.
Dəri probleminiz zehninizdən xəbər verir - Psixodermatologiya hansı xəstəlikləri müalicə edir?Psixodermatologiya, dəri xəstəliyinə sahib olmağın ünsürlərini araşdırır. Əsas məqsəd aşağıdakı formadadır:

Yaranan güc təcrübələri araşdırmaq

Təhdid edən faktorları minimum səviyyəyə endirmək

Problemin təkrar etmə ehtimalına qarşı mübarizə aparmaq
Dəri probleminiz zehninizdən xəbər verir - Psixodermatologiya hansı xəstəlikləri müalicə edir?Psixodermatologiyada müalicə müddəti necə aparılır?

Bu sahəyə ilk dəfə müraciət edən xəstələrin çoxunda güvən əksikliyi müşahidə edilir. İlk seansda xəstə üçün mövcud və geniş zamanda yaşadığı sıxıntılar ilə əlaqəli geniş araşdırma başlanır. Fiziki problemlərə səbəb olan stress faktorlarının qaynaqları aşkar edilir. Bundan sonra şəfalandırma texnikasına keçilir. Dermatoloqlar və terapistlər bu müalicə müddətində birgə fəaliyyət göstərdikləri üçün çox yol qət etmiş olunur. Bəzi dəri mütəxəssisləri yaranı qoparma, saç yolma kimi davranış problemləri müşahidə etdiyi xəstələrini bu sahədə uzman terapevtə yönləndirir. Çünki belə vəziyyətdə xəstə şəxslər özlərini özgüvənsiz və dəyərsiz hiss edirlər.

Psixodermatologiyadan kimlər yararlana bilər?

Stress və dəri problemi toyuq-yumurta münasibəti kimidir, hər ikisi də bir-birlərinə təsir edir. Bu səbəbdən müalicə birlikdə aparılmalıdır. Fiziki olaraq dəriyə təmas edən bir şey görülən zaman ilk olaraq duyğusal reaksiya verilir. Psixodermatoloji namizəd üçün göstərilən vəziyyətlər bu formadadır:

Bir dəri probleminə bağlı olaraq inkişaf edən stress, utanc duyğusu

Ümidsizlik hissi

Günahkarlıq hissi

Psixoloji əlamətlərə yol açan dəri xəstəlikləri nələrdir?
Dəri probleminiz zehninizdən xəbər verir - Psixodermatologiya hansı xəstəlikləri müalicə edir?Fiziki mənfi görüntüyə yol açan sədəf, səpki kimi dəri problemləri şəxsdə utancaqlıq, narahatlıq, özgüvənsizlik hissinə yol açır. Psixoloji problemlər dəridə bir sıra narahçılıqların yaranmasına yol açır.

Ekzema, sızanaq, saçların tökülməsi kimi bir çox dəri problemlərin əsas səbəbi məhz stresdir. Stresin çoxaldığı vəziyyətlərdə immunitet sisteminin də gücsüzləşməsi ilə xaricə vurulmayan duyğusal ağırlıqlar dəri xəstəlikləri olaraq özünü göstərə bilir. Stress, narahatçılıq hissi dəri problemlərini azalıb, çoxaldan faktor hesab edilir. Stress vücudun immunitet sistemini aşağı salır. Bu zaman isə aknelərin də yaranması qaçınılmazdır. Stress hətta mədə-bağırsaq sistemini pozmağa belə qadirdir. Ancaq çox insan bunu anlamayaraq hətta illərlə müalicə qəbul edir. Ancaq xəstəliyin əsas səbəbi zehində başladığı üçün müalicə effektli təsir verməyə bilər. Bütün bu faktorlar hüceyrələrin rahat oksigen qəbuluna maneə olur. Bu zaman isə dəricə qırışlar yaranır, dəri solğunlaşır. Həmçinin atopik dermatit xəstəliyinin yüksək faizi stresin payına düşür. Gərginliklərlə bağlı olaraq isə təkrarlanmaq ehtimalı yaranır.
Psixodermatologiya sahəsi isə məhz psixoloji üsullarla dəri xəstəliklərini müalicə edir.
Dəri probleminiz zehninizdən xəbər verir - Psixodermatologiya hansı xəstəlikləri müalicə edir?Streslə əlaqəli yaranan dəri simptomlarını təqdim edirik:

Dəri rəngində dəyişiklik, yaranan ləkələr

Qaşınma, qızarıqlıq

Dəridə erkən qırışlar

Şişkinliyin yaranması

Quru dəri

Əsas faktor araşdırıldıqdan sonra dəri problemlərin həlli istiqamətində dəqiq müalicə planı tutulur.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 sentyabr 2023

Oxşar xəbərlər

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr


masaj yuxuda hamilelik testi bogaz agrisi babasil mualicesi qarin agrisi
masaj
is elanlari