Çoxunun əziyyət çəkdiyi problem olan "Gül xəstəliyi" nədir?

Çoxunun əziyyət çəkdiyi problem olan "Gül xəstəliyi" nədir?Gül xəstəliyi olaraq bilinən rozasea, adətən 30 yaşlardan sonra kişilərdə və qadınlarda müşahidə edilir. Açıq dərili şəxslərdə daha çox görülən bu xəstəlik, üzdə qızarıqlığa və qırmızı nöqtələrə səbəb ola bilən dəri xəstəliyidir. Sonrakı zamanlarda sinə nahiyəsinə və kürək hissəsinə də yayıla bilən bu vəziyyət, təkrarlaya bilən xroniki dəri narahatçılığıdır.

Gül xəstəliyinin əlamətləri nələrdir?

Şəxsdən-şəxsə dəyişə bilən xəstəlik, vəziyyətləri, əlamətləri və simptomlar baxımından da fərqlilik göstərir. Xəstəliyi mövcud olan şəxslərin vücudlarında ya da üz ətrafında günəş yanıqlarına bənzəyən qızarıqlıqlar ortaya çıxa bilər. Bu qızarıqlıqlar bəzi vəziyyətlərdə şişliyə səbəb ola bilərkən sızanağa da bənzəyə bilər. Şəxsin üzündə batma hissi ya da yanma ola bilər. Bunların yanında şəxsin yaşaya biləcəyi gül xəstəliyinin əlamətləri aşağıdakılardır:

Üzdə ağrı və ya yanmalar

Dərinin quruması

Dəri rənginin dəyişməsi

Üzdəki və dəridəki damarların gözlə görülə bilən olması

Burunun böyüməsi və genişlənməsi

Vücudda və dəridə qaşıntı vəziyyəti və səpkilər.
Çoxunun əziyyət çəkdiyi problem olan "Gül xəstəliyi" nədir?Rozasea xəstəliyinin səbəbləri

Xəstəliyin səbəbi dəqiq olaraq bilinməsə də bir sıra faktorların rol oynadığı zənn edilir. Bəzi psixoloji, dəri problemlər buna zəmin yarada bilər.
Gül xəstəliyinin zənn edilən səbəbləri bu formada sıralanır:

Spirtli içki

Ədviyyat miqdarı yüksək olan qidalar

Yüksək istiliklər

Günəşə məruz qalmaq

Makiyaj üçün istifadə edilən məhsullar

Stress.

Diaqnoz üsulları

Bunun üçün xüsusi test mövcud deyil. Dəridə baş verən dəyişikliklər sayəsində təsbit edilir. Ancaq bu xəstəliyin əlamətləri ilə bənzər vəziyyətlər daşıyan sədəf xəstəliyi, ekzema, sızanaq kimi vəziyyətlər ilə qarışdırılmaması üçün bir sıra analizlər istənilə bilər.
Çoxunun əziyyət çəkdiyi problem olan "Gül xəstəliyi" nədir?Müalicə üsulları

Simptomlara görə təyin edilən müalicə üsulları fərqlidir. Müalicə, dərman, lazer tətbiqi, cərrahi müdaxilələr vasitəsilə aparılır. Üz nahiyəsində yaranan qızarıqlıqlar daha çox müşahidə edilən vəziyyətdir. Bu zaman krem və ağız yolu ilə qəbul edilən dərmanlardan daha çox istifadə edilir. Antibiotik tərkibli krem, gellər də effektli rola sahibdirlər. Adətən bu növ məlhəmlər çox istifadə edilmədiyi üçün həkim nəzarəti çərçivəsində edilməsi tövsiyədir. Çünki bu tərkibli kremlər, gellər çox istifadə edildiyi təqdirdə dəridə problemlərə yol aça bilər. Həkim tərəfindən müəyyən edilən müalicələrdə istifadə edilən mezoterapiya üsulları dərini nəmləndirir, damarları isə gücləndirərək çatlamaların qarşısını alır. Adətən gənclərdə daha tez nəticə verir.

Qeyd edək ki, müalicə əsnasında spirtli içkilərdən və mənfi vərdişlərdən uzaq durmaq lazımdır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 25 sentyabr 2023

Oxşar xəbərlər

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir


masaj yuxuda hamilelik testi tecili yardim sekis tecili tibbi yardim
masaj
is elanlari