Çox insanın üzləşdiyi problem, "Çölyak" xəstəliyi nədir?

Çox insanın üzləşdiyi problem, "Çölyak" xəstəliyi nədir?Çölyak, buğda, arpa, çovdar kimi taxıllarda mövcud olan gluten adlı maddəyə qarşı vücud immun sistemi tərəfindən verilən anormal reaksiya nəticəsində ortaya çıxan xəstəlikdir. Autoimmun xəstəlikdir. Adətən 1 yaşından sonra uşaqların glutenli qidaları qəbul etməsi ilə problem meydana çıxmağa başlayır. Başlanğıcda bulantı, qusma, ishal, halsızlıq kimi əlamətlər müşahidə edilir. Daha sonra isə anemiya, dəri ləkələri kimi fərqli əlamətlər əlavə edilir. Xroniki xəstəlik olsa da müalicəsi mümkündür və müalicə əsnasında gluten tərkibli qidalar pəhrizdən çıxarılmalıdır.

Hər keçən gün bu problem daha geniş yayılır. Bu növ qidaların qəbulu zamanı nazik bağırsaqda iltihablanma ortaya çıxır. Çölyak xəstəliyində inkişaf edən iltihabi müddət nəticəsində vücud öz toxumalarına zərər verən antikorlar yaradır. Bununla bağırsaq xovları hamarlaşa, hətta yox ola bilər. Nəticədə də qida yeyildikcə sovrulma olmadığı üçün vücuda kifayət qədər qida maddəsi qəbul olunmaz.

Mütəxəssislər çölyak xəstəliyinin allergik ya da autoimmun (otoimmun) xəstəlik olub-olmadığı mövzusunda araşdırmalara davam edir. Allergiya, immun sisteminin əslində vücuda zərərsiz olan maddələrə həddindən çox reaksiyanın göstərməsidir.

Çölyak xəstəliyinin səbəbi

Aparılan araşdırmalara görə, həssas insanlarda nazik bağırsaq divarına çatan qismən həzm edilən qluten molekulları, immun sistemində ağır reaksiyaya yol aça bilər. Xəstəliyin inkişafında genetik faktorlar vacib rol oynayır. Əksər zaman əziyyət çəkən şəxslərin böyük ehtimal ən yaxın qohumları da bu problemlə üz-üzədir. Qidalanma formaları, bağırsaq bakteriyaları da xəstəliyin inkişafına təsir göstərir.

Xəstəlik glutenli qidaları yeməklə kəskinləşir. Bu maddə buğda, çovdar, yulaf, arpa kimi taxıllarda mövcuddur və bu kimi qidaların qəbulu zamanı əlamətlər arta bilər. Əksinə olaraq düyü, qarğıdalı, kartof gluten tərkibli olmadığından xəstələr rahatlıqla istifadə edə bilərlər.

Çölyak xəstəliyinin əlamətləri:

Görülən vacib əlamətlərdən biri çəkinin itməsidir.

Qaşıntılı və qırmızı dəri səpkiləri

Dildə yanma, halsızlıq, qansızlıq əlamətləri

Kalsium əksikliyi ilə bağlı olaraq sümük əriməsi, əzələ zəifliyi, sümük ağrısı

K vitamini əksikliyi ilə bağlı baş verən qanaxmalar

Gecə korluğu (A vitamini əksikliyi səbəbiylə olur)

Depressiya

Baş gicəllənməsi

Diqqət əksikliyi

Oynaq problemləri.
Çox insanın üzləşdiyi problem, "Çölyak" xəstəliyi nədir?Uşaqlarda çölyak xəstəliyinin əlamətləri nələrdir?

Xəstəliklə bağlı olaraq bulantı, qusmq, ishal kimi əlamətlər görülə bilər. 2 və daha az yaşlı uşaqlarda görünən simptomlar:

Qarında şişlik

Xroniki ishal

Qusma

Əzələ əriməsi

İştahsızlıq

2 yaşından böyük uşaqlarda isə:

İshal

Qəbizlik

Əsəbilik

Qısa boy

Diqqət əksikliyi

Baş ağrısı

Nevroloji əlamətlər.

Necə müalicə edilir?

Yeganə müalicə növü gluten tərkibki qidaların qida rasionundan tamamilə çıxarılmasıdır. Pəhrizinizdən gluten tərkibli qidaları çıxartdığınız zaman nazik bağırsağınızdakı iltihablanma bir neçə həftə ərzində azalmağa başlayar. Bir neçə gün ərzində özünüzü yaxşı hiss etməyə başlayacaqsınız. Uşaqlarda sağalma müddəti, böyüklərlə müqayisədə daha tez baş verir.
Yenidən səhvliklə bu növ qidaları qəbul etsəniz, qarın ağrısı, bulantı, qusma kimi əlamətlər yaşaya bilərsiniz. Bununla yanaşı kalsium, dəmir, sink, B12, D, K vitamini tövsiyə edilir.
Çox insanın üzləşdiyi problem, "Çölyak" xəstəliyi nədir?Çölyak xəstəliyi müalicə edilməsə nə baş verər?

Belə xəstələr həyat boyu gluten tərkibli qidaları rasiondan çıxarmalıdırlar. Əgər istifadə edilərsə bağırsaq florası tamamilə pozula bilər. Daha sonra isə müalicə olunmaq ehtimalı tamamilə azalır.

Bundan əlavə olaraq glutenli qidalardan istifadə bu problemlərə yol aça bilər:

İnkişaf geriliyi

K vitamini əksikliyi

Otoimmun xəstəliklərin yüksəlişi

Sonsuzluq

Depressiya

Qalın və ya nazik bağırsaq xərçəngi


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 24 oktyabr 2023

Oxşar xəbərlər

Appendisitin əlamətləri və müalicəsi

Appendisitin iltihablanması olaraq bilinən appendisit, alt qarında ağrıya səbəb olan, partlama vəziyyətində bağırsaqlardaki bakteriyaların qarın boşluğuna və oradan qan dövranına yayılması ilə nəticələnə bilən kritik mövzudur

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Ayaq dırnağı xəstəlikləri

Dırnaq problemləri son zamanlar geniş formada yayılıb. məlumat verir ki, bunun bir çox səbəbləri mövcuddur. Bes ayaq dirnaq xestelikleri nelerdir?. Dırnaqların batması – Çox görülən problemlərdən biridir. Buna, dırnaqlar

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin

Qulaq ağrısı

Qulaq ağrısı, insanı çox narahat edən, gündəlik həyata mənfi təsir göstərən ağrılardandır. Yanma, batma kimi fərqli ağrı növləri ilə ortaya çıxa bilər. Qulaq ağrıdığı zaman müşahidə edilən simptomlar, fərqli sağlamlıq xəstəliklər


masaj yuxuda tecili yardim boyrek agrisi goz hekimi mede agrisi
masaj
is elanlari