Bu şəxslərə tibbi sığorta pulsuz olsun – MM-də təklif
Müsbət meyilləri nəzərə alaraq, işləməyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasının təxirə salınması müddətini 2024-cü ildə daha 3 il uzadılmasını təklif etmək istərdik.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
O, həmçinin təklif edib ki, icbari sığorta haqları ilə bağlı yeni vergi növü yaradılsın:
"Ümumiyyətlə hesab edirik ki, icbari tibbi sığorta haqları yeni vergi növü ilə əvəz olunarsa, yığımlar birbaşa dövlət büdcəsinə ödənərsə, əvəzində isə bütün vətəndaşların istisnasız olaraq tibbi xidmətlərə əlçatanlığına dövlət tərəfindən zəmanət verilərsə, əhalinin sağlamlığı sahəsində ciddi nəticə əldə etmək mümkün olar. Bu təcrübənin uğurlu tətbiq edildiyi ölkələr mövcuddur".
"2022-ci ildə dövlət büdcəsi xərclərinin 99,3% icra olunmasını təqdirəlayiq hal hesab edirik. Bu, son 10 ildə ilk dəfə rast gəlinən haldır. İcra səviyyəsinin yüksək olması planlaşdırılan işlərin və layihələrin yerinə yetirilməsi üçün çox vacibdir. Hesabat ilində büdcə xərclərindən 11,5 milyard manatın sosial xərclərə, o cümlədən 1,1 milyard manatın icbari tibbi sığorta xərclərinə yönəldilməsini sosial siyasətin maliyyə təminatı üçün vacib nəticə hesab edirik. Yeri gəlmişkən, hesabat ilində 4,5 milyon vətəndaşın icbari tibbi sığortadan faydalanmasını, xidmətlərə cəlb edilmiş özəl tibb müəssisələrini sayının 4,6 dəfə artaraq 111-ə yüksəlməsini, minimum vəzifə maaşı alan həkimlərin əmək haqlarının orta hesabla 3 dəfə artmasını yaxşı göstərici kimi qiymətləndiririk", - deyə deputat əlavə edib.
DOKTORINFO.AZ Travma nədir?
Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind
Çarəsizliklə mübarizə yolları
Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə
Skafoid sınığı nədir?
Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs
Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?
Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma
Mədə soyuqlamasının təbii üsullarla müalicəsi
İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını
Asqırmağın faydaları və zərərləri
Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall
Diqqət əksikliyi sindromu
Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi
Lavanda yağının faydaları və zərərləri
Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema
Qol ağrısının səbəbləri və müalicəsi
Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v