Boyun şişlərinin səbəbləri

Boyun şişlərinin səbəbləriBoyun nahiyəsində yaranan şişliklər həm böyük həm də uşaqlarda arada görülə bilən, üst tənəffüs yolu infeksiyasının nəticəsində ola biləcəyi kimi bəzən də ciddi xəstəliklərin əlaməti ola bilər.

Bəs boyun şişlərinin səbəbləri nələrdir?

Boyun şişləri barədə ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz.

Umumi olaraq sisliklerin sebeblerine baxildigi zaman:

Enfektif (Mikrobik xəstəliklər)

Konjenital

Şiş xarakterli (Xoş və bədxassəli şişlər) olaraq üç əsas qrupla araşdırılır.

Doktorinfo.az xəbər verir ki, xəstələr boyun şişlikləri ilə qarşılaşdığında ilk ağıla gələn və qorxudan səbəb xərçəngdir. Ancaq bu tərz şişliklər tez-tez boyunda yerləşən limfa vəzləridir.
Boyun şişlərinin səbəbləri

Enfektif sebebli boyun sislikleri

Tez-tez bakteriya, virus və göbələk kimi səbəblərlə yaranır.

Bakteriyalar adətən antibiotiklərlə müalicə edilə bilən mikrobik xəstəlikdir. Viruslar adətən vücudun öz qorunma sisteminin cavabı ilə öhdəsindən gəlinən, bəzən də anti-viral dərmanlarla müalicə edilən xəstəliklər olub bu qrupa qrip, donuz və quş qripi, AİDS kimi xəstəliklər daxildir.

Göbələk infeksiyaları digərlərinə görə daha az görülür. Baş və boyunda ümumilikdə vücudun qorunma mexanizmasının pozulmuş olduğu vəziyyətlərdə ortaya çıxır. İnfeksiya xəstəlikləri boyun nahiyəsinə yerləşərək ortaya çıxarıla biləcəkləri kimi sinus, diş, ağız və ya badamcıq kimi baş və bogaz nahiyəsində yerləşib xəstəlik etdikdən sonra buna reaksiya olaraq boyun limfa vəzlərinin şişməsi ilə dolaylı boyun şişliyi yarana bilər.

Yeni yaranan bir-iki həftədən uzun davam edən şişliklərin həm müalicəsi həm də diaqnozu üçün mütləq həkimə müraciət edilməlidir. İlk olaraq qan analizləri yoxlanılır.

Boyun şişlərinin səbəbləri

Konjenital sebebli boyun sislikleri

Tez-tez uşaqlıq çağında görünməklə birlikdə, gəclərdə də ortaya çıxa bilər. Ən çox brankial və tiroglosal kist və fistüller, hemangiomalar, dermoid, epidermoid şişlərdir.
Brankial kistalar qulaq önündə kiçik bir çöküntüdən axıntı edən fistüle və ya şişlik yaradan kistaya qədər dəyişik formada doğuş kütlələridir. Ana bətnində embrion inkişafı zamanı çənə, qulaq, üz və boyundakı toxumaların yaranması əsnasında qaynaşma və birləşmə əksiklikləri nəticəsində yaranır. Müalicəsi cərrahi əməliyyatdır.

Tiroglosal kistalar boyun orta nahiyəsində yerləşən kistik şişliklər olub adətən udqunmaqla hərəkətlidir. Bəzən viruslara yoluxub şişə bilər. Adətən xoşxassəli olub çox nadirən içində bədxassəli xəstəlik yarana bilər. Müalicəsi cərrahi əməliyyatdır.

Hemangioma çox kiçik ola biləcəyi kimi böyük ölçülərə də çatıb doğuşdan sonra ortaya çıxan kütlə və ya ləkələr, baş boyun nahiyəsində şişlik yarada bilər. Bunlar qan dəstəyi yüksək şişliklərdir. Adətən yaş böyüdükcə kiçilməyə başlayır və zamanla itə bilər. Tənəffüs sıxıntısı və qanaxma xaricində təcili müalicələr gərəkdirməz.

Şiş səbəbli boyun şişlikləri

Boyun şişlərinin səbəbləriBoyun şişliklərinin bir səbəbi də bu nahiyədə inkişaf edən şişlər və ya başqa nahiyədə inkişaf etmiş bir xərçəngin boyun limfalarına metastas etməsidir. Boyundakı bütün toxumalardan xoş və ya bədxassəli şişlər inkişaf edə bilər.

Bəzən uzun müddət mövcud olan xoşxassəli şiş zamanla bədxassəliyə çevrilə bilər. Adətən xoşxassəlilər zamanla böyüyür. Uşaqlarda isə ən çox lenfoma, daha nadir olaraq xərçəng görülə bilər.
Boyun nahiyəsində 3 fərqli tip böyük tüpürcək vəzi və ağız, boğaz və damaq boyunca 1000-dən artıq kiçik tüpürcək vəzi mövcud olur. Tüpürcək vəzi şişləri boyun, çənə və üz şişliyi edərlər. Tüpürcək vəzləri şiş xaricində infeksiya, daş və ya otoimmun xəstəliklər səbəbiylə də şişə bilər. Adətən çənə nahiyəsində, çənə altında və çənə ön alt qismində şişlik yarada bilər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 09 aprel 2024

Oxşar xəbərlər

Boğaz ağrısı dərmanı

Boğaz ağrısı, boğaz nahiyəsində hiss edilən yanma, quruluq, udqunma ilə pisləşən, boğaz içində zədələnmə formasında hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan hallara verilən addır. xəbər verir ki, bogaz agris

Mədə yarası: Əlamətləri və müalicəsi

Mədə yarası (ülsər) qastrik və ya peptik olaraq da bilinir. Mədə və ya onikibarmaq bağırsağının daxili səthində yaranan bir yara və ya lezyonu ifadə edir. məlumat verir ki, bu yaralar adətən mədə asiti və həzm sistemi tərəfində

Ayaqda göbələk xəstəliyi

Ayaqda göbələk problemi, ayaqlarda qaşıntı və parlaq qırmızı səpkilərə səbəbiyyət verən infeksiyadır. xəbər verir ki, bu infeksiya, soyulma, yanma hissi, qızarıqlıq, su toplama, qaşıntı və yaralara səbəb olur. Çox görülə

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Kəpənək xəstəliyi nədir?

Tibbi adı ilə "Sistemik Lupus Eritematozus" olaraq bilinən kəpənək xəstəliyi, vücudu qoruyan immun sisteminin dəri, oynaqlar, böyrəklər, beyin, ürək, ağciyərlər və qan hüceyrələri də daxil olmaq üzrə yanlışlıql

Skolioz nədir?

Skolioz onurğa sütununda yaranan əyilmədir. xəbər verir ki, uşaqlarda qamət pozğunluğu adətən boy artımı zamanı yaranır. Bu zaman digər orqanlarda da dəyişikliklər baş verir. Daha sonra isə orqanların funksional pozğunluğ

Ayaq dırnağı xəstəlikləri

Dırnaq problemləri son zamanlar geniş formada yayılıb. məlumat verir ki, bunun bir çox səbəbləri mövcuddur. Bes ayaq dirnaq xestelikleri nelerdir?. Dırnaqların batması – Çox görülən problemlərdən biridir. Buna, dırnaqlar


masaj yuxuda sekis dis agrisi bogaz agrisi cinsi xestelikler
masaj
is elanlari