Böyrək ağrıları nə üçün olur? – Altda yatan səbəblər

Böyrək ağrıları nə üçün olur? – Altda yatan səbəblərBöyrəkləriniz, qarnınızın arxasında, döş qəfəsinin altında, onurğanızın hər iki tərəfində belə yaxın formada mövcud olur. Böyrək ağrısının travma ya da xəstəlik kimi səbəbləri ola biləcəyi kimi bəzən beldə hiss edilən başqa ağrılar da böyrək ağrıları ilə qarışdırıla bilər.

Böyrəklər təxminən 11 sm x 7 sm x 3 sm ölçülərində olan, üst qarın nahiyəsindəki bel əzələlərinə qarşı yerləşdirilmiş lobya formasında olan orqanlardır. Vücudun həm sol həm də sağ tərəfində bir-birlərinə simmetrik bir formada yerləşmişdir. Ancaq sağ böyrək, qaraciyər səbəbiylə sol böyrəkdən bir az daha aşağıda yerləşir.

Doktorinfo.az məlumat verir ki, böyrəklərin başlıca funksiyası lazımsız maddeleri və artıq mayeni vücuddan uzaqlaşdırmaq, bunun yanında vücud tarazlığının qorunması üçün vacib vəzifələri olan hormonlar istehsal etməkdir.

Böyrək ağrılarının əlamətləri nələrdir?

Qızdırma

Ağrılı sidiyə getme

Mədə bulantisi

Baş gicəllənməsi

Qusma

Qəbizlik

Yorğunluq

Titrəmə
Böyrək ağrıları nə üçün olur? – Altda yatan səbəblərBöyrək ağrısı nə üçün olur?

Bir çox səbəbi ola bilər. Bunlardan başlıcası böyrək infeksiyası, böyrək daşı, böyrək kisti, polikistik böyrək xəstəliyi, hidronefroz, aterosklerotik renal arter stenozu hesab olunur.

Böyrək infeksiyası

Əgər bakteriyalar böyrəklərə çatarsa, böyrək infeksiyasına yol aça bilər. Normalda bakteriyalar böyrəyə sidik yolundan, xüsusilə də müalicə edilməyən bir sidik yolu infeksiyası ilə çata bilirlər. Ən yayılmış əlamətləri arasında bulantı, ağrılı sidiyə getmə, qusma, qızdırma görülür. Bu növ bakteriyalar adətən antibiotik ilə müalicə edilir.

Böyrək kisti

Xoşxassəli və ya xərçəng olmayan kistlər normalda içi maye dolu kisələrə verilən addır. Böyrəklərdən birində və ya hər ikisində birdən yarana bilər və adətən hansısa simptoma səbəb olmazlar. Çox böyüyən, partlayan və ya yoluxan kista qızdırma, nahiyədə həssaslıq və ya kəskin ağrı ya da üst qarın, yan və ya bel nahiyələrində ağrı kimi əlamət və simptomlara səbəb ola bilər. Kiçik şişlər adətən müalicə edilmir.

Polisiktik böyrək xəstəliyi

Bir və ya hər iki böyrəkdə bir neçə kistanın yaranmasına səbəb olan genetik vəziyyətdir. Bu xəstəlik şəxsin böyrəklərinin formasını dəyişdirə bilər, böyrək çatışmazlığına gətirib çıxara bilər.

Ən əsas əlamətləri sırasında böyrək daşları, sidik yolu infeksiyası, sidikdə qan və yüksək təzyiq mövcud olur.

Hidronefroz

Böyrək şişməsi, böyrekde sidik toplanmasına səbəb olan vəziyyətə verillən addır. Bu adətən sidik yolundakı tıxanıqlığın, sidiyin böyrəklərdən tamamilə boşalmasına maneə olduqda ortaya çıxar.
Böyrək ağrıları nə üçün olur? – Altda yatan səbəblərHər zaman əlamət və ya simptomlara səbəb olmaz. Əsas əlaməti belin yan tərəfində ya da qasıqda otaya çıxan ağrıdır. Bununla yanaşı qızdırma, məsamənin tamamilə boşaldılmaması, sidik qaçırma, mədə bulantısı və s.

Böyrək ağrısına diaqnoz necə qoyulur?

Ağrıları ətraflı müayine olunur. Ağrının nədən qaynaqlandığı aşkar edilir. Bunun üçün müəyyən analizlərə də ehtiyac ola bilər.
Bundan sonra ən uyğun müalicə növü tərtib edilir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 11 noyabr 2023

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Cinsi orqanda göbələk xəstəliyinin müalicəsi

Kandida cinsindən olan göbələklər cinsi yolla yoluxa bilən xəstəlik törədicisidir. Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. xəbər verir ki, bir neçə forması mövcuddur. Bes cinsiyyet yollarinda yaranan gobele

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Pnevmoniya (Sətəlcəm) müalicəsi

Pnevmoniya - xalq arasında bilinən sətəlcəm, ağciyərin iltihablanmasıdır. xəbər verir ki, müxtəlif mikroorqanizmlərlə əlaqəli olaraq meydana gəlir. Bəzi pnevmoniya növlərində xəstə şəxsdən sağlam insana yoluxma riski vardır

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari