Bir çoxlarının problemi olan siyatik ağrı nədir?

Bir çoxlarının problemi olan siyatik ağrı nədir?Siyatik sinir bədənin ən uzun siniri hesab edilir. Bel sümüyünün alt qismindən başlayır və ayağa qədər uzanır. Ayağın hiss və hərəkət funksiyalarını nizamlayır. Bu sinirin zədələnməsi ciddi ağrılara səbəb olur. Müalicə olunmazsa bir müddət sonra ağrılar şiddətlənə bilər. Ayaqdakı ağrı hissi müalicə edilə bilər.
Siyatik ağrısı, 20-60 yaş arasında yaranıb, idman etməyən və ya ağır işlərdə çalışan qadın və kişilərdə çox rast gəlinir.

Əlamətləri

Ən çox yayılmış simptom bel və arxa nahiyədən ayağa uzanan ağrıdır. Qalxma və oturma pozisiyalarında şəxsə narahatçılıq hissi verə bilər.
Bundan əlavə aşağıdakı əlamətlər mövcud olur:

Ayağın alt qismində və ayaqda ağrılar, qarışqa dişləməsi hissi

Ayaq barmaqlarında və topuq nahiyəsində iynə batma hissi

Siyatik sinirin olduğu nahiyələrdəki ağrıdan qaynaqlanan hissizlik və hərəkət çətinliyi

Hərəkət zamanı artan ağrı

İrəliləyən siyatik xəstələrində hiss və hərəkət itkisi.
Bir çoxlarının problemi olan siyatik ağrı nədir?Səbəbləri

Onurğada mövcud olan sümüklərin fərqli səbəblərdən siyatik sinirə təzyiq etməsi ilə ortaya çıxır. Həmçinin hərəkətsiz insanlarda da bu tip ağrılar müşahidə edilə bilər. Uzunmüddət oturmaq, iş görməmək də ağrıları yarada bilər.

Piylənmə - Onurğaya düşən normadan artıq yük vücudun hərəkətini çətinləşdirir. Bu da sinirlərin zədələnməsi ilə nəticələnə bilər.

Yaş – İrəliləyən yaşlarda sümük və sümük ətrafındakı toxumalarda görülən zəiflik siyatik ağrıya səbəb ola bilər.

Diabet – Şəkər xəstəsi olan insanların sinirləri daha tez zədələnə bilər.

Travma – Bir yerdən düşmək bu növ sinirlərin zədələnməsi ilə nəticələnə bilər.

Bir çoxlarının problemi olan siyatik ağrı nədir?Diaqnoz:

Yeni başlayan siyatik ağrı bir müddət sonra özlüyündən keçə bilər. Bununla yanaşı uzun davam edən, şiddətli ağrılardan şikayətlənən xəstələr ətrafı müayinə edilirlər. Rentgen, MRT,Tomoqrafiya istənilə bilər.
Bir çoxlarının problemi olan siyatik ağrı nədir?Müalicə

Ağrıların şiddəti insandan-insana görə fərqlənir. Bu da müalicəyə istiqamət verir. Fizioterapiya belə ağrılar zamanı effektiv təsirə malikdir. Duruşu və əzələləri bərpa etmək üçün fizioterapevtlər tərəfindən müəyyən hərəkətlər təyin olunur.

Bəs siyatik xəstəliyi üçün kimə müraciət edilməlidir?

İlk olaraq travmatoloq-ortoped müayinəsi vacibdir. Edilən analizlərdən sonra həkim sizi neyrocərraha yönləndirə bilər.

Bir çoxlarının problemi olan siyatik ağrı nədir?


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 26 noyabr 2023

Oxşar xəbərlər

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari