Behçet xəstəliyi nədir?

Behçet xəstəliyi nədir?Behçet xəstəliyi, qan damarı divarları və toxumaların iltihablanması ilə yaranan, təkrarlayan ağız yarası, üveit kimi göz və dəri başda olmaq üzrə vücudun bir çox nahiyəsinə təsir edən otoinflamatuar bir xəstəlikdir. İpək yolu xəstəliyi olaraq da bilinən behçet xəstəliyi dəri, gözlər, oynaqlar, sinir sistemi, ürək-damar sistemi və mədə-bağırsaq dediyimiz qastrointestinal sistemə təsir göstərir. Behçet xəstəliyi, vaskülitin hər növ damarı tuta bilir, bir çox orqan və toxumada mənfi sonlanmasına səbəb ola bilir.

Dəri yaralarına da səbəb olan behçet xəstəliyi göz, oynaqlar, bağırsaqlar, beyin, həzm sistemini də təsir göstərir.

Behçet xəstəliyinin əlamətləri nələrdir?
Behçet xəstəliyi nədir?Ən çox görülən əlamətləri ağız yaraları, göz iltihabı, dəri səpkiləri və genital yaralardır. Bundan əziyyət çəkən şəxslərdə görülə biləcək əlamətləri təqdim edirik:

Agız yaraları

Ağrılı və təkrarlayan lezyonlar

Ayaqlarda qırmızı, həssas şişliklər və sızanağa bənzər ləkələr

Gözlərdə ağrı, qızarıqlıq və bulanıq görmə

Oynaqlarda ağrı, qızarıqlıq

Oynaqlarda şişlik

Şiddətli baş ağrısı

Dərinin həssaslaşması

Qarın ağrısı, həzmsizlik və s.

Behçet xəstəliyi hər kəsə fərqli təsir göstərir. Bənzərlərini təqdim edirik:

Ağrılı olaraq ortaya çıxan ağız yaraları, mütəmadi təkrarlaya bilər. Yaralar sadə olsa da daha ağrılı ola bilir. Behçet xəstəliyi səbəbindən ortaya çıxan ağız yaraları dodaqlarda, dildə, yanaqda görülür.
Behçet xəstəliyi nədir?Ağız yaralarına bənzər olaraq görülən genital yaralar ağrılı ola bilər. Ağız yaraları qədər yayğın olmayan genital yaralar kişilərdə, qadınlarda görülür.

Behçet xəstəliyinin əlamətlərindən biri də göz iltihabıdır. Bu da zamanla görmə itkisinə yol aça bilər.

Dəri problemləri də behçet xəstəliyinin yayılmış simptomları arasında yer alır. Dərinin cızılması və ya deşilməsi vəziyyətində qırmızı şişlik və ya yara yarana bilər.

Oynaq ağrısı digər əlamətdir və çox görülür. Bu problemdə oynaq iltihabı şişlik, qızarıqlıq və həssaslıq görülür.

Kimlərdə görülür?

Kişilərdə qadınlarla müqayisədə daha çox görülən behçet xəstəliyi 20 ilə 45 yaş arasındakı şəxslərdə ortaya çıxa bilir. Bununla yanaşı HLA-B5 və ya HLA-B51 kimi spesifik genlərə sahib olanlarda görülür.
Behçet xəstəliyi nədir?Müalicəsi nədir?

Müalicənin əsas məqsədi əlamətləri aradan qaldırmaq, yaxşılıq halını davam etdirmək və xəstələrin yaşayış keyfiyyətini yaxşılaşdırmaqdır. Bunun üçün kremlər, qarqaralar və speylər adətən ağız və genital yaralar üçün tövsiyə edilən ilk müalicə üsuludur. Həmçinin həmin nahiyəni qorumaq üçün ağrıkəsici kremlər, gellər və bəzən antimikrobial və ya antibiotiklərdən istifadə edilə bilər. Hazırda problemi birdəfəlik aradan qaldıran müalicə üsulu yoxdur, ancaq əlamətləri və simptomları azaltmaq mümkündür.
Xəstəlik əsnasında yaranan simptomlar 1-3 həftə içərisində keçir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 09 oktyabr 2023

Oxşar xəbərlər

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd


masaj yuxuda tecili tibbi yardim babasil mualicesi hamilelik testi dis agrisi
masaj
is elanlari